t s

» » Dərman milyonları kimin cibinə axır? - VİDEOLAR

Dərman milyonları kimin cibinə axır? - VİDEOLAR

18-07-2015, 11:40 Yazar:  Aygün Baxılıb: 744 Çap et
Dərman milyonları kimin cibinə axır? - VİDEOLAR“Mənim narahatçılığım dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü”.

Prezident İlham Əliyev bu iradı 2015-ci il aprel ayında Nazirlər Kabinetində keçirdiyi iclas zamanı bildirmişdi.

Həmin iclasdan 3 ay keçməsinə baxmayaraq nə Səhiyyə Nazirliyi, nə İqtisadiyyat və Sənaye Nazirliyi, nə də digər aidiyyatı qurumlar dərmanların qiyməti ilə bağlı tədbir görməyib.




Dərman milyonları kimin cibinə axır? - VİDEOLAR

Prezidentin rəhbərliyi ilə bu ilin aprel ayında Nazirlər Kabinetində keçirilən iclası

İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dərmanların qiyməti ilə bağlı yenidən irad tutması bunu deməyə əsas verir. Prezident son iclasda bir daha bəyan etdi ki, dərmanların qiyməti ilə bağlı çox böyük ədalətsizliklər hökm sürür:

“Dərman bazarında uzun illərdir xaotik vəziyyət müşahidə olunurdu. Qeyd etməliyəm ki, bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Bazarın hər şeyi tənzimlədiyi hesab edilirdi. Lakin sonra məsələni dərindən təhlil edilərkən görünüb ki, burada çox böyük ədalətsizliklər var. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır”.

Məlum olduğu kimi, prezident bu məsələyə yenidən toxundu və göstəriş verdi ki, dərmanların qiyməti yüksəkdir, keyfiyyətində də problemlər var və bu məsələlər öz həllini tapmalıdır. Ancaq təəssüflər olsun ki, bu məsələ hələ də gündəmdə qalır.

Bəs, bunun səbəbi və ya səbəbləri nədir?

Kütləvi İnformasiya vasitələrində yer alan xəbərlərə görə, Azərbaycanda hazırda dərman bazarında 4 şirkət hökmranlıq edir və onların illik gəliri 460 milyon manata yaxındır. Azərbaycanda dərman qiymətlərinin baha olmasına səbəb isə inhisarçılığın mövcudluğu qeyd olunur.

Yeri gəlmişkən qeyd edək ki, bu il iyunun 15-də bir müddət ölkənin dərman bazarında əsas oyunçu hesab edilən “Riyad-Farm” MMC-in prezidenti Həsən Şərifov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və həbs olunmuşdu.

2014-cü ildə Milli Məclisin son iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər zamanı millət vəkili Vahid Əhmədov maraqlı bir fakt açıqlamışdı. Millət vəkili bildirmişdi ki, şəhərin bir yerindən 12 manata aldığı dərmanı başqa bir yerdə ona 24 manata təklif ediblər: “Bəzi ölkələrdə dövlət qeydiyyatında olan dərmanlara həm yuxarı qiymət, həm də aşağı üçün hədd qoyulur. Azərbaycanda isə dərman monopoliyadadır. Dərmanları gətirən xüsusi qruplar qəsdən baha qiymətə satırlar”.

Dərman milyonları kimin cibinə axır? - VİDEOLAR

Millət vəkili Vahid Əhmədov

Yuxarıda qeyd olunanlardan da aydın görünür ki, dərman qiymətləri sahəsində ziddiyətli məqamlar çoxdur.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da ANS PRESS-ə bildirib ki, Azərbaycanda dərmanların qiymətinin baha olmasının ən əsas səbəbi bu sahədə monopoliyanın hökm sürməsidir.

"Azərbaycana dərmanlar əsasən 3-cü ölkələrdən gətirilir. Məsələn, Tayland, Hindistan, Çin, Honkonq kimi ölkələr öndə gəlir. Amma dərmanlar birbaşa bu ölkələrdən gətirilmir. Hazırlanacaq dərmanlar toz halında Türkiyəyə gətirilir və burada hazırlanıb qablaşdırılır. Belə olan halda işçi qüvvəsi ucuz başa gəlir. Bəs onda Azərbaycanda dərmanların qiyməti niyə bahadır? Çünki bu sahədə inhisarçılıq var və rəqabət olmadığından bu sahəni monopoliyada saxlayanlar qiymətləri qaldırır".

Dərman milyonları kimin cibinə axır? - VİDEOLAR

Tibb elmləri doktoru, professor Adil Qeybulla

A.Qeybullanın sözlərinə görə, dərmanların qiymətinin baha olmasının digər səbəblərindən biri kommerasiya firmalarına qoyulan gömrük rüsumları ilə bağlıdır: “Bu rüsumlar kifayət qədər yüksəkdir. Dərman maddələrinə gömrük rüsumları da müəyyən həddə olmalıdır. İndi isə rüsumlar az deyil”.

A.Qeybulla bildirdi ki, dərman maddələrinin qiymətlərində bahalığın müşahidə olunmasında manatın devalvasiyasının da təsiri var.

“Bu, dərman bazarında olan xaotik durumla da bağlıdır. Əlbəttə manatın devalvasiyasından sui-istifadə halları oldu. Dərman maddələrinin qiyməti süni şəkildə artırıldı. Nəticədə isə dövlət buna müdaxilə etməyə məcbur oldu. Bu isə bazar iqtisadiyyatının qanunlarına ziddir. Bazar şəraitində dövlətin qiymət tənzimləməsi düzgün deyil. Amma hesab edirəm ki, bu müvəqqəti addımdır.

Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxil olmayan dərmanların ölkəyə idxalına ümumiyyətlə qadağa qoyulması məsləhətdir. Eyni kimyəvi tərkibli müxtəlif dərman maddələrinin idxalı məhdudlaşdırılmalıdır. Bunlar həyata keçirilsə, dərmanların qiymətini nizamlamaq daha asan olacaq”.

Professor bildirdi ki, ilkin mərhələdə idxal olunan dərmanların xammalı xaricdən alınaraq Azərbaycanda qablaşdırılması və müxtəlif prosedurları həyata keçirilə bilər. Bu isə Azərbaycanda dərmanların qiymətlərinin dəfələrlə ucuzlaşmasına səbəb olacaq: “Avropada dərman istehsalında çalışan şəxslər yüksək əmək haqqı alırlar. Onların aldığı maaş da dərmanın qiymətinə təsir edir. Lakin dərmanların qablaşdırılması, təmizlənməsi və son mərhələyə qədər prosedurların Azərbaycanda həyata keçirilməsi həmin dərmanın beynəlxalq qiymətindən dəfələrlə ucuzlaşmasına gətirib çıxaracaq”.

Bildiyiniz kimi Azərbaycanda dərman istehsalı ilə “Azərfarm” müəssisəsi məşğul olur. Qurumla əlaqə saxladıq. Bildirdilər ki, bu barədə heç bir məlumat verə bilmərik, bütün məlumatlar müəssisənin saytında yerləşdirilib. Görünür “Azərfarm” elə saytları kimi fəaliyyət göstərir. Sayta yerləşdirilən bütün məlumatlarda hərflərdən çox sual işarələri var...

Dərman milyonları kimin cibinə axır? - VİDEOLAR

“Azərfarm” müəssisəsinin saytı elə onların gördüyü işdən də xəbər verir.

Dərman sahəsində problem sadəcə qiymətlərin baha olması ilə bitmir. Bir müddət əvvəl ANS TV-nin efirində yayımlanan "Rövşanə ilə bazar səhəri" verilişində qorxunc iddia səsləndirilmişdi. Canlı yayımda özünü Mərkəzi Dəmmiryolu Xəstəxanasının şöbə müdiri Kərimov kimi təqdim edən bir nəfər telefonla qoşulub. O bildirib ki, Azərbaycana gətirilən dərman preparatlarının tərkibi standartlara cavab vermir. Daha doğrusu, Azərbaycandan olan sifarişçilər istehsalçıdan tələb edirlər ki, dərmanların qiyməti ucuz olsun, tərkibində isə dəyişiklik edilsin.

Verilişə aşağıdakı videoda baxa bilərsiniz.



Dərmanlar bir neçə tərkibin kombinasiyasıdır. Onun tərkibində müəyyən maddələrin hansı dozada olması onun qiymətini müəyyənləşdirir. Yəni dərman xammaldan hazırlanır. Üçüncü ölkələr sifariş edərkən dərmanın tərkibində doza aşağı istehsal olunur. Tutaq ki, dərmanın tərkibində hansısa A maddəsi 200 milliqramdırsa, Azərbyacana 150 milliqramla gəlir. Dərmanın da maya dəyəri 10 dollardan 5-7 dollara düşür. Digər tərəfdən, Azərbaycan bazarında Yaxın Şərq, Hindistan istehsalı olan dərman vasitələri üstünlük təşkil edir.

Dərman milyonları kimin cibinə axır? - VİDEOLAR

Azərbaycana ən çox bu ölkələrdən dərman gətirilir

Məsələ burasındadır ki, tərkibi dəyişdirilmiş keyfiyyətsiz dərmanlar Səhiyyə Nazirliyindən necə keçir? Qeyd edək ki, bu cür dərmanların 70-60 faizi ölkəyə leqal daxil olursa, qalanı da əsasən Rusiya və Gürcüstandan qeyri-leqal yolla ölkəyə gətirilir.

Maraqlıdır ki, tərkibi dəyişdirilən və doktor Kərimovun qeyd etdiyi təhlükəli dərmanlar Azərbaycan Səhiyyə Nazirliyindən necə keçir?

Prezident İlham Əliyev Azərbaycanda məhz monopoliyanın qarşısını almaq, sağlam rəqabət mühiti yaratmaq məqsədilə 2007-ci ildə Milli Məclisə "Rəqabət Məcəlləsi haqqında" qanun layihəsi göndərib. Milli Məclis ikinci oxunuşda qanunu qəbul edib. Amma layihənin bəxti açılmır ki, açılmır. Qanun hələ də tam şəkildə bəyənilmir. Beynəlxalq qurumlar bununla bağlı Azərbaycan hökumətinə dəfələrlə müraciət etsələr də, Rəqabət Məcəlləsi elə bil quyunun dibinə düşüb. Sanki parlamentdə oturan bəzi məmurlar bu qanun layihəsini bilə-bilə qaranlığa qərq ediblər ki, heç kim görməsin, monopoliya davam etsin, dövlət büdcəsi talansın.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:43 İlham Əliyev: "Bəzi dərmanların qiymətlərində kəskin azalma olacaq" “Mənim narahatçılığım, eyni zamanda, dərman preparatlarının qiymətləri ilə bağlı idi. Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda, onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki,
19:28 Azərbaycanda dərmanların qiymətlərini dövlət tənzimləyəcək Azərbaycan prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, Nazirlər Kabinetinə iki ay müddətində
09:34 Dərmanların qiymətinə hökumət nəzarət edəcək Azərbaycanda yaxın vaxtlarda dərmanların qiymətinə hökumət nəzarət edəcəkdir. Mediaxeberleri.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib. Baş nazirin müavini bildirib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının
21:39 Dərman preparatlarının qiymətləri əvvəlki səviyyəyə qaytarılıb İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir. Azərbaycanda dərman preparatlarının qiymətləri əvvəlki səviyyəyə qaytarılıb. Mediaxeberleri.az xəbər verir ki, bunu Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu gün dərman preparatlarının
17:13 Dərman mafiyasından dövlətə və millətə zərbə gəldi - qiymətləri 24 faiz qaldırıblar Manatın məzənninin aşağı düşməsindən sonra ölkədə ciddi qiymət artımı müşahidə olunmaqdadır. Hökümət qiymət artımı ilə bağlı xəbərdarlıqlar etsə də, bir sıra satış müəssisələri məhsulları bahalaşdırıb. Mia.az-ın məlumatına görə, artıq dərman bazarında da qiymət artımı rəsmiləşib. Belə ki, ölkənin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az