t s

» » “İkirəqəmli qiymət artımı olacaq, banklara krediti olanlar daha çox manat xərcləyəcək”

“İkirəqəmli qiymət artımı olacaq, banklara krediti olanlar daha çox manat xərcləyəcək”

21-02-2015, 15:10 Yazar:  Aygün Baxılıb: 1218 Çap et
“İkirəqəmli qiymət artımı olacaq, banklara krediti olanlar daha çox manat xərcləyəcək”“Mərkəzi Bankın rəsmi açıqlamalarında və eləcə də, inflyasiya ilə bağlı proqnozlarına əsasən milli valyutanın məzənnəsinin yumşaq dəyərdən düşəcəyi gözlənilirdi. Manatın məzənnəsini bazar deyil, Mərkəzi Bank sədri müəyyənləşdirdiyi üçün milli valyutanın kursunun necə olacağı sadəcə sözügedən bankın məlumatlarına əsasən müəyyənləşdirilə bilər”.

Modern.az xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov manatın məzənnəsinin kəksin düşməsini şərh edərkən deyib.

O qeyd edib ki, proqnozlar sözügedən bankın açıqlamalarına əsasən verilir və həmin bankın fikirləri ilə əməli isə üst-üstə düşmür: “Təbii ki, yumşaq develvasiya vəd edən Mərkəzi Bankın kəskin məzənnə azalmasına getməsi nəinki gözlənilən idi, ümumiyyətlə ehtiyac yox idi.

Mərkəzi Bank yumşaq devalvasiya olacağına dair açıqlama verməsinə baxmayaraq, əslində kəskin devalvasiya getdi. Bunun ixracı stimullaşdırması kimi müsbət təsirləri inkar edilmir. Bununla yanaşı, son addım istehlak bazarında qiymət artımına gətirib çıxaracaq. Çünki idxal olunan malların alqısı dollarla aparıldığı üçün, onlar manatla satıldığı üçün artıq qiymət artımı deməkdir”.

İqtisadçı onu da bildirib ki, son develvasiyadan sonra Mərkəzi Bankın birrəqəmli inflyasiya proqnozlaşdırsa da? 2015-ci ildə istehlak bazarında qiymət artımları ikirəqəmli olacaq:

“Dolların bahalaşmasının kredit bazarına da təsir göstərəcək. Bankdan dollar ilə kredit götürənlər manatla daha çox ödəməli olacaqlar. Kommersiya banklarından dollarla kredit götürən vətəndaşlar indi daha çox manat xərcləyərək dollar alacaqlar. Yəni əvvəlcə 10000 dollar kredit götürən şəxs 7800 manat+faiz ödəyirdisə, indi 10500 manat+faiz ödəyəcək. Bununla yanaşı, manatla kredit götürən şəxslər dollar ifadəsində daha az vəsait ödəyəcəklər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:15 Mərkəzi Bankın qərarı: 1 dollar 1,05 manat Azər Mehtiyev: "Bu, artıq biabırçılıqdır" Fevralın 21-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 dolların rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Bu, manatın 20 faizdən çox qiymətdən salınmasıdır. Bu haqda Mərkəzi Bankın yaydığı məlumatda deyilir. Məlumatda o da deyilir
00:47 Manatın sonu necə olacaq? (VİDEO) İqtisadçı Oqtay Haqverdiyev ölkədə yaşanan ajiotajdan danışdı İki gündür Azərbaycanda dollar ajiotajı yaşanır. Bunun səbəbini iqtisadçı və uzun müddət hökumətdə bu sahə üzrə vəzifə daşıyan Oqtay Haqverdiyevlə müzakirə edirik. - Oqtay müəllim, dollara yaranan maraq nə qədər realdır? Həqiqətən
09:02 Mərkəzi Bankdan şok manat qərarı Milli valyutanın dollardan asılılığından imtina edildi; ekspertlər bildirirlər ki, hökumətin bu addımı manatın ucuzlaşmasını şərtləndirəcək... Azərbaycan manatı dollardan asılılıqdan imtina edib. Bildirilir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 16-dan etibarən məzənnə
00:33 Manat rubl kimi ölə bilər (VİDEO) Ekspertlər əhalini təşvişə düşməməyə, təmkinli olmağa çağırır Dünyada gedən siyasi və iqtisadi prosseslərin sürətli dəyişməsi, neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəhayət Azərbaycanın dollardan və avrodan qiymətli manatına da təsir etməyə başladı. Hələlik böyük təsir yoxdur. Amma
23:22 Manat düşməyə başladı Manatın məzənnəsi bivalyuta səbəti əsasında müəyyənləşdirilir Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını bircə cümlə ilə belə ifadə etmək olar: hökuməti manatın yumşaq ucuzlaşdırılmasına start verdi. Bu barədə bu gün iqtisadçı ekspert Samir

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az