Kadırovun 15 yaşlı oğluna VƏZİFƏ VERİLDİ
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 15 yaşlı Adəm Kadırov region rəhbərinin təhlükəsizlik xidmətində "vacib" vəzifəyə təyin edilib. Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev sosial şəbəkələrdə onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib. "Adəm Kadırovu Çeçenistan Respublikasının başçısının təhlükəsizlik xidmətində mühüm vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm", - Əhməd Dudayev "Telegram" kanalında yazıb. O qeyd edib ki, Adəm Kadırov özünü dinin müdafiəsinə qalxmağa hazır olan cəsur və vətənpərvər kimi göstərib. Nazir xatırladıb ki, gənc yaşında Kadırovun oğlu bir neçə dəfə Ukraynada xüsusi əməliyyat zonasına səfər edib. Bundan əvvəl Adəm Kadırov Volqoqradda ictimai fəal Nikita Juravlyanı Qurani Kərimi yandırdığına görə döyüb. Daha sonra Tatarıstan Prezidenti Rüstəm Minnixanov Adəmə beynəlxalq sülh və harmoniyanın möhkəmləndirilməsində xidmətlərinə görə şəxsən "Duslık" ordeni təqdim edib.