t s

» » Azərbaycan XİN rusiyalı müğənnini “qara siyahı”ya salacaq

Azərbaycan XİN rusiyalı müğənnini “qara siyahı”ya salacaq

6-07-2015, 21:16 Yazar:  Məmməd Məmmədov Baxılıb: 345 Çap et
Azərbaycan XİN rusiyalı müğənnini “qara siyahı”ya salacaq“İncəsənət xadimləri sülhə və barışığa xidmət etməlidirlər”.

Lyubov Kazarnovskaya Azərbaycanın “Dövlət sərhədi haqqında” qanunu pozaraq, qeyri-qanuni şəkildə ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib.

Mediaxeberleri.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müvafiq prosedur qaydalarına uyğun olaraq aparılan araşdırma nəticəsində bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək:

“İncəsənət xadimləri sülhə və barışığa xidmət etməli olduqları halda Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi açıqlamaları Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını, işğal olunmuş ərazilərdə və hətta Ermənistan ərazisində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləməni təşviq edir. Azərbaycanın işğal olunmuş ərazilərində musiqi mərkəzinin yaradılmasından bəhs edən Lyubov Kazarnovskaya bilməlidir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərdə törətdiyi vəhşiliklər nəticəsində Azərbaycan xalqının maddi-mədəni irsi, o cümlədən dahi sənətkarlar yetişdirən Qarabağ musiqi məktəbi talan, dağıntı və virana məruz qoyulub”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:34 XİN: Azərbaycanın Argentinadakı səfirinin məktubu ermənilərin qəzəbinə səbəb olub “Onlar etirazlarını bildiriblər”. Argentinanın “Clarin” qəzetinin beynəlxalq siyasət bölməsinin redaktoru, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə növbəti dəfə qanunsuz səfər etmiş Marselo Kantelminin 25 aprel tarixində həmin qəzetdə “Dağlıq Qarabağa, heç kimin tanımadığı
00:45 XİN-nin Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı - BƏYANATI “İstənilən nəticələrinin məsuliyyəti Ermənistanın üzərinə düşür”. Xarici İşlər Nazirliyi KİV-də yayılan məlumata əsasən, 3 may 2015-ci il tarixində Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatist rejimin “parlamenti”nə keçirilən “seçki”lər bağlı
14:38 Bakı təxribata reaksiya verdi "Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir". Mediaxeberleri.az bildirir ki,
14:31 Gürcü Turaşvili Azərbaycanın “qara siyahı”sından çıxarıldı Yazıçı XİN-ə müraciət edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Gürcüstan vətəndaşı David Turaşvilinin adının “arzuolunmaz şəxslər” siyahısından çıxarıldığını açıqlayıb. XİN-in mətbuat xidmətindən mediaxeberleri.az-a verilən məlumata görə, H. Hacıyev
23:17 Azərbaycan XİN Ermənistana cavab verdi Erməni terrorçuları Ermənistanda milli qəhrəman səviyyəsinə ucaldılıb. BMT tribunasından çıxış edərək, beynəlxalq birliyi terrorizm və digər təhdidlərlə mübarizəyə səsləyən Ermənistan xarici işlər naziri ilk növbədə bu sahədə öz ölkəsinin “təcrübəsi və nümunəsi”ni göstərməlidir.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az