t s

» » Sərkisyan artıq nə Rusiyanı, nə də Qərbi qane edir

Sərkisyan artıq nə Rusiyanı, nə də Qərbi qane edir

22-02-2015, 20:25 Yazar:  Aygün Baxılıb: 525 Çap et
Sərkisyan artıq nə Rusiyanı, nə də Qərbi qane edirPermyakov məsələsi, Qarabağ klanı və Serjin suqutu

Ermənistanda başlayan siyasi gərginlik hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Ancaq Ermənistan müxalifətinin fevralın 20-nə təyin etdiyi aksiya iki gün əvvəl təxirə salınıb. Erməni milyarder Karapetyan Rusiyadan İrəvana gələrək Sərkisyanla Sarukyan danışıqlarda vasitəçilik edib və nəticədə 20 fevral mitinqi təxirə salınıb. Ancaq aksiyanın təxirə salınmasına baxmayaraq bir sıra ekspertlərə görə, Sərkisyana qarşı ciddi müxalifət formalaşıb və bu proses hakimiyyət dəyişikliyinə gətirəcək.

Politoloq Arzu Nağıyev ANS PRESS-ə müsahibəsində, Ermənistanda siyasi gərginliyin Gümrüdəki hadisədən sonra başladığını düşündüyünü bildirdi: “Birincisi, 102 saylı bazada Permyakov məsələsi baş verəndə Rusiya haqqında kəskin ifadələrin işlənməsi, rusların Ermənistandan qovulması, bazanın bağlanması məsələsi gündəmə gələndə artıq bunun iqtidar-müxalifət qarşıdurmasına gələcəyi və bundan da hakimiyyət dəyişikliyində istifadə ediləcəyi aydın idi. Hətta Rusiya prezidenti öz zəngi ilə bu barədə Sərkisyanı xəbərdar etdi və xalqı sakitləşdirməsə, ciddi fəsadların baş verəcəyini bildirdi”.

İkinci məqam isə A.Nağıyevin fikrincə, Ermənistanda Qarabağ klanı ilə bağlı gərginliyin artması oldu: “”Rejimsiz 100 il" qeyri-hökumət təşkilatının Dağlıq Qarabağ ərazisində keçirmək istədiyi tədbirin qarşısı ordu və polis qüvvələri tərəfindən çox böyük qəddarlıqla alındı və bunun nəticəsi kimi cəmiyyətdə “qarabağlı” və “qeyri-qarabağlı” məfhumu yarandı. Məlumdur ki, Sərkisyan və onun komandası əslən Qarabağdandır, bu məsələ isə artıq başqalarını qıcıqlandırır. Daha bir məsələ isə “erməni soyqırımı” ilə bağlı yaranmış vəziyyətdir. Məlumdur ki, bu il ermənilərin dünya qarşısında daim ortaya qoymağa çalışdıqları “soyqırım” məsələsidir.

Sərkisyan elə düşünürdü ki, Fransa və digər dövlətlərin dəstəyi ilə Türkiyəni bu məsələni tanımağa vadar edəcək və xalq qarşısında götürdüyü öhdəliklərdən biri və ən vacibini yerinə yetirmiş olacaq. Bu da alınmadı, sərhədlər açılmadı, “soyqırım” tanınmadı".

A.Nağıyevin fikrincə, Qarabağ münaqişəsində də heç bir irəliləyiş əldə olunmaması, münaqişənin uzanması indiki hökumət üçün uğursuzdur.
Ekspertin sözlərinə görə, Sərkisyan iqtidarı artıq nə Rusiyanı, nə də Qərbi qane edir: “Bu məsələlər həll edilməyəcəyi təqdirdə Sərkisyan rejiminin süqutu sürətlənəcək. Hər şey zamana və havadarlara bağlıdır”...

Hazırkı erməni müxalifətinin imkanlarına gəlincə, ekspertin sözlərinə görə, müvafiq qərar olduqdan sonra Sərkisyanı hakimiyyətdən endirmək üçün Ermənistanda lazımi silahlı və güc qrupları mövcuddur: “Ermənistanda inqilab edib, hakimiyyəti dəyişmək üçün bu gün ən yaxşı yol maliyyə və silah gücüdür. Sərkisyan rejiminin əleyhinə olan, həm Ermənistanda, həm də ölkə xaricində silahlı və maliyyə vəsaiti olan qüvvələr var. Düşünürəm ki, havadarların dəstəyi ilə bu mümkündür, ancaq yaxın vaxtlarda bunun baş verəcəyi gözlənilmir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:04 “Ermənistanın siyasi hakimiyyəti nevroz vəziyyətindədir” Politoloq Qabil Hüseynli: "Sərkisyan daxildə ictimai rəyin onun əleyhinə sürətlə dəyişdiyini görür və yenə müharibə kartına əl atıb hay-küy salır, Ermənistan əhalisini sakitləşdirməyə çalışır" “Qarabağda müharibə meşə yanğını kimi qəfil başlaya, Rusiya isə bölgədə sülhü təmin etmək adı altında öz
08:25 Rusiya Qarabağ məsələsini Amerikasız həll etməyə hazırlaşır Putin 7 rayonu necə qaytarır? Rusiya Qarabağ məsələsini Birləşmiş Ştatların iştirakı olmadan həll etmək istəyir. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu, Rusiya prezidentinin etibarlı şəxsi, Rusiya Federasiyasının İctimai Palatasının üzvü, siyasi analitik Sergey
14:44 İrəvanda böyük SAVAŞ BAŞLAYIR Ermənistanda siyasi vəziyyət gərginləşir. Yerli mətbuatın yazdığına görə, "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatlar öz mandatlarından imtina etmək niyyətlərindədirlər. Ekspertlər proqnozlaşdırır ki, digər müxalifət partiyalarının deputatları da onların yolu ilə gedəcək. Təbii ki, bu
19:15 Ermənilər yaxın vaxtlarda sui-qəsdlərin və həbs dalğasının şahidi olacaq Ermənistanda savaş başladı Ermənilər ölkədə yaxın günlərdə həbs dalğası və cinayət təqiblərinin şahidi olacaq. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı yazır. Bildirilir ki, prezident Serj Sarkisyan və müxalifət arasında mübarizə artıq siyasi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az