t s

» » Möhtəşəm bağlanış mərasimində nələr olacaq? (VİDEO)

Möhtəşəm bağlanış mərasimində nələr olacaq? (VİDEO)

24-06-2015, 00:30 Yazar:  Aygün Baxılıb: 472 Çap et
Möhtəşəm bağlanış mərasimində nələr olacaq? (VİDEO)"Bu dünyada ilk oyunlardır və oyunların açılışının, bağlanışının da tarixi burada yazılır”

Artıq gərgin yarışların 12 günü arxada qalıb. Oyunların sonuna 5 gün qalır. Bununla da ilk Avropa Oyunlarının bağlanışı gündəmə gəlir. Möhtəşəm açılışın təəsüratları hələ yaddan çıxmamış, bağlanışın proqramının necə olacağı indi hər kəsi maraqlandırır. Bəzi detallar rəsmi, bəzisi isə qeyri-rəsmi açıqlanıb. Açılışda yazılan tarix və qazanılan təcrübə bağlanışın da unudulmaz olacağından xəbər verir.

Açılışını səbrsizliklə gözlədiyimiz Avropa Oyunlarının bağlanışına da sayılı günlər qalıb. 12 gün əvvəl hamını heyrətləndirən oyunların açılış mərasimi kimi, sonuncu günün də hamını mat qoyacağı istisna edilmir.

Hətta gənclər və idman naziri Azad Rəhimov Rusiya kütləvi informasiya vasitələrinə müsahibəsində deyib ki, əgər oyunların açılışı klassik şəkildə təşkil olunmuşdursa, bağlanış daha çox karnaval tipli olacaq:

“Bağlanış mərasimi daha çox şən festifal və karnaval tipli olacaq. Bağlanışda daha çox musiqi, müxtəlif rəqs növləri olacaq. Hətta himn əvvəlcədən yazılmış deyil canlı olaraq, bizim müxtəlif tanınmış ifaçılarımız tərəfindən oxunacaq”.

“Bakı 2015”in Əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyir ki, bütün idman yarışlarında açılış və bağlınış mərasimləri eynilik təşkil etmir. Bu səbəbdən də ilk Avropa Oyunlarının da bağlanışı fərqli olacaq:

“50 ölkənin iştirak etdiyi yarışın təntənəli şəkildə bağlanışı keçiriləcək. İnsanlar Milli Olimpiya Stadionu ilə yanaşı, dənizkənarı bulvarda da bağlanışı seyr edə biləcəklər. Proqramın gedişatı ardıcıllığı da açılışda olduğu kimi olmayacaq. Nəzər alsaq ki, bu dünyada ilk oyunlardır və oyunların açılışı və bağlanışın da tarixi burada yazılır”.

Bağlınış mərasimi 2 saat yarım davam edəcək. Lakin bir çox idmançılar bağlanış mərasimində iştirak edə bilməyəcək. Çünki yarışları başa çatan 1600 idmançı öz vətəninə geri dönüb.

Açılış mərasimi bitdikdən sonra Milli Olimpiya Stadionundan çıxan tamaşaçıların nəqliyyat problemi yaşanmışdı. Baxmayaraq ki, tamaşaçıların şəhərin bir neçə istiqamətində metro stansiyalarına çatdırılması üçün kifayət qədər ekspress avtobuslar ayrılmışdı.

Sadəcə insanların növbəyə düzəlməməsi hamının eyni anda avtobusa minmək istəməsi qarışıqlıq yaratmışdı. Bağlanış mərasimində isə bütün bunlar nəzərə alınacaq.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:33 Mehriban Əliyeva: “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə fəxr edirəm” “Atəşgahda alovlanan ruh hər birimizi bir araya gətirir” “Azərbaycana, Birinci Avropa Oyunlarına xoş gəlmisiniz. Oyunların açılış mərasimi ilə bağlı Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm”. Bu sözləri “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci
00:18 Bakıda ilk Avropa Oyunlarının açılış mərasimi başa çatdı (VİDEO) Bakıda ilk Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, müxtəlif dövlətlərin prezidentləri və baş nazirləri daxil olmaqla rəsmi nümayəndələr iştirak
08:24 Açılış mərasimi unudulmaz olacaq - "Bakı-2015" Bakı 2015 Avropa Oyunlarının 12 iyun tarixində keçiriləcək Açılış Mərasimi dünya idmanının ən təcrübəli və tanınmış peşəkarlarından biri hesab olunan Katerin Uqvu tərəfindən genişmiqyaslı canlı tədbirlərdə müşayiət olunacaq. Əslən Mançesterdən olan xanım Uqvu 2002-ci ildə doğma şəhəri Mançesterdə
19:50 İlk Avropa Oyunlarının rəsmi mağazasının açılışı olub. Dənizkənarı Milli Parkda. Mayın 11-də Dənizkənarı Milli Parkda “Bakı-2015”in dəstəkçisi və məhsulların tədarükçüsü “Bazarstore”un dəstəyi ilə ilk Avropa Oyunlarının rəsmi mağazasının açılış mərasimi olub. Mediaxeberleri.az AzərTAc-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən “Bakı-2015”
20:40 Bakı Olimpiya stadionu istismara verilib Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimləri burada keçiriləcək. Tikintisinə 2012-ci ilin dekabr ayında başlanılmış Bakı Olimpiya stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib. Gənclər və İdman

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az