t s

» » Səidə Sultan Rəhimə: "Cıraram səni!" sözünə görə “Space”dən qovuldu - VİDEO

Səidə Sultan Rəhimə: "Cıraram səni!" sözünə görə “Space”dən qovuldu - VİDEO

5-07-2015, 01:05 Yazar:  Aygün Baxılıb: 1455 Çap et
Səidə Sultan Rəhimə: "Cıraram səni!" sözünə görə “Space”dən qovuldu - VİDEO“Space” kanalında yayımlanan “Əsl şou” verilişinin aparıcısı, müğənni Səidə Sultan efirdən uzaqlaşdırılıb.

Mediaxeberleri.az
Qafqazinfo-ya istinadən xəbər verir ki, o, dünən efirdə səslənən qeyri-etik sözlərə görə kanal rəhbərliyi tərəfindən “Space”dən qovulub. “Əsl şou”nun aparıcılığı isə başqa şəxsə həvalə olunub.

Artıq “Əsl şou”nun yeni aparıcısının adı da məlumdur. O, jurnalist Tahirə Məmmədqızıdır.

Tahirə Məmmədqızı bununla bağlı məlumatı təsdiqləyib. Və hazırda yeni heyətin yığılması ilə məşğul olduğunu bildirib. Veriliş yeni formatda artıq həftənin birinci günündən efirdə olacaq.

Qeyd edək ki, dünən efirə gedən buraxılışda Səidə Sultan qonağı olan müğənni Rəhim Rəhimlinin Niyam haqqında dediklərinə “Adə, uşağımın xətrinə dəymə, cıraram səni” cavabı ilə reaksiya verib.

Bundan öncə isə “Space”in efirindəki “Günaydın” verilişində müğənni Mətanət Əsədova və yazar Əziz Musaoğlu arasında qalmaqal yaşanmışdı.

Sözügedən qeyri-etik məsələlərə Milli Televiziya və Radio Şurası da biganə qalmayıb. Şura rəsmisi Toğrul Məmmədovun sözlərinə görə, kanalın hətta 1 aylıq efir vaxtının dayandırılacağı, “Space” barəsində daha ciddi tədbirlərin görüləcəyi də gündəmdədir.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:45 Mətanət Əsədova Əziz Musaoğlunu məhkəməyə verdi İddia ərizəsi Cəbrayıl Rayon Məhkəməsinə göndərilib. Müğənni Mətanət Əsədova yazıçı Əziz Musaoğlunu məhkəməyə verib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən Mətanət Əsədovanın vəkili Ceyhun Yusifov bildirib ki, iddia ərizəsi Cəbrayıl Rayon Məhkəməsinə göndərilib. Vəkil
16:44 Müğənninin təhqir olunduğu veriliş bağlandı – VİDEO 3 gün öncə qalmaqal baş vermiş “Space” televiziyasının “Günaydın” proqramının bağlanması barədə qərar qəbul edilib. Mediaxeberleri.az xəbər verir ki, bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib. İyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın”
14:30 "Vaqif Mustafayev vədinə əməl etməsə..." - "Space"i cəza gözləyir “Milli Televiziya və Radio Şurası tərəfindən “Space” telekanalının rəhbəri Vaqif Mustafayevə iradlar bildirilib”. Bunu aznews.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov “Space”in efirində baş verən “Sən fahişəsən” olayına münasibət bildirərkən deyib. O
13:35 “Space” üzr istədi – “Ciddi tədbir görülməlidir” (VİDEO) Dünən “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ilə ciddi söhbətimiz oldu. Kanal rəhbərliyi baş verənlərə görə üzr istədi və tədbir görüləcəyinə dair söz verdi. Mediaxeberleri.az xəbər verir ki, bu sözləri APA-ya Milli Televiziya və Radio
19:33 Space-dəki davaya MTRŞ-dan reaksiya -"Təəssüf ki, qeyri peşəkarlıq və reytinq xatirinə..." Space-də yayımlanan "Günaydın" verilişində yaşanan qalmaqala Milli Televiziya və Radio Şurası münasibət bildirib. Movqe.az-a bu barədə danışan Şuranın Monitoinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov bildirib ki, "Günaydın" kimi tok-şou verilişlərində daha ciddi mövzular müzakirə olunsa daha yaxşı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az