t s

» » Qəbul imtahanının nəticələri açıqlandı

Qəbul imtahanının nəticələri açıqlandı

19-05-2015, 18:08 Yazar:  Aygün Baxılıb: 488 Çap et
Qəbul imtahanının nəticələri açıqlandıTQDK mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Mediaxeberleri.az
xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 17-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 19-da saat 16:45-dan etibarən açıqlayıb.

İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 16 071 abituriyentdən 1 010 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1 5061 abituriyentdən 35 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 15 026 abituriyentin imtahan nəticələri yerləşdirilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:15 Bu gün qəbul imtahanıdır Əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı olacaq Tələbə Qəbulu üzrə Dövlət Komitəsi bu gün əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış
11:54 II və III ixtisas qruplarının abituriyentləri mayın 17-də imtahan verəcəklər. İmtahan 3 saat davam edəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 17-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat
08:41 TQDK imtahan keçirir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. Mediaxeberleri.az bildirir ki, TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahan Bakı, Naxçıvan
15:35 Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı İmtahanda ən yüksək nəticə isə 96 bal olub. 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə fevralın 22-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən (TQDK) Mediaxeberleri.az-a verilən məlumata
16:28 Qəbul və buraxılış imtahanlarının keçirilmə vaxtları açıqlandı - TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komssiyası növbəti tədris ili üçün ali təhsil səviyyəsi üzrə qəbul imtahanları və orta məktəblərin buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə: - ərizə qəbulu - 03 - 12

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az