t s

» » Əliyevdən inamlı qələbə - Canlı yayım

Əliyevdən inamlı qələbə - Canlı yayım

22-06-2015, 17:25 Yazar:  Aygün Baxılıb: 333 Çap et
Əliyevdən inamlı qələbə - Canlı yayımBu gün Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi keçiriləcək.

Axar.az xəbər verir ki, 5-i kişi, 2-i qadın olmaqla 7 çəki dərəcəsində boksçular yarımfinal uğrunda mübarizə aparacaqlar. Bu gün qadın idmançılarımız rinqə çıxmayacaqlar. 49 kq çəki dərəcəsində Salman Əlizadə 1/4 finalda irlandiyalı Brendan İrvinlə qarşılaşacaq. Görüş saat 13:30-da başlayacaq. 52 kq çəki dərəcəsində Elvin Məmişzadə bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.

Qarşılaşmanın start fiti saat 19:30-da veriləcək. 56 kq çəki dərəcəsində Tayfur Əliyev 1/4 finalda danimarkalı Frederik Yansenlə görüşəcək. Qarşılaşma saat 14:00-da keçiriləcək. 81 kq çəki dərəcəsində Teymur Məmmədov holland Peter Mullenberqlə üz-üzə gələcək.

Görüş 20:45-də başlayacaq.

+91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə görüşəcək. Boksçular 21:00-da rinqə çıxacaqlar. 13:45 Salman Əlizadə 1/4 finalda irlandiyalı Brendan İrvinlə qarşılaşıb. O, rəqibinə 2-1 məğlub olub. 14:16 Tayfur Əliyev 1/4 finalda danimarkalı Frederik Yansenlə görüşüb. O, rəqibinə 3-0 qalib gəlib və yarımfinala yüksəlib.

*** Tayfur Əliyev iyunun 24-də yarımfinalda rus Baxtovar Nazirovla qarşılaşacaq.

Görüş 19:30-da başlayacaq.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
15:04 Məmişzadə uddu: Səlimov erməniyə qarşı - Canlı yayım Bu gün Bakı-2015-də boks yarışları 6 çəki dərəcəsində davam edəcək. Mediaxeberleri.az xəbər verir ki, 2 idmançımız medallar uğrunda mübarizə aparacaq. 52 kq çəki dərəcəsində Elvin Məmişzadə 1/8 finalda irlandiyalı Mayles Kesi ilə qarşılaşacaq. Görüş saat 14:15-də başlayacaq. 60 kq çəki
16:03 Həsən Əliyev erməniyə qarşı - CANLI YAYIM Dünya çempionumuz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşacaq. Bu gün "Bakı - 2015" I Avropa Oyunlarında Yunan - Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. ANS PRESS-in məlumatına görə, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə
21:44 Boksçularımız erməniləri məğlub edib finala çıxdılar Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçıların adları məlum olub. Həlledici görüşə vəsiqə qazananlar arasında milli komandamızın 4 üzvü də var. İki boksçumuz isə yarımfinalda uduzaraq bürünc medala sahib olub. 60 kq çəki dərəcəsində
14:25 Boksçumuzdan qələbə Bu gün qadın boksçularımızdan 3-ü rinqə çıxacaq. Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Mediaxeberleri.z xəbər verir ki, yarışda 34 ölkənin 240 idmançısı qələbə uğrunda mübarizə aparır. Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az