t s

» » Müğənninin təhqir olunduğu veriliş bağlandı – VİDEO

Müğənninin təhqir olunduğu veriliş bağlandı – VİDEO

2-07-2015, 16:44 Yazar:  Röya Baxılıb: 673 Çap et
Müğənninin təhqir olunduğu veriliş bağlandı – VİDEO3 gün öncə qalmaqal baş vermiş “Space” televiziyasının “Günaydın” proqramının bağlanması barədə qərar qəbul edilib.

Mediaxeberleri.az
xəbər verir ki, bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib.

İyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib.

K.Şahverdiyevin sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək:

“Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən “Günaydın” proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq”.

Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:30 "Vaqif Mustafayev vədinə əməl etməsə..." - "Space"i cəza gözləyir “Milli Televiziya və Radio Şurası tərəfindən “Space” telekanalının rəhbəri Vaqif Mustafayevə iradlar bildirilib”. Bunu aznews.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov “Space”in efirində baş verən “Sən fahişəsən” olayına münasibət bildirərkən deyib. O
13:35 “Space” üzr istədi – “Ciddi tədbir görülməlidir” (VİDEO) Dünən “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ilə ciddi söhbətimiz oldu. Kanal rəhbərliyi baş verənlərə görə üzr istədi və tədbir görüləcəyinə dair söz verdi. Mediaxeberleri.az xəbər verir ki, bu sözləri APA-ya Milli Televiziya və Radio
19:33 Space-dəki davaya MTRŞ-dan reaksiya -"Təəssüf ki, qeyri peşəkarlıq və reytinq xatirinə..." Space-də yayımlanan "Günaydın" verilişində yaşanan qalmaqala Milli Televiziya və Radio Şurası münasibət bildirib. Movqe.az-a bu barədə danışan Şuranın Monitoinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov bildirib ki, "Günaydın" kimi tok-şou verilişlərində daha ciddi mövzular müzakirə olunsa daha yaxşı
18:24 “Space”də biabırçılıq- “Mən aliməm, sən isə fahişə” (Video) Teleaparıcı Vüsalə Kərimovanın təqdim etdiyi “Günaydın” verilişində qalmaqallı anlar yaşanıb. “Qafqazinfo”nun məlumatına görə, verilişin qonağı olan yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədovanın geyiminə iradını bildirib və onu abırlı geyinməyi təklif edib. Yazarın sözlərindən qəzəblənən
16:27 Ölkə yas içində, telekanallarda çal-çağırdı... Bakı şəhərinin Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğında ölənlərin sayı artıb. Son dəqiqəyə olan xəbərlərə görə, ölənlərin sayı 16 nəfərə çatıb. Yaralı sayı isə 60-ı keçib. Ölkə insanının isə xəbər almaq üçün yeganə ünvanı saytlar, xəbər portalları, agentliklərdir. Çünki ölkədə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az