t s

» » "Vaqif Mustafayev vədinə əməl etməsə..." - "Space"i cəza gözləyir

"Vaqif Mustafayev vədinə əməl etməsə..." - "Space"i cəza gözləyir

1-07-2015, 14:30 Yazar:  Alim Baxılıb: 495 Çap et
"Vaqif Mustafayev vədinə əməl etməsə..." - "Space"i cəza gözləyir“Milli Televiziya və Radio Şurası tərəfindən “Space” telekanalının rəhbəri Vaqif Mustafayevə iradlar bildirilib”.

Bunu aznews.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov “Space”in efirində baş verən “Sən fahişəsən” olayına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, V.Mustafayev özü MTRŞ rəhbərliyinə məsələ ilə bağlı tədbir görəcəyinə söz verib: “Verilişdə səslənən söyüş efirə getməyib. Sadəcə qarşı tərəfin təhqir olunması qeydə alınıb. Bu da yayım tələblərinin pozulması deməkdir. Kanal rəhbəri baş verən hadisəyə görə bildirdi ki, “Space”də bir də belə hala rast gəlinməyəcək. Biz də Vaqif müəllimin bu xahişini nəzərə alıb tədbir görüləcəyini gözləyirik”.

T.Məmmədov əlavə edib ki, əgər Vaqif Mustafayev vədinə əməl etməsə, o zaman MTRŞ “Space”lə bağlı sərt qərarını verəcək.

Xatırladaq ki, “Space”də yayımlanan “Günaydın” verilişində qalmaqallı anlar yaşanıb.

Belə ki, verilişin qonaqları olan yazar Əziz Musaoğlu və müğənni Mətanət Əsədova arasında gərginlik olub. Geyiminə irad tutduğuna görə yazarın üzərinə hücum çəkən müğənni yazarlar haqda tənqidi fikirlər səsləndirib. Ə. Musaoğlu isə M.Əsədovanı “fahişə” adlandırıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:14 Mətanətə "fahişəsən" deyən yazarın xanımı - "Əsəbləşəndə evdə də söyür" "Günaydın" verilişində müğənni Mətanət Əsədovanı söyməklə gündəmə gələn yazar Əziz Musanın xanımı həyat yoldaşı barədə maraqlı açıqlamalar verib. Adını mətbuatda hallandırılmasını istəməyən xanım ölkə.az-a bildirib ki, həyat yoldaşının iştirak etdiyi məlum verilişə ümumiyyətlə baxmayıb: "Mən heç
13:35 “Space” üzr istədi – “Ciddi tədbir görülməlidir” (VİDEO) Dünən “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ilə ciddi söhbətimiz oldu. Kanal rəhbərliyi baş verənlərə görə üzr istədi və tədbir görüləcəyinə dair söz verdi. Mediaxeberleri.az xəbər verir ki, bu sözləri APA-ya Milli Televiziya və Radio
19:33 Space-dəki davaya MTRŞ-dan reaksiya -"Təəssüf ki, qeyri peşəkarlıq və reytinq xatirinə..." Space-də yayımlanan "Günaydın" verilişində yaşanan qalmaqala Milli Televiziya və Radio Şurası münasibət bildirib. Movqe.az-a bu barədə danışan Şuranın Monitoinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov bildirib ki, "Günaydın" kimi tok-şou verilişlərində daha ciddi mövzular müzakirə olunsa daha yaxşı
18:24 “Space”də biabırçılıq- “Mən aliməm, sən isə fahişə” (Video) Teleaparıcı Vüsalə Kərimovanın təqdim etdiyi “Günaydın” verilişində qalmaqallı anlar yaşanıb. “Qafqazinfo”nun məlumatına görə, verilişin qonağı olan yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədovanın geyiminə iradını bildirib və onu abırlı geyinməyi təklif edib. Yazarın sözlərindən qəzəblənən
20:01 Parlamentdə telekanallar və MTRŞ-ı sərt tənqid olundu Milli Məclisin bu gün keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə müzakirələr aparılıb. Qanun layihəsi barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib. O, qeyd edib ki, qanun layihəsində edilən dəyişiklikdən sonra

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az