t s

» » İrəvanda polis etirazçıların kütləvi həbsinə başladı

İrəvanda polis etirazçıların kütləvi həbsinə başladı

6-07-2015, 17:57 Yazar:  Məmməd Məmmədov Baxılıb: 238 Çap et
İrəvanda polis etirazçıların kütləvi həbsinə başladıİrəvan polisi Baqramyan prospektində fəalları saxlayıb və etirazçıları dağıdıb. Məlumata görə, polis etirazçıların sıralarını dağıdaraq müqavimət göstərənləri saxlayıb.

Polis digərlərini isə yolun hərəkət hissəsindən sıxışdıraraq prospekt üzrə avtomobillərin hərəkətini bərpa edib. Prospektdə təqribən 200 polis əməkdaşı, o cümlədən xüsusi təyinatlılar gətirilib.

Etiraz aksiyasının dağıdılması zamanı 40-50 fəal həbs edilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu etirazçılardan biri Maksim Sarqsyan deyib.

O, ən azı 40-50 nəfərin saxlanıldığını, ancaq onların sayları barədə dəqiq məlumatı olmadığını qeyd edib: "İndi onların hara aparıldığını dəqiqləşdiririk. Bundan sonra gələcək fəaliyyətimizlə bağlı qərar verəcəyik”.

Baqramyan prospektində hərəkət bərpa olunub, səkilər əvvəlki kimi polis əməkdaşlarının nəzarəti altındadır.

Etirazçılar isə bir neçə saatdan sonra toplaşmaq üçün yenidən çağırışlar edirlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:49 İrəvan yenə çalxalanır, kütləvi etiraz (CANLI YAYIM) İrəvanda yenidən irimiqyaslı etiraz aksiyası keçirilir. Virtualaz.org saytı Rusiyanın “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, yüzlərlə etirazçı İrəvanın mərkəzində Baqramyan prospektində mitinq keçirir. Polisin qadağasına baxmayaraq etirazçılar səsgücləndiricilərdən istifadə edirlər.
08:49 İrəvanda son vəziyyət - Hökumət qüvvələri aksiyanı dağıtmağa cəhd etmir Aksiyalar davam etsə də, etirazçıların sayı getdikcə azalır Ermənistan paytaxtında elektrik enerjisi tariflərinin qaldırılması haqqında qərarın ləğv edilməsi tələbilə etiraz keçirənlərin sayı azalmağa başlayıb. ANS PRESS-in məlumatına görə, buna baxmayaraq Baqramyan prospektində onların oturaq
10:01 İrəvanın gərgin gecəsi (CANLI) Bu gecə İrəvanda prezident Serj Sarkisyanın iqamətgahının yerləşdiyi Baqramyan prospektində sakitlik olmayıb. ANS PRESS-in məlumatına görə, elektrik enerjisinin qiymətlərinin qalxmasına etiraz edən oturaq aksiya iştirakçıları gecəni orada keçiriblər. Bəziləri söhbət edib, bəziləri isə birbaşa
07:27 İrəvanda üsyan genişlənir: hakimiyyətə təxribat xəbərdarlığı (CANLI YAYIM) Ermənistanın polis rəisi Vladimir Qasparyan mitinqin keçirildiyi yerə gəlib. O polis işçiləri ilə danışıqlar aparır. Hələlik heç bir bəyanat olmayıb. Mitinq isə davam edir. İrəvanda keçirilən oturaq etiraz aksiyasının iştirakçıları polisə mümkün təxribatla bağlı xəbərdarlıq ediblər.
18:32 Daha bir etiraz aksiyasının xəbəri Lənkərandan gəldi Fevralın 28-də Lənkəranda bahalaşmaya etiraz olaraq aksiya keçirilib. Lənkərandakı mənbələrdən azadliq.info-ya verilən məlumata görə, İcra Hakimiyyətinin yaxınlığında keçirilən aksiyada 300-400 nəfər iştirak edib. Aksiya təxminən 30 dəqiqə davam edib. Bundan sonra əraziyə cəlb olunan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az