t s

» » Space-dəki davanın günahkarı kimdir?

Space-dəki davanın günahkarı kimdir?

3-07-2015, 00:16 Yazar:  Aygün Baxılıb: 531 Çap et
Space-dəki davanın günahkarı kimdir?"Günaydın" verilişində müğənni Mətanət Əsədova ilə yazar Əziz Musa arasında baş verən qalmaqalın qismən səbəbkarı verilişin aparıcısı Vüsalə Kərimova göstərilir. İttiham edən isə M.Əsədovadır.

Milli.Az xəbər verir ki, məsələylə bağlı "Günaydın" verilişinin ailə məsələləri üzrə eksperti Hacı Quliyev mətbuata açıqlama verərək aparıcını dəstəkləyib:

"Vüsalə Kərimova "Günaydın" verilişinin aparıcısı təyin olunandan bu günə qədər verilişdə bir çox qalmaqallar olub. Amma burada Vüsalə xanımın heç bir təqsiri yoxdur. O, idarə edəndir, qonaqlar isə ekspert qismində çıxış edən şəxslər. Təbii ki, gərgin anlar olur, bunun qarşısını da almaq hər dəfə asan olmur. Həmçinin kimin hansı ifadəni bildirəcəyinin də sığortası yoxdur. Fikir azaddır, amma mədəniyyətsizlik yol verilməzdir.

Verilişdə yazarın müğənniyə qarşı təhqiramiz ifadə işlətməsinə cavabdeh olan şəxs aparıcı deyil. Hər bir insan öz sözünün məsuliyyətini daşıyır. Xüsusilə də, müğənni anlamalıdır ki, o, hər bir jesti ilə ya yüksələr, ya da alçalar. Ümumiyyətlə, hər bir insan atacağı hər addıma qarşı diqqətli olmalıdır."

Hər kimsə verilişə qonaq qismində dəvət olunursa, böyük həvəslə getdiyini deyən H.Quliyev qonaqların verilişin çəkiliş mədəniyyətindən də zövq aldığını bildirib:

"Həm aparıcının danışıq qabiliyyəti, həm də verilişdəki ab-hava qonaqlara xoş təəssürat bəxş edir. Qonaqların qarşılanması və yola salınması, ümumiyyətlə, qonaqlara olan münasibət yüksək səviyyədədir".

Qeyd edək ki, 30 iyun tarixində "Günaydın" verilişinin efirə gedən buraxılışında Əziz Musa ilə Mətanət Əsədova arasındakı qalmaqallı anlar yazarın müğənnini təhqir etməsiylə nəticələnib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:44 Müğənninin təhqir olunduğu veriliş bağlandı – VİDEO 3 gün öncə qalmaqal baş vermiş “Space” televiziyasının “Günaydın” proqramının bağlanması barədə qərar qəbul edilib. Mediaxeberleri.az xəbər verir ki, bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib. İyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın”
14:30 "Vaqif Mustafayev vədinə əməl etməsə..." - "Space"i cəza gözləyir “Milli Televiziya və Radio Şurası tərəfindən “Space” telekanalının rəhbəri Vaqif Mustafayevə iradlar bildirilib”. Bunu aznews.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov “Space”in efirində baş verən “Sən fahişəsən” olayına münasibət bildirərkən deyib. O
14:14 Mətanətə "fahişəsən" deyən yazarın xanımı - "Əsəbləşəndə evdə də söyür" "Günaydın" verilişində müğənni Mətanət Əsədovanı söyməklə gündəmə gələn yazar Əziz Musanın xanımı həyat yoldaşı barədə maraqlı açıqlamalar verib. Adını mətbuatda hallandırılmasını istəməyən xanım ölkə.az-a bildirib ki, həyat yoldaşının iştirak etdiyi məlum verilişə ümumiyyətlə baxmayıb: "Mən heç
18:24 “Space”də biabırçılıq- “Mən aliməm, sən isə fahişə” (Video) Teleaparıcı Vüsalə Kərimovanın təqdim etdiyi “Günaydın” verilişində qalmaqallı anlar yaşanıb. “Qafqazinfo”nun məlumatına görə, verilişin qonağı olan yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədovanın geyiminə iradını bildirib və onu abırlı geyinməyi təklif edib. Yazarın sözlərindən qəzəblənən
23:03 Toyda müğənniyə qadağa qoyuldu - Oxumayacaqsan! Müğənni Mənzurə Musayeva toyda rastlaşdığı maraqlı faktlardan danışıb. O, toy sahiblərinin bəzi mahnılara qadağa qoyduğunu deyib. Mediaxeberleri.az xəbər verir ki, bu haqda müğənni “Günaydın” verilişində danışıb: “Bəzi toylarda toy sahibləri “Ay xalam qızı”, “Gəl, ay qonşumun qızı” mahnılarını

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az