t s

» » Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22-02-2015, 15:07 Yazar:  Məmməd Məmmədov Baxılıb: 769 Çap et
Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər keçirilir. Bu silsilədən növbəti tədbir Rustavi şəhərində təşkil olunub.

Əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirin təşkilatçıları - Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Xələddin Yolçuyev, Gürçüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri barədə məlumat verib, ermənilərin Xocalıda törətdikləri kütləvi qırğının əsl soyqırımı olduğunu bildiriblər.

N.Əliyeva bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyasının rolunu xüsusi qeyd edib.

Rustavi şəhər meriyasının və Kvemo Kartli bölgəsinin nümayəndələri Koba Qardasanidze, Zura Baydaraşvili və başqaları çıxışlarında qeyd ediblər ki, milliyyətindən asılı olmayaraq hər bir insan bu cinayəti törədənləri lənətləməli və faciəyə dünya birliyi tərəfindən hüquqi qiymət verilməlidir.

Sonra məktəblilər Xocalı soyqırımı ilə bağlı hazırlanmış əbədi-bədii kompozisiya nümayiş etdiriblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:09 Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Vyanada aksiya və yürüş keçirilib Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 21-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib. 

 Ştefan meydanında qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi
16:58 Argentinada Xocalı soyqırımı anıldı Argentinada Xocalı soyqırımının anımı münasibətilə Ermənistan-Azərbaycan münaqişəsinə dair kitabın təqdimatı keçirilib. Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Azərbaycanın Argentinadakı Səfirliyi tərəfindən “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu” adlı kitabın
22:46 Xocalı soyqırımı ilə bağlı böyük kampaniya başladı (FOTO) Bu təbliğat vasitələri fevralın sonunadək davam etdirləcək Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə Kiyev şəhərində Xocalı soyqırımı ilə bağlı böyük kampaniyaya başlanılıb. Bu barədə məlumatı ANS PRESS-ə Ukrayna Azərbaycanlıları
00:23 Fevralın 23-dən Benilüks ölkələrində “Xocalı həftəsi” başlayacaq Benilüks Azərbaycanlıları Konqresi (BAK) Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 23-dən Benilüks ölkələrində “Xocalı həftəsi” elan edir. Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, “Xocalı həftəsi” çərçivəsində Benilüks ölkələrində - Belçika, Niderland və
18:51 Norveç parlamenti qarşısında Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Norveç parlamentinin binası qarşısında mitinq təşkil edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada hər iki təşkilatın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az