t s

» » Mətanət yenə aranı qatdı - Rəqsanə cavab verdi

Mətanət yenə aranı qatdı - Rəqsanə cavab verdi

24-06-2015, 11:24 Yazar:  Aygün Baxılıb: 561 Çap et
Mətanət yenə aranı qatdı - Rəqsanə cavab verdi Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva yenə aranı qatdı


Müğənni Rəqsanə İsmayılova xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın onun haqqında söylədiyi fikirlərə münasibət bildirib.



Mediaxeberleri.az
xəbər verir ki, sənətçi Axşam.az-a açıqlamasında "Zeynəb Xanlarova ilə konsert verəcəyəm" sözlərini işlətmədiyini deyib: “Gündəlik” verilişində qonaq olarkən xalq artistlərindən biri ilə konsert edəcəyimi bildirdim. Dedim ki, onun mahnılarını oxuyacam, eyni səhnəni bölüşəcəm. Aparıcı Mətanət Əliverdiyeva isə “Yəqin, bu Zeynəb Xanlarovadır” deyə fikir bildirdi. Mən onun bu sözünü təsdiqləməmişəm, Zeynəb Xanlarovanın adını çəkməmişəm. Bu, aparıcının öz fərziyyəsi idi. Mən yalnız “Zeynəb xanımı çox sevirəm” deyə, cavab vermişəm. Mənim tək günahım orada aparıcının sözlərini inkar etməmək oldu. Bu xəbəri Zeynəb Xanlarovaya başqa formada çatdırıblar, o da əsəbiləşib. Əgər verilişi izləsələr, hamı görəcək ki, mən Zeynəb xanımın adını hallandırmamışam”.

Qeyd edək ki, Z.Xanlarova R.İsmayılova ilə birgə konsert verəcəyi barədə xəbərləri inkar edərək bunları deyib: “Əvvəla, bütün yaradıcılığı boyu heç kimlə, hətta dünyanın ən ünlü sənətkarları ilə belə səhnəsini paylaşmayan Zeynəb Xanlarova niyə indi kiminləsə onun öz ansamblı ilə çıxış etməlidir? Bu yağışdan sonra göbələk kimi artan şou müğənniləri hansı kimyəvi gübrələrlə yetişdirilirlər ki, belə məsuliyyətsizcəsinə tamaşaçını, xalqı aldadırlar, rahat bir şəkildə onlara yalan danışırlar? Bununla da xalqın hissləri ilə oynadıqlarını, onları təhqir etdiklərini anlamırlarmı? Axı onlar bu xalqın çörəyini yeyir, bu xalqın içində yaşayır. Xalqı necə aldatmaq, necə ona yalan danışmaq olar. Mən bunu anlaya bilmirəm?”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:43 Mətanət: Üzr istəyirəm hamınızdan... - VİDEO “Mən gərək daha diqqətli olardım”. “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva verilişində söylədiyi və səs-küy yaradan sözlərinə aydınlıq gətirib. Mediaxeberleri.az Atv.Az-a istinadən xəbər verir ki, hadisə baş verən günü efirə çıxmaqdan imtina edən aparıcının növbəti gün efirdə
10:27 Prodüserin qətlindən qabaq – Açıqlaması Bakıda prodüserin qətli ilə bağlı yeni nüanslar var. Axar.az-ın əldə etdiyi məlumata görə, öldürülən Hamlet Cahangirov müğənni Səidə Sultandan qabaq ifaçı “Elit-star” Cəmilənin də prodüseri olub. Lakin onların arasında mübahisə yaranıb və ayrılıblar. Hətta bu haqda Hamletin açıqlaması da olub.
22:55 Mətanət bu dəfə Ağamirzə ilə meyxana dedi - VİDEO Aparıcı Mətanət Əliverdiyeva "Gündəlik" verilişində meyxana deyib. Mediaxeberleri.az məlumat verir ki, aparıcı ATV-nin canlı yayımında meyxanaçı Ağamirzə ilə deyişib. Tamaşaçılar bu deyişməni bir neçə dəfə Mətanət-Mətanət deyə alqışlayıblar. Mətanət Əliverdiyeva aparıcılıq etdiyi "Gündəlik"
09:39 İslamın əzəmətli qadını Xanım Zeynəbin (s.ə) mövludu günüdür İmam Hüseyn (ə) Xanıma buyurmuşdu: "Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma" İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım Zeynəb (s.ə) yüksək əxlaqa, səbrə,
20:28 Mətanətdən əkiz bacılara sərt sözlər - "Balakən Naxçıvanda yerləşir? Onda kül sizin təpənizə!”. ATV-də yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva açıqlamasında ona qarşı edilən tənqidlərə belə cavab verib: “Bəli bü gün verlişim barədə tənqidi fikirlər var, amma cüzi qədərdir. Hamı “Gündəlik” verilişini sevir, əgər sevilməsəydi bu qədər reytinq qazana bilməzdik. Yaxşı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az