t s

» » Hacı İbrahim Nehrəmlinin titulu təhlükədə... - İçki içəndən Hacı olmaz - Axund ittiham etdi

Hacı İbrahim Nehrəmlinin titulu təhlükədə... - İçki içəndən Hacı olmaz - Axund ittiham etdi

23-06-2015, 16:05 Yazar:  Aygün Baxılıb: 569 Çap et
Hacı İbrahim Nehrəmlinin titulu təhlükədə... - İçki içəndən Hacı olmaz - Axund ittiham etdi“Həcc ziyarəti İslam dininin tövsiyyə etdiyi ibadətlər içərisində vacib yer tutur. Ehrama imkanı olan və sağlıq durumu imkan verən insanların ömründə bir dəfə ziyarətə getməsi vacib buyurulur”.

Bunu Modern.az saytına Məşədi Dadaş Məscidinin imam-camaatı Hacı Şahin Həsənli son zamanlar bu titulu daşıyanlara olan fərqli münasibətin səbəblərini şərh edərkən deyib.

Onun sözlərinə görə, namaz və orucun bu məsələyə aidiyyatı yoxdur: “Bəziləri düşünür ki, yalnız namaz qılıb, oruc tutanlar Həcc ziyarətinə gedə bilər. Amma qeyd olunanlar ayrı-ayrı hökmlərdir. Nəzərə almaq lazımdır ki, Həcc ziyarətinin vacib buyurulan namazları var. Bu namazları qılmayanların ziyarəti isə kamil hesab olunmur. Məlum olduğu kimi, Həcc böyük bir ibadətdir, insanların Allah qarşısında bəndəliyinin, təvazökarlığının ifadəsidir, Həcc ayinləri başdan-ayağa Allaha sədaqətin ifadəsidir. Həmçinin, ibadət barədə çoxsaylı hədislər var”.

İlahiyyatçı eyni zamanda Həcci böyük ictimai hadisə hesab edir: “Bu, müsəlmanların birgə toplanması, biri-birinin dərdindən xəbərdar olması üçün fürsətdir. Həccə gedib-gəlmiş insan günahı bağışlanmış halda qayıdır. Eyni zamanda belə bir hədis var ki, ziyarətə gedən insan Həccin nuru ilə geri dönür. Və qayıtdıqdan sonra ilk işlətdiyi günahla həmin nuru itirmiş olur. Bu hədislər bizə Həcc ziyarətindən qayıtdıqdan sonra çalışıb günahlardan uzaq olmağı, əməlimizlə Hacı olmağı diqtə edir. Əslində çox adamlara Hacı deyirik, amma Allah qatında kimin Hacı olması bizə məlum deyil. Allah yanında Hacı olan insanlar ad, şan-şöhrət, titul üçün yox, məhz Allah rizası üçün Hacı olanlardır”.


Hacı İbrahim Nehrəmlinin titulu təhlükədə... - İçki içəndən Hacı olmaz - Axund ittiham etdi

Ş.Həsənli “Hacı”ların içki məclislərində iştirakını, həmçinin spirtli içki qəbul etməsinin yolverilməz olduğunu diqqətə çatdırıb:

“Həccə gedib-gəlmiş insanın spirtli içki qəbul etməsi düzgün deyil. Bildiyiniz kimi, şərab Qurani-Kərimin haram buyurduğu içkidir. Ona görə də Həccə gedən insan xüsusilə diqqətli olmalıdır. Əks halda, açıq-aşkar günah etməklə insanların dinə olan etimadını zəiflətmiş, inanclı insanların bədbinliyinə, inamsızlığının yaranmasına səbəb olar. Həmçinin, içki içənlərin hacılığı sual altına düşür”.

Onun insanlar arasında tez-tez müzakirə mövzusu olan “Həccə gedənləri başa düşmürəm. Bu ziyarətə xərclədiyi pulları, ehtiyacı olan xəstələrə xərcləsələr yaxşıdır” fikrinə münasibəti kəskin olub: “Həcc vacib ibadətdir. Ona görə də, ziyarətə xərclənən vəsaitin ehtiyacı olana xərclənməsi daha üstündür” demək yalnış olar. Həccin böyük fəlsəfəsi var, həm də ictimai məsuliyyəti insanlara xatırladan ziyarətdir. Nəzərə almaq lazımdır ki, bu ziyarət Azərbaycanın Qarabağ kimi probleminin insanların diqqətinə çatdırılması üçün bir fürsətdir.

Dəfələrlə Həcc ziyarəti zamanı Qarabağ məsələsinin qabardılmasının şahidi olmuşam. Ziyarətə həm də Avropa ölkələrindən bir çox müsəlmanlar gedir. Çox olub ki, problemin mahiyyətindən xəbərsiz olublar, müxtəlif suallar veriblər, bayrağımızı görüb ökəmizlə maraqlanıblar. İstənilən halda Həccin müsbət təsirləri danılmazdır. Onu məhdudlaşdırmaq düzgün deyil.

Həcc ziyarəti müsəlmanların ildə bir dəfə keçirilən toplantısıdır. Bundan imtina etmək isə düzgün deyil. İslam dinində ehtiyaclı insanlara yardım etmək ilahi vəzifədir. Özü tox yatdığı halda, qonşusu ac yatırsa, o insan müsəlman sayılmaz. Həcc ziyarətinə gedən insanlar xeyriyyəçi əməllərindən çəkinməməlidirlər. Ümumiyyətlə, hacılar xeyriyyəçi insanlar olmalıdır. Onlar xalqına, ehtiyacı olanlara yardım edə, kiminsə təhsil haqqını ödəyə bilərlər və s. Yəni bu ayrı bir vəzifə, Həcc ayrı bir vəzifədir. Bunları qarışdırmaq isə doğru deyil.

Bəzən müxtəlif insanlar bir ildə bəlkə də hər ay dincəlmək üçün böyük vəsait sərf edərək, səfərlərə gedir. Nədənsə o zaman “gəzməyə getməyim, yardım edim” deyə düşünmürlər. Amma Həcc ziyarətindən söhbət düşəndə Həccin vəsaitinin ehtiyaclılara yönəldilməsi məsələsi qabardılır, etiraz etməyə başlayırlar. Həccə getmək o demək deyil ki, insan bütün var-dövlətini xərcləməlidir. İnsan yardım da edə bilər, ziyarətə də gedə bilər. Bunlar bir-birini istisna etmir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:03 “Allah Hacı İbrahimə öz ədalətini göstərir, bundan da betər olacaq”... – Qazaxlı iş adamından Hacı İbrahim Nehrəmliyə... Bu arada məlum oldu ki, Əmlak məsələləri üzrə dövlət komitəsinin rəhbəri Kərəm Həsənov “Avesta konserni”nin rəhbəri Hacı Ibrahim Nehrəmliyə məxsus “Həsən-96" şirkətini və Bakı Şəhər Icra Hakimiyyətini məhkəməyə verib. Mediaxeberleri.az xəbər verir ki, xəbərə görə, Bakı meriyası Hacı Ibrahimin
00:27 Ləman Piriyeva: "Meyarımız Quran`i Kərimdir" Yer kürəsində 200-ə yaxın dövlət var. Bu dövlətlərdə müxtəlif cəmiyyətlər və minlərlə ailə qurulur. Hər bir dövlətin öz qanunları, cəmiyyətlərin və ailələrin özünəməxsus qaydaları olur. Bir ailənin fikrincə digəri səhv həyat tərzi sürür, bir cəmiyyətə nisbətən digərinin qaydaları daha ədalətli
17:03 Hacı İbrahim Nehrəmli "Bandotdel"dədir - "İfadə verir" "Avesta" holdinqinin sahibi Hacı İbrahim Nehrəmlinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə mediada xəbərlər yayılıb. Ancaq hələ nə özügedən saxlanılmanı həyata keçirən orqanlar, nə də iş adamının rəhbərlik etdiyi şirkət tərəfindən hər hansı rəsmi bir açıqlama yoxdur.
14:50 İlham Əliyev Ciddədədir Azərbaycan prezidenti kiçik Həcc ziyarəti edəcək. Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Ciddə şəhərinə gəlib, ərəb mətbuatı yazır. Mediaxeberleri.az haqqin.az-a istinadən xəbər verir ki, məlumata görə Ciddədə İlham ƏIiyev Ümrə ziyarətini (kiçik Həcc ziyarəti)
20:23 Deputat: Bizdə hacı adı titul olaraq düzülür “Çoxları Həccə Yesentukiyə gedən kimi gedir”. Həcc ziyarətinə getmək üçün imkanın yoxdusa, getmək vacib sayılmır. Bəzən olur ki, insanlar kimdənsə borc alırlar ki, ziyarətə gedirəm. Kiminsə getməyinə kömək göstərmək yaxşı bir şeydir. Amma insanın özünün imkanı yoxdursa, imkansız vəziyyətdə Həcc

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az