25 iyun 2015-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun müəllifliyi, AMEA-nın Gəncə bölməsinin sədri, əməkdar elm xadimi Fuad Əliyevin redaktorluğu ilə azərbaycan və rus dillərində nəşr edilmiş universitetin 85 illiyinə həsr olunan “Azərbaycan Dövlət Aqrar Universitetinin professorları” adlı kitabın təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan rektor İbrahim Cəfərov 1929-cu ildə yaradılmış universitetin şanlı tarixindən, burada çalışmış alimlərin fəaliyyətindən, onların əməyinin dövlət tərəfindən qiymətləndirilməsindən danışıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən universitet kollektivinin əməyinə həmişə yüksək qiymət verilmiş və həmin ənənənə bu gün də uğurla davam etdirilir. Mediaxeberleri.az xəbər verir ki, şəhər ictimaiyyətinin, professorların, tələbələrin, habelə vaxtilə ADAU-da çalışmış və məzun olmuş alimlərin ailə üzvlərinin, yaxınlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər kitabın universitetin tarixinə böyük bir töhfə olduğunu qeyd ediblər. Kitabda 1920-ci ildən 1929-cü ilədək Azərbaycan Politexnik İnstitutunun tərkibində fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsi, 1929-cu ildən indiyədək bu ali təhsil və elm məbədində işləmiş, bü gün də çalışan 300-dən çox alim, SSRİ və Azərbaycan Elmlər Akademiyalarının akademikləri, müxbir üzvləri, professorlar və elmlər doktorları, o cümlədən Həsən Əliyev, Validə Tutayuq, İmam Mustafayev, Yusif Məmmədəliyev, Əhməd Cavad, Firuz Məlikov, Məmmədtağı Cəfərov, İlyas Abduallayev, Ağaxan Ağabəyli, Kazım Ələkbərov və digər alimlər, onların aqrar elm və təhsilin inkişafında xidmətləri haqqında geniş məlumatlar əksini tapıb.
Kitabın ərsəyə gəlməsində universitetin arxiv materiallarından və digər mənbələrdən istifadə olunmuşdur.



Öz şərhini bildir: