t s

» » Afiq Əliyev Azərbaycana taxta vurub pul “yuyurmuş”... - Meşə korrupsionerinin işi

Afiq Əliyev Azərbaycana taxta vurub pul “yuyurmuş”... - Meşə korrupsionerinin işi

15-02-2015, 12:52 Baxılıb: 971 Çap et
Afiq Əliyev Azərbaycana taxta vurub pul “yuyurmuş”... - Meşə korrupsionerinin işi

Rusiyanın Prikamsk vilayətində azərbaycanlı biznesmen, Azərbaycana meşə materiallarının göndərilməsi ilə məşğul olan Afiq Əliyevin və ortağının işi məhkəməyə göndərilib.

Virtualaz.org saytıxəbər verir ki, “Kommersant” qəzeti bu cinayət işi haqda yazır. Məqalədə bildirilir ki, biznesmen ƏDV fırıldaqçılığında və xaricə meşə materiallarının ixracı zamanı pul vəsaitlərinin “yuyulmasında” ittiham olunur. Üstəlik ortada sifarişli qətllər də var, qətlə yetirilənlər isə ermənidir.

İstintaq materiallarına əsasən “Lesinvest” Açıq Səhmdar Cəmiyyətinin faktiki rəhbəri olan Afiq Əliyev nəzarətində olan səhmdar cəmiyyət vasitəsilə meşə materiallarının ixracına dair bir sıra formal müqavilələr bağlayıb, bu müqavilələri Federal Vergi Xidmətinə təqdim edərək ixraca görə nəzərdə tutulan ƏDV-ni büdcədən alıb. İstintaq əmindir ki, əslində heç bir real sövdələşmə olmayıb.

Bu işin istintaqı zamanı hüquq-mühafizə orqanları Solikamsk şəhərinin baş arxitektoru olan erməni Olqa Karapetyanın da qətlinin üstünü açıblar. Məlum olub ki, bu qətli Afiq Əliyevin tanışları törədib. Cinayət işində A.Əliyevin tanışı və biznes tərəfdaşı Natalya Seletkovanın da adı keçir. Ancaq onların heç biri irəli sürülən ittihamları qəbul etmir.

Cinayət işinin materiallarına əsasən Afiq Əliyev 84 milyon rubl məbləğində ƏDV fırıldağında ittiham olunur. Bu maliyyə fırıldağına dair cinayət işi əvvəlcə Privoljsk vilayəti üzrə DİN Baş idarəsi tərəfindən 2012-ci ildə qaldırlıb, daha sonra iş Perm vilayəti üzrə DİN Baş idarəsinə verilib.

İstintaq müəyyən edib ki, A.Əliyevin nəzarətində olan “Lesinvest” ASC Azərbaycana ixrac etmək üçün kağız üzərində “Lesomir” ASC-dən meşə materialları alıb, həmin səhmdar cəmiyyət isə öz növbəsində meşə materiallarını “Forest” ASC-dən aldığını sənədləşdirib.

Hüquq-mühafizə orqanları hesab edir ki, bu müəssisələr A.Əliyevin və Sletkovanın nəzarətində olub, eyni hüquqi ünvanda qeydiyyatdan keçib. A.Əliyev cəmi dörd epizod üzrə iri məbləğdə maliyyə fırıldağında və “pul yuma”da ittiham olunur.

Bu cinayət işinin istintaqı zamanı hüquq-mühafizə orqanları Perm sakini olan Artur Abramyanın və Solikamsk şəhərinin baş arxitektoru Olqa Karapetyanın da qətlinin üstünü açıblar. A.Əliyevin ətrafını araşdıran əməliyyatçılar müəyyən ediblər ki, onun mühafizəçiləri keçmiş xüsusi təyinatlı döyüşçü Azər Əkbərov və Eldəniz Məmmədovdur.

Fırıldaq işi üzrə axtarış zamanı əməliyyatçılar Əkbərovdan “TT” tapançası, 34 patron, səsboğucu, 16 kalibirli ov tüfəngi aşkar ediblər. Onun telefonunda isə Olqa Karapetyanın güllələndiyi tüfəngin şəkli tapılıb. Bu qətlə görə Əkbərov 23 il, E.Məmmədov 15 il həbs cəzası alıb. Qətlin sifarişçisini müəyyən etmək mümkün olmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:59 Ağ Yolda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı müzakirə keçirilib Prezidentin Avropaya davamlı səfərləri Azərbaycanın adına ciddi uğurlar yazıb. Ağ Yol Vətəndaş Hərəkatının rəsmi feysbuk səhifəsində və 550 minlik eyni adlı qrupunda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı geniş müzakirə açılıb. Paylaşılmış statusda deyilir: “Azərbaycan
15:40 Aydın Mirzəzadə: Riçard Kozlariç sanki Azərbaycana qarşı səlib yürüşünün təşkilatçısı rolunu oynamağa çalışır “Son dövrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin antiazərbaycan fəaliyyətində aktivliyi diqqəti cəlb edir”. Bu barədə trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ Konqresində keçirilən dinləmələrdə Riçard Kozlariçin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət
15:20 Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var Qəzetimizin ötən saylarında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər Ərazi İnzibati vahidi üzrə nümayəndəsi Azil Aslanovun yarıtmaz fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunub. Qeyd etmək lazımdır ki, bu gün də redaksiyamıza daxil olan məlumatlarda Azil Aslanovun öz
12:25 Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub “Azərbaycan səhvə yol verib”. Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur və Azərbaycan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr kimi qəbul edəndə səhvə yol verib. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisdə
11:05 Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək? Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir" Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az