t s

» » Space-dəki davaya MTRŞ-dan reaksiya -"Təəssüf ki, qeyri peşəkarlıq və reytinq xatirinə..."

Space-dəki davaya MTRŞ-dan reaksiya -"Təəssüf ki, qeyri peşəkarlıq və reytinq xatirinə..."

30-06-2015, 19:33 Yazar:  Aygün Baxılıb: 481 Çap et
Space-dəki davaya MTRŞ-dan reaksiya -"Təəssüf ki, qeyri peşəkarlıq və reytinq xatirinə..."Space-də yayımlanan "Günaydın" verilişində yaşanan qalmaqala Milli Televiziya və Radio Şurası münasibət bildirib. Movqe.az-a bu barədə danışan Şuranın Monitoinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov bildirib ki, "Günaydın" kimi tok-şou verilişlərində daha ciddi mövzular müzakirə olunsa daha yaxşı olar: "Nəinki qeyri-ciddi şou mövzuları. Bununla belə məlumdur ki, yayımçı bu cür mövzuları reytinq naminə seçir. Amma bu zaman aparıcı baş verə biləcək xoşagəlməz situasiyalara hazır olmalı və müzakirələrin bu yöndə getməsinin qarşısını almalıdır. Əslində qoyulan həmin mövzu ətrafında da ciddi müzakirələr aparıla bilərdi. Təəssüf ki, qeyri peşəkarlıq və reytinq xatirinə qalmaqala şərait yaratmaq niyyəti daha üstün gəlib. Verilişin bu hissəsinin montaj edilməməsi də çox şeydən xəbər verir. Lakin söyüşün efirdə səslənməsinin qarşısının alınması kanalı ciddi sanksiyadan xilas etmiş olur. Bununla belə, verilişin efirə gedən digər hissələrində də tərəflərin bir-birinə qarşı xoşagəlməz davranışları, təhqirə yaxın ifadələri vardır ki, bunlar tərəfimizdən araşdırılacaq. bütün hallarda bu cür qeyri-etik hallar yolverilməzdir".
Xatırladaq ki, ölkə.az saytının xəbərinə görə, verilişin qonağı olan yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədova arasında dava düşüb. Əziz Musaoğlu sənətçinin geyiminə irad bildirib və bundan sonra müğənni Manaf Ağayev də məsələyə müdaxilə edib: "Şou-biznesdə elə kişilər var ki, sənin heç nəslində elə kişi yoxdur".
Ardınca Əsədova ayağa qalxaraq qonağın üzərinə gedib. Bu addım tərəflər arasındakı söz atışmasını bir qədər də qışızıdırıb. Əsədovanın "mən müğənniyəm, bəs sən kimsən" sualına qonaq belə cavab verib:
"Mən aliməm, sən q..bəsən".
Amma sonda tərəfləri barışdırmaq mümkün olub. Həmin görüntüləri təqdim edirik:






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:24 “Space”də biabırçılıq- “Mən aliməm, sən isə fahişə” (Video) Teleaparıcı Vüsalə Kərimovanın təqdim etdiyi “Günaydın” verilişində qalmaqallı anlar yaşanıb. “Qafqazinfo”nun məlumatına görə, verilişin qonağı olan yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədovanın geyiminə iradını bildirib və onu abırlı geyinməyi təklif edib. Yazarın sözlərindən qəzəblənən
10:26 Teleməkan “palatka toyu”na çevrilib Xeyli insan yerli kanallara baxmaqdan imtina edib; tənqidçilər vəziyyətin son illər daha da pisləşdiyini deyirlər Son vaxtlar telekanallar ailədaxili və şəxsi münasibətlərdən bəhs edən, bayağı müğənnilərin iştirakı ilə təşkil olunan şou-verilişlərlə üstünlük verir. Bu verilişlərin aparıcıları da
19:39 Tacir Şahmaroğlu çəkiliş zamanı kəllə vurdu - İNSİDENT (Video) Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar veriləcək. Bu dəfə hədə tanınmış müğənni Tacir Şahmaroğlu olub. O, proqram
02:41 Elgizin verilişində biabırçılıq - “Sən qələt eləyib evli kişi ilə yatmısan”. Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov ANS Televiziyasının efirində yayımlanan “Adam içində” verilişini sərt tənqid edib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan şöbə müdiri qeyd edib ki, “Adam içində” verilişi artıq “qırmızı
23:03 Toyda müğənniyə qadağa qoyuldu - Oxumayacaqsan! Müğənni Mənzurə Musayeva toyda rastlaşdığı maraqlı faktlardan danışıb. O, toy sahiblərinin bəzi mahnılara qadağa qoyduğunu deyib. Mediaxeberleri.az xəbər verir ki, bu haqda müğənni “Günaydın” verilişində danışıb: “Bəzi toylarda toy sahibləri “Ay xalam qızı”, “Gəl, ay qonşumun qızı” mahnılarını

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az