t s

» » İlhamə Quliyeva həmkarı Flora Kərimovanın səsləndirdiyi fikirlərə sərt reaksiya verib

İlhamə Quliyeva həmkarı Flora Kərimovanın səsləndirdiyi fikirlərə sərt reaksiya verib

3-06-2015, 00:06 Yazar:  Aygün Baxılıb: 622 Çap et
İlhamə Quliyeva həmkarı Flora Kərimovanın səsləndirdiyi fikirlərə sərt reaksiya veribİlhamə Quliyeva: Flora, yanımda olsan, səni o məşəllə yandıracağam


“Hələ dilin də var danışmağa?”.

Xalq artisti İlhamə Quliyeva həmkarı Flora Kərimovanın onun barəsində səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Mediaxeberleri.az
Ölkə.Az-a istinadla xəbər verir ki, İ.Quliyeva açıqlamasında bildirib ki, əgər məsləhət olsa idi, məşəl Flora Kərimovaya həvalə edilərdi:

“Niyə sən bu qədər alçalırsan? Lazım bilsəydilər, səni dəvət edərdilər. Sənin vətənə heç bir xidmətin olmayıb, heç vaxt vətəninə sadiq olmamısan, torpağın qədrini bilməmisən. Xalq bilir sən ömrün boyu hansı məzhəbə qulluq etmisən. Mən bu gün üzdəyəm. Nazir iclasda da dedi ki, biz bura sənətin qaymaqlarını dəvət etmişik. Orada Arif Babayev, Alim Qasımov, Ağaxan Abdullayev də var. Amma mən xüsusi dəvət olunmuşam. Sənə yazığım gəlir. Çünki heç bir dəftərdə adın yoxdur. Sənə təklif etsəydilər, imtina edərdin? Axı sənə deməzlər. Sən torpaq satmısan, dövlət, xalq, bayraq qədri bilməmisən. Səni tanıyanlar gülür ki, gah o başa getdin, gah bu başda süründün, gah döyüldün, başının parikin yerlərdə süründü. Hələ dilin də var danışmağa? Yaxşısı budur məhkəmədə mənə uduzduğun üç min manatı göndər. Göndərməsən, səni həbs etdirəcəyəm. Yazığım gəlirdi, amma gördüm ki, sən başa düşmürsən. Məni xalqım, dövlətim sevir. Bayrağıma, torpağıma qurban olum. Belə o məşəli əlimə alacağam. Yanımda olsan, səni o məşəllə yandıracağam”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:03 İlhamə Quliyeva coşdu: "Onu pis günə qoyacam" (VİDEO) Xalq artisti İlhamə Quliyeva afrikalı uşağı övladlığa götürməsindən danışdı. ANS PRESS-in məlumatına görə, səhnəmizin primadonnası "Günə Baxan"ın birbaşa efirində məsələ ilə bağlı açıqlama verib. Azərbaycanın və Dağıstanın Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenləri sahibəsi İlhamə xanım bu
17:39 Elgizin toyunda nələr baş verdi? Toy bitdi, ancaq bu toydan hələ çox danışılacaq... Tanınmış teleaparıcı Elgiz Əkbər dünən - 9 mayda evləndi. Mediaxeberleri.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, ANS-in “Adam içində” verilişinin aparıcısının media üçün qapalı olan toyu səsli-küylü keçdi. Sərxan Kərəmoğlunun idarə etdiyi
21:04 Flora Kərimova: İlhamə bəsdir, yetər bu oyunlar “Mən onu sənətkar hesab etmirəm”. Bu günlərdə müğənni İlhamə Quliyeva həmkarı Flora Kərimovanın yaradıcılığı barədə dedikləri ilə hər kəsi təəccübləndirdi. Belə ki, müğənni “A-dan Z-yə” verilişinin qonağı olarkən F.Kərimova ilə bağlı xoş sözlər söylədi. Onun sənətinin, səs diapazonunun böyük
02:14 “Nazpəri yerin dibinə girsə də...” — İlhamə Quliyeva Xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onun ünvanına söylədiyi təhqirləri təkzib etməsinə münasibət bildirib. İ.Quliyeva qarşı tərəfin təkzibi ilə qane olmadığını deyib: "Məhkəmədə tələb etmişdim ki, hansı telekanalda məni təhqir edib, orda da üzr istəsin. Dediklərini təkzib
22:10 İlhamə gizlinləri açdı: “Müğənni var toy aparır, məclisdən sonra bəy evinə yox, onunla otelə gedir” -QALMAQAL Xalq artisti İlhamə Quliyeva “ATV maqazin” verilişində qalmaqallı açıqlamaları ilə gündəmi alt-üst edib. Mediaxeberleri.az xəbər verir ki, Publika.az-ın məlumatına görə, xalq artisti bəzi sənətçilərə xəbərdarlıq edib: “Bir müğənni var ki, dünyanın hər yerindən rəhmətə gedənlərin paltarlarını

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az