t s

» » Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə

Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə

19-05-2015, 08:53 Yazar:  Məmməd Məmmədov Baxılıb: 1417 Çap et
Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə...”Şuşanı, Laçını qoyub qaçdılar” -deyərək 1988-ci ildən bəri o yurdlarda döyüşənləri, dinc insanları, qoca, savadsız kişiləri, qoyun otaranları günahlandırmaq çox asandı. 23 il bundan əvvəlki qarmaqarışıq ictimai-siyasi və hərbi olaylar burulğanının içindən keçən insanlar bəzi gerçəkləri bilirlər. Odur ki, Laçının işğalı haqda bir sıra həqiqətləri də anlamaq üçün həmin günləri yaşamış müdafiə naziri, komandir və döyüşçülərdən öyrənməyə çalışaq...


1992-ci ilin fevralından 1993-cü ilin martınadək müdafiə naziri olmuş Rəhim Qazıyev:


-Şuşanın işğalından sonra mən müdafiə naziri olaraq şəhəri yenidən geri almaq və Qənizadə, Teymurov, Məhərrəmovun başçılığıyla reyd dəstəляrinin Turşsuya göndərilməsi barədə iki yazılı əmr vermişəm. Rusiyanın Cəlilabad yaxınlığındakı Göytəpə bazasından tam saz vəziyyətdə 10 tank və 10 PDM almışam. Onlar öz “xod”u ilə dəmiryoladək gəlib. Sonra da qatar vasitəsilə sabiq nazir polkovnik Səfər Əbiyevin rəhbərliyi və 100 əsgərin müşayiəti ilə Zəngilana gətirilib. Orada məlum olub ki, həmin maşınların 8-də elektrik naqilləri kəsildiyindən işə düşmürlər. Onda əmr verdim ki, qalan 12 texnikanı aparın Şuşa-Laçın istqamətinə. Mayın 8-də Bərdədə olan Şuşanın sabiq rəisi Vahid Bayramov mənə zəng edib ki, yanımda 208 nəfər var, silahımız yoxdur. Mən də böyük çətinliklə Rusiyanın Gəncədəki 23-cü diviziyasından pulla 208 avtomat və pulemyot aldırıb göndərmişəm. Ancaq Bayramov həmin 208 nəfərlə Laçından o tərəfə keçməyib. Etibar Məmmədovun Qəbələdə Türkiyə zabitləri tərəfindən təlim keçdirib gətirdiyi 165 nəfərlik könüllü tələbə dəstəsini də silahla təmin etmişik, nəticəsi olmayıb. Mayın 12-də Etibar Məmmədov öz adamlarını da götürüb geri qayıdıb Türkiyəyə yollanmışdı. Mayın 14-də Ayaz Mütəllibov birgünlük hakimiyyətə qayıtdığı gün keçmiş sovet ordusуnun Zaqafqaziya Hərbi Dairəsi komandanının müavini general Oqanyanın təhriki ilə hazırda istefada olan о vaxtkı məşhur generallardan birinə 14 ədəd zirehli texnika verilir ki, Bakıda dinc əhali müqavimət göstərəcəyi halda atəş açılsın. Mən isə həmin vaxt Gorandakı bazada rus general Şerbakdan aldığım zabitlərin köməyi ilə 2700 nəfərə Şuşaya əks-hücuma keçmək üçün təlim keçdirirdim. Təəssüf ki, mayın 14-dəн15-ə keçən gecə mən MDB müdafizə nazirlərnin yığıncağında iştirak etmək üçün Daşkəndə gedən kimi AXC rəhbərliyinn göstərişi ilə Gorandan 2500 nəfər döyüşçü hakimiyyəti ələ keçirmək üçün Bakıya gətirilir. Bu faktı hazırda həbsdə olan Müsavat fəalı Tofiq Yaqublu da öz kitabında təsdiqləyir. Mən Daşkəndə olarkən müavinim rəhmətlik Vahid Musayevə göstəriş verdim ki, Prezident Aparatının qarşısında saxlanan 14 texnikanı oradan çıxardıb MN-in həyətinə gətirsin. O da heç bir itki olmadан bu əmri yerinə yetirdi. Sonra biz 2 “şilka”nı MN-in həyətndə saxladıq, qalanlarını isə Laçına göndərdik. Bu minvalla 7 “Qrad” və 20-yə yaxın zirehli texnika Laçına çatıb. Və mayn 14-də briqada komandiri Elbrus Orucovun əmri ilə polkovnik Qənizadə Şuşa yaxınlığındakı ən hündür strateji yüksəklik olan Böyük Kirs zirvəsini erməniərdən geri alır. Daha sonra Orucov həmin dəstəyə Kiçik Kirsi də almağı əmr edir. Artıq ermənilər qaçmağa başlayanda Orucovdan əmr gəlir ki, həm Böyük Kirsdə, həm də Kiçik Kirsdən qüvvələri geri çəkib Laçına apar. Qənizadə etiraz etsə də, Orucov təkid edir.



Sonra bunun səbəbini soruşduqda o, Qənizadəyə deyir ki, guya onun dəstəsi ermənilərin mühasirəsində qalıbmış. Qənizadə bunları məhkəmədəki ifadəsində də təsdiqlədi. Həmin günlərdə kimlərsə bütün dəstə komandirlərinə çatdırırmış ki, guya Rəhim Qazıyev Şuşaya hücumu dayandırmaq barədə əmr verib. Axı mənim belə əmri olmayıb. Şuşa-Laçın xəyanətinin tərkib hissələrindən biri də müdafiə nazirinin 051 saylı əmrinin mənə yanlış formada təqdim olunması idi. Başlığında 811 saylı h/h-nin Orucovun komandiri olduğu briqadaya tabe etdirilməsi haqqında yazılıb, içəri də isə Laçın alayının ləğv edilməsi qeyd edilib. O vaxt hər bir əmri oxumağa vaxt çatmadığı üçün mən yalnız başlığı oxuyub qol çəkmişəm. Bunu mən sonradan 1993-cü ilədə məhkəmədə bilmişəm. 1992-ci il mayın 1-də Arif Paşayevi qəbul etdim, Şuşa və Laçının müdafiəsi üçün onun özünün mövqeyi vardı və çox düzgün mövqe idi. Baş qərargah rəisi Şahin Musayevi də dəvət etdim. Birlikdə xəritə üzərində müzakirə apardıq. Lakin Musayev nə iləsə razılaşmadı və Paşayevə qarşı təhqiramiz ifadə işlətdi. O da cavab verdi. Musayevi mənim yanımda komandiri təhqir etdiyi üчün danladım. Və onu Paşayevdən üzr istəməyə məcbur etdim. Sonra Arif Paşayevə bir gecəgörmə durbini hədiyyə etdim. Sadəcə, həmin əmr Arifə psixoloji təsir etdiyi üçün o alayı Orucova təhvil verməyib. Və həmin əmr kağız üzərində qalıb...
Bilirsiz, ortalıqda bir həqiqət də var idi, bir tərəf deyirdi ki, Ayaz Mütəllibov hakimiyyətə gəlib, daha biz vuruşmuruq. Sonra da digər tərəf deyirdi ki, Mütəllibov hakimiyyətdən getdi, daha biz vuruşmuruq. Gecə-gündüz təxribat gedirdi. Özümə bağışlamadığım bir məsələ də mayın 8-də Şuşaya getməməyim olub. Həmin səhər saat 7.30-da mən vertolyotla Laçına uçub oradan da Şuşa yaxınlığına getmək üçün kabinetdən çıxmağa hazırlaşarkən daxili işlər naziri Tahir Əliyev və Etibar Məmmmədov gəldilər. Və mənə təkidlə məsləhət gördцlər ki, daha biz Laçına gedиrik, özümüz vəziyyətə nəzarət edəcəyik. Sən isə burda qal. Çünki özün olmasan, heç kəs texnika-silah təchizatını təmin edə bilməyəcək. Odur ki, mən getmədim.


Keçmiş Laçın alayının komandiri Arif Paşayev:


-1992-ci il aprelin 19-da mənə MN-dən çox anlaşılmaz bir radioqram gəldi. ”Bir neçə... Purenko qarşıla...” Bircə onu anladım ki, Baş Qərargahın zabitlərindən biri olan Purenko bir neçə zabitlə gəlməlidir. Lakin 1992-ci il aprelin 22-də Laçına MN-dən zabitlər: Elbrus Orucov, Məhərrəm Cahangirov və Nadir Bəxtiyarovdan ibarət bir qrup gəldi. Səhv etmirəmsə, ayın 24-də Orucov mənə dedi ki, Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçəcək, Laçın alayı da Cəbrayılın Ziyarət dağı istiqamətindən zərbə endirməlidir. Dedim ki, bu barədə yazılı əmr göstərin. Ancaq o, əmri göstərə bilmədi. Sonra onlar Şuşaya getdi. Müdafiə naziri Rəhim Qazıyevlə danışdım, məlum oldu ki, Azərbaycan Ordusunun belə bir hücum planı yoxdur... Məndə şübhə yarandı. Düzdü, birdən-birə Şuşanın və Laçının işğal olunacağını gözləmirdim. Ancaq Laçın alayının öz dislokasiya mövqeyindən uzaqlaşdırılması cəhdi bilavasitə hansısa təxribatdan xəbər verirdi. Bütün bu məsələləri aydınlaşdırmaq və texniki işləri həll etmək üçün R.Qazıyevlə danışıb Bakıya getdim. Aprelin 30-da müdafiə nazirinin müavini rəhmətlik dostum Şikar Şikarovla görüşdüm və o, mənə Laçın alayının ləğv olunacağı barədə əmr verildiyini söylədi. O, eyni zamanda məni bir dost kmi xəbərdarlıq etdi ki, çox ehtiyatlı ol, səni vura bilərlər. Böyük təkidlə Laçın alayının ləğvi haqqında əmrin geri oxunmasına çalışsam da, buna nail ola blmədim. Mayın 5-də İsgəndər Həmidovla birgə Rящим Qazıyevlə görüşdüm. Amma yenə də bir-birimizi anlaya bilmədik. Sonradan məhkəmə araşdırmaları zamanı bəlli oldu ki, sözügedən əmrin başlığında “811 saylı Laçın Alayının 704 saylı briqadaya tabe etdirilməsi barədə” ifadəsi yazılıb, ancaq icra hissəsində qeyd edilib ki, Laçın alayı ləğv edilərək briqadanın tabeliyinə verilir. Hətta orada ayrıca bəndlərlə “A.Paşayevə 811 saylı hərbi hissənin adından əmr vermək qadağan edilir” və “Mayın 6-dək Laçında olan silah-sursat və hərbi inventarı 704 saylı h/h-nin komandirinə təhvil verilməlidir” yazılmışdı. Yəni o vaxt R.Qazıyev nazir kimi sənədin yalnız Laçın алayının briqadaya tabe etdirilməsi haqqında başlıq hissəsini oxuyub və imzalayıb, icra hissəsində alayın ləğv edilməsi bəndini isə görməyib.
Mayın 8-də Şuşaya hücum xəbərini alan kimi Laçına qayıtdım. Laçın artıq Ermənistan istiqamətindən intensiv artilleriya atəşinə tutulurdu. Yenə də müəmmalı hadisələr baş alıb gedirdi. Laçın-Şuşa yolunun 5 km-lik hissəsində isə 50 m-dən bir 17m-lik quyu qazdırıb trotillə doldurmuşduq və onlara bağlı naqilləri mərkəzi nəzarət məntəqəsinə birləşdirmişdik... Mayın 9-da mən Bakıdan qayıdanda baxdım ki, bütün naqillər kəsilib. Səbəbini E.Orucovdan soruşanda çox məntiqsiz cavab verdi ki, guya naqilləri siçovullar gəmirib...




Mayın 10-da mədəniyyət evinin zirzəmisində daxili işlər naziri Tahir Əliyev, ması təkliflərimi müzakirə etdim. Bir qədər sonra Etibar Məmmədov, Qurban Məmmədov, Arif Hacıyev və Xaliq Bahadır da gəldi. Onlara da məlumat verdim ki, mən hərbi hissənin rəhbərliyindən kənarlaşdırılmışam. Siz deputat səlahiyyətlərinizdən də istifadə edib ölkə rəhbərliyinin Laçının müdafiəsi üçün ciddi tədbir görməsinə çalışın. Ancaq hansısa səbəblərdən mayın 12-də onlar çıxıb getdilər. Mayın 11-da E.Məmmədovun gətirdiyi təxminən 150 nəfərlik tələbələrdən ibarət yaxşı təchiz olunmuş dəstəni Turşsuda Elbrus Orucova təhvil verdim. Rəhmətlik Rövşən Cavadov da orada idi. Təklif etdim ki, Ermənistanla sərhəddən beynəlxalг reaksiya baxımından hücum ehtimalı az olduğu üçün biz əsas gücümüzü Qarabağ istiqamətində cəkməli və düşmənin burnunu burada ovmağa çalışmalıyıq. Amma Orucov, əksinə, dedi ki, məndə məlumat var, mayın 13-dən 14-ə keçən gecə saat 3.45-də Ermənistan istiqamətindən hücum gözlənilir. Ona görə də əksər qüvvələr Ermənistanla sərhəddə atılmalıdır. Mən Laçına qayıtdım və yeganə işlək rabitə sistemi olan MTN-nin Laçın şöbəsinin otağında Tahir Ялiyev, icra başçısı Xanlar Məmmədovun, polis rəisi Akif Səlimovun və s. iştirakıyla müzakirə apardıq. Polis rəisi məlumat verdi ki, Suарасы ərazisi müdafiəsizdir. Tahir Əliyev də təklfi etdi ki, Laçın alayı ilə polis birlkdə, qarşılıqlı əlaqədə hərəkət etsin. Və ümumi təklif belə oldu ki, Laçın polisinin əsas qüvvələri Yuxarı Fərəcan-Suarası istiqamətinə göndərilsin. Və sonrakı hadisələr göstərdi ki, bu hərbi baxımdan düzgün addım idi. Çünki əks halda Laçın-Qayğı qəsəbəsi yolu kəsilə və rayonu tərk edən dinc əhali mühasirədə qala bilərdi. Qarabağ istqamətində müdafiə üçün kifayət qədər qüvvə var idi. Orucovun tabeliyində olan 120- nəfərlik qüvvə, 777 saylı h/h, 5456 saylı daxili qoşun hissəsi, Rövşən Cavadovun başçılığıyla “OMON”-çular, Muxtarov, Qənizadə və Teymirovun başçılığı ilə reyd dəstələri və s. MN əməliyyat idarəsinin rəisi Rüfət Əmirov və Elbrus Orucov da daxil olmaqla 21 nəfər yüksək rütbəli zabit əməliyyata rəhbərlik edirdi. Mayın 13-14-də Qayğı qəsəbəsindən keçən yolu ermənilər bağlamağa cəhd etdi. Lakin biz əks zərbələrlə yolun yenidən açılmasına nail olduq. Mayın 15-də mən postları yoxlamaq üçün çıxanda baxdım ki, şəhərin “poçt” deyilən giriş hissəində xeyli hərbi texnika və canlı qüvvə Qubadlıdan keçən Bakı yoluna yönəlib. Onların bir hissəsi artıq getmişdi. Lakin xeyli hissəsinin qarşısыnı kəsə bildik. Hətta tanklardan birini Qubadlı yolunda qoyub gedən qüvvələrin qayıtmayacağı təqdirdə atəş açması əmrini də verdim. Gecə Elbrus Orucov alay qərargahına gəldi və sinəsini açdı ki, məni güllələyin, qüvvələr mənə tabe olmur...


Mayın 16-da mən həm MN-lə rabitə əlaqəsi yaratmaq, həm də yanacaq təşkil etmək məqsədilə Qubadlıya yollandım. Oradan nazirliyə zəng etdim ki, Laçın ölüm ayağındadır, iki qardaşımı sizə girov göndərirəm, mənə heç olmasa, tabуr komandiri səlahiyyəti verin. Lakin mənə çox anlaşılmaz cavab verdilər: oraya havadan zərbə endiriləcək, dözmək lazımdı. Laçına qayıtdım. “Tikanlı zəmi” deyilən yerdə çoxlu qüvvələr cəmləşmişdi. Orada əsgərlər qarşısında təsirli bir çıxış etdim, hətta əsgərlərn çoxu ağaldı. Rəhmətlik Çingiz Mustafayev də bunu çəkirdi. Lakin təəssüf ki, hansı səbəbdənsə həmin kadrlar efirə verilmir. Və elə təəəsürat yaradılır ki, guya həmin günlər mən Laçında olmamışam.. Həmin vaxt artilleriya divizionunun komandiri Qridasovu “qrad” qurğuları ilə birgə geri qaytardım. Həmin qurğuları müxtəlif nöqtələrdə yerləşdirdik. “Qrad”lardan birini isə Laçının telestansiyası yerləşən Mərkiz dağına göndərdik, digərini isə Qarıkaha istiqamətinə. Məlum oldu ki, artıq Turşsu istiqamətindən bütün qüvvələr çıxıb və Laçın Şuşa istiqamətindən tam müdafiəsiz qalıb. Laçın alayının əsas qüvvələri Ermənistanla sərhəddə idi. Hələ mayın 16-da bir dəstəni Şuşa yolundakı körpünü partlatmaq üçün göndərdim. Kənar qüvvələrdən olan digər dəstəni isə laçınlı rəhmətlik Rafael Məhərrəmovun başçılığı ilə Qaladərəsi kəndini nəzarətdə saxlamaq üçün oraya yolladım. Ancaq 17-də məlum oldu ki, həmin əsgərlər Məhərrəmova tabe olmayaraq qaçıblar. Və ermənilər Laçından atıcı silah məsafəsində olan Qaladərəsini ələ keçirdilər. Oradan isə həm Laçın-Şuşa, həm də Laçın-Qubadlı yolunu nəzarətdə saxlamaq mümkün idi. Bundan sonra artıq Laçının taleyi həll olundu... Mən isə sürücüm İsmayıl və digər iki laçınlı ilə birgə Qridasovun “Qrad” qurğusunun olduğu Mərkizə qalxmağa məcbir oldum. Çünki oradan hər şey aydın görünürdü, qüvvələrə müəyyən göstəriş vermək mümkün idi. Biz sursatımız bitənədək “qrad”la ermənilərin Şuşa istiqamətindən gələn qüvvələrini vurduq. Artıq axşama yaxın gözümüzün qarşısında Laçına Ağanus və Zerti kəndləri istiqamətindən erməni qüvvələri daxil olmağa başladı. Beləliklə, mayın 17-si gecə saat 23.45-də düşmənin ilk dəstələri üç istiqamətdən Laçın şəhərinə daxil oldu...
Hərbu ekspertlərin məhkəməyə təqdim etdikləri rəyə görə, mənim istər komandir səlahiyyəti daşıdığım, istərsə də sonrakı dövrdə verdiyim bütün tapşırıq və göstərişlər müstəsna dərəcədə hərbi nizamnaməyə uyğun olub.



Laçın polis taborunun komandiri olmuş Çingiz Abbasov:


-Hələ 1992-ci il martın sonunda Laçına onlarla yük maşınından ibarət karvan göndərilmişdi. Biz həmin maşınları geri qaytartdıq. Onlar dedilər ki, guya Bakıdan Şuşanın kolxoz-sovxozlarını köçürtmək üçün gəliblər. Lakin biz həmin maşınların heç birini Şuşa istiqamətinə buraxmadıq. Aprelin sonunda gələn karvanı isə artıq Şuşanın vəziyyətinin pis olduğunu nəzərə alıb buraxdıq. Sonra da Laçının özünə də gəldilər...Mayın 2-3-də Şuşadan kömək istədilər. Rəhmətlik Milli Qəhrəman Oqtay Güləliyevlə birgə 36 nəfərlə oraya yollandıq. Və mayın 7-dək “Aşağı zastav” deyilən yerdə müdafiə döyüşlərində itirak etdik. Mayın 7-də Şuşanın keçmiş icra başçısı, rəhmətlik Nizami Bəhmənov hərbi geyimdə “UAZ” markalı maşında gəlib xəbər verdi ki, artıq ermənilər arxadan Şuşanı mühasirəyə alıblar, şəhəri tərk edin. Bizim kəndlərdə olan polislərimizdən xeylisi Şuşa-Laçın yolu ilə çıxa bilmədilər. Şuşanın Nəbilər kəndindən Laçının Fingə və Vağazin kəndlərindən keçməklə Laçına gəlmişdilər.


Mayın 7-i axşam mən Şuşanın Turşsu qəsəbəsinə gəldim. Oraya xeyli hərbi qüvvəmiz toplanmışdı. Rəhmətlik Rövşən Cavadovun başçılığıyla “omon”çular da orada idi. Dedi ki, Şuşaya getməkdən ötrü bizə bir bələdçi verin. Onlara bələdçi verdik. Rövşən Cavadov da bizə bir radiostansiya verdi ki, əlaqə saxlayın. Mayın 7-dən 8-ə keçən gecə saat 4-5 radələrində Rövşən Cavadov ratsiya ilə belə bir məlumat verdi: “Atışmada bir erməni hərbçisi tutduq. Ondan öyrəndik ki, erməni hərbi birləşmələri mayın 13-15-də üç istiqamətdən 16 batalyonla Laçına hücum edəcəklər. Bu məlumatı təcili daxili işlər naziri Tahir Əliyevə çatdırın”.
Mayın 8-i səhər tezdən Laçına gəldim. Və deyilən məlumatı polis rəisi Akif Səlimova çatdırdım, o isə həmin vaxt şöbədə olan Tahir Əliyevə məruzə etdi. Laçının o vaxtkı icra başçısı rəhmətlik Xanlar Məmmədov və tanımadığım hərbçi zabitlər otaqda idi. Tahir Əliyev birbaşa MN Baş Qərargah rəisi Şahin Əliyevə telefon açıb onunla sərt danışdı. Dedi ki, artıq Şuşa gedib. Hardan bilmirəm, təcili kömək alıb Şuşanı qaytarın...
Sonra mən bir daha Turşsuya qayıtdım. Şuşa alınmışdı. Orada toplanmış pərakəndə, nizamsız qüvvələr də heç bir iş görmək iqtidarında deyildi. Artıq Laçın camaatı da köçməyə başlamışdı. Laçına gəldim. Mayın 10-da biz, Laçın polisi əməkdaşlarını Laçın alayının internat məktəbinin binasındakı qərargahına topladılar. Və əmr verdilər ki, bu gündən müdafiə nazirliyinə tabe olmalısız. Əmr verdilər ki, Laçından 30-40 km məsafədə Hadrutun erməni kəndləri ilə qonşu olan Yuxarı Fərəcan kəndinə getməlisiz.. Yuxarı Fərəcanda kiçik atşmalar oldu. Ancaq ilk günlər ermənilər oradan hücuma keçmədi...
Laçınla heç bir əlaqəmiz yox idi. Bütün radiostansiyaları bağlamışdılar. Yalnız mayın 18-də səhər tezdən rəis müavini Telman Tanrıverdiyev Laçına ərzaq dalınca yollandı. Lakin az keçməmiş qayıdıb dedi ki, artıq ermənilər Laçını işğal edib yandırırlar. Çıxılmaz vəziyyətdə qalmışdıq. Laçın rayon mərkəzi alındıqdan sonra biz üç tərəfdən mühasirədə qalırdıq...
Həmin gün gündüz dumanlı hava idi. Qəflətən yaxınlıqda vertolyot səsi gəldi. Sonra isə atışma başladı. Həmin hadisə, o gün bizə tərəf gələn plaşlı hərbçilərin kimliyi bu günədək mənim üçün müəmma olaraq qalır. O da maraqlı idi ki, qarşı tərəf əsasən göyə atəş açırdı. Sanki bizə xəbərdarlıq edirdilər ki, sakitcə çıxın, sizə toxunmuruq... Onların çox olduğunu və digər iki tərəfdən də atəş altında qalacağımızı nəzərə alıb geri çəkildik...


Laçın alayının tank rotasının sürücü-mexaniki olmuş Kərəm Heydərov:


-Sovet qoşunları tərkibində Ukraynada məxfi tank divziyasında xidmət etmişdim. Odur ki, 1991-ci ilin oktyabrında səfərbərlik başlayan kimi məni də Laçın alayında xidmətə çağırdılar. İlk işimiz o zaman ərazini tərk edən rus ordusundan alınmış üç T-72 tankını təmir temək oldu. Sonra onları yavaş-yavaş döyüş mövqelərinə çıxramağa başladıq. 1992-ci ilin martından biz Əfqanıstan döyüşlərində olmuş kapitan Tahir Süleymanovun komandirliyi ilə tank rotası kimi “Tikanlı zəmi”də yerləşdik. Aprelin sonunadək hər şey qaydasında gedirdi. Təchizatımız, rabitə əlaqəmiz normal idi. Lakin aprelin sonunda eşitdik ki, Bakdan zabitlər gəlib. Ondan sonra nizam-intizam pozuldu. Sən demə, Orucov familiyalı bir polkovnik gəlib Laçın alayını briqadaya tabe olması və Arif Paşayevin komandirlikdən azad edilmısi haqda göstəriş verib. Mayın 9-da Şuşanın alnması xəbərindən sonra körpə uşaqlarıma baş çəkmək üçün Laçına gəldim. Orda xəbər bildim ki, əmim oğlu və bibim oğlu daxil olmaqla 5 nəfər “qrad” atəşindən həlak olub. Onları dəfn edtdikdən sonra yenidən postumuza qayıtdım. Həmin günlər ara-sıra atışmlara olurdu. Əsasən Laçının özünü artilleriya atəşinə tuturdular. Mayın 14-də Bakıdan gələn bir dəstə “Tikanlı zəmi”dən keçərkən ermınilər topla bir PDM-i vurdular. İki döyüşüçü həlak oldu. Mayın 17-i gecə əmr gədi ki, çıxın. Biz də “Qayğı” qəsəbəsinin arxasından keçib Qubadlı yoluna çıxdıq...


Laçın alayı III rotasının baş çavuşu olmuş Yaşar Nəcəfov:


-Azərbaycanın ikinci müstəqillik dövründə ən birinci nizami müətəşəkkil alay Laçında yaradıldı. Mən demək olar ki, münaqişə başlanandan üzübəri əsas hadisələrin gündəliyini aparmışam. Lakin həmin gündəlikdə elə məqamlar var ki, onları mətbuat üçün açıqlamaq qeyri-mümkündür. 1991-ci ildən başlayaraг intensiv olaraq vertolyotlar Ermənistandan gəlib Xankəndinə keçirdi. Bizim döyüşçülər ona atəş açırdı. Ancaq görünür, gövdələri zirehli olduğundan onlara təsir etmirdi. Laçında sırf peşəkar hərbçilər az olsa da, çox cəsarətli, döyüşlərdə püxtələşmiş oğlanlar var idi. Məsələn, “cin Mübariz “ləqəbli igid 1991-1992-ci illərdə təkbaşına 23 erməni girov gюtirmüşdü. 1992-ci ilin yanvarından sonra artıq Laçın artilleriya atəşinə məruz qalırdı. Xocalının işğalı günü yadımdadı ki, Laçının üzərindən bir vertolyot elə bil qəsdən aşağı fişəng ataraq keçdi. O vaxtdan müxtəlif şayiələr baş alıb getməyə başladı.. Təxminən 1992-ci иl mayın 14-15-də gecə ermənlər qəflətən Cağazur kəndinin yanındakı 31 saylı posta hücuma keçib 5 döyüşçümüzü qətlə yetirmişdilər. Mayın 8-də mən Laçında idim, Şuşadan çoxlu yaralılar gətirdilər. Onda bildik ki, Şuşa alınıb. Elə həmi günlər Laçına top, “qrad” dolu kimi yağırdı.Özü də dağ yerində güclü əks-səda verdiyindən çox vahiməli səs alınırdı. Təsəvvür edin ki, uşaq və qadınları avtobusa yığıb yola salanda avtobusdan bir az aralıya “qrad” düşdü, onun səsindən neçə körpənin, o cümlədən mənim 2 yaşlı oğlumun dili tуtуldu. Onu Bakıda 10 ildən çox müalicə etdirdim. Ancaq bu gün də hələ onun zədəsi qalır. O günlərdən düz mayın 17-dən mən öz rotamızlа birgə Ermənistanla sərhəddə durduq. Artıq mayın 17-də mühasirədə qaldığımız məlum olanda rota komandiri Sabir Xıdırovun əmri ilə postdan çıxıb alayın həyətinə, oradan da Qarıkahası kəndinə gəldik. Axşam Xıdırov dedi ki, gedək Laçından keçək Qubadlı yoluna. Nə qədər təkid etsəələr də, mən getmədim. Oradan böyük çətinliklə piyada, sonra da kəndlərdə qalmış hərbçilərin maşını ilə gəlib Kəlbəcərə çıxdım...


Qubadlı rayonunun hərbi komendantı olmuş mayor Saleh Rüstəmov:


-Qubadlıda döyüşsək də, həmişə Laçın alayı və polisi ilə əlaqəmiз olurdu. Mən 1992-ci ilin mayından Qubadlı rayon komendantı təyin olunmuşdum. Şuşa çıxandan sonra köməyə gələn qüvvələr hamısı Xanlıq kəndindən gəlib keçirdi. Yadımdadır ki, 1992-ci il mayın 10-11-də Bakıdan gələn qüvvələr, o cümlədən Tahir Əliyev, Etibar Məmmədov dedilər ki, Ayaz Mütəllibov ruslarla danışıb, gedirik Şuşanı azad etməyə, 2-3-gündən sonra qələbə bayrağını Şuşaya sancacağıq. Briqada komandiri Elbrus Orucov hələ mayın 17-də gündüz Laçın işğal edilməmiş Xanlıq kəndindən keçəndə biz onu həbs edиb qauptvaxta saldıq. Yalnız MN-dən dəfələrlə zəng etdikdən sonra biz onu buraxdıq. Ancaq məcbur etdik ki, bizimlə bərabər Laçına əks-hücuma keçsin. Mayın 18-də biz Qubadlı döyüşçüləri “Tikanlı zəmi”dən əks-hücum təşkil etməyə çalışdıq. Həmin vaxt mənə bir döyüşçü yaxınlaşıb dedi ki, Orucovun əsgərləri danışırdılar eşitdim, səni vuracaqlar, özünü gözlə.



Belə də oldu. Orada bizim qabaqda Laçın Turşsuyuna tərəf gedən uşaqları bir dərədən çağırдılar ki, burda azərbaycanlı qadınları girov götürüblər, kömək edin. Dərəyə enəndə onlardan üçünü, o cümlədən məşhur döyüşçü Həsən Qorxmazı dərhal güllələmişdilər. Məni isə arxada Orucovun 11 nəfər döyüşçüsü hər tərəfdən üzərimə silah çəkib həbs etmək istəyirdilər. Lakin tabor komandirinin müavini Aqil Həşimov gəlib məni xilas etdi. Bizim döyüşçüləri dərədə azərbaycanca çağırıb vuranlar isə qara maskalılar olmuşdu. Çox güman ki, onlar Rusiya kəşfiyyyatına bağlı qruplar olub...

-Laçın alayının döyüşçüsü Mehman Əliyev:

Biz bir qrup könüлlü döyüşçü çevik qrup kimi ən çətin yerlərə göndərilirdik. Məsələn, 1992-ci il mayn 14-15-də Ermənistanla sərhəddəki 31 saylı postu ermənilər alıb bиzim 5 döyüşçünü şəhid etdikdən sonra biz həmin postu geri aldıq. Artıq 23 il keçdiyi üçün çox hadisələr yadımdan çıxıb. Yadımdadır ki, mayın 17-də biz Laçından çıxıb Ağanus kəndinin yanından keçəndə yuxarıdan atşma səsləri eşitdik. Bildik ki, bizim qüvvələr orada döyüşürlər. Kəndə qalxıb sayca və texnika cəhətdən çox üstün olan ermənilərlə son gülləmizədək döyüşdük. Lakin kəndi qoruya bilmədik... Onu bilirəm ki, kənardan gələn təxribatçı qüvvələr olmasaydı. Laçın alayının gücü ilə rayon xeyli müdafiə oluna bilərdi...




Sultan Laçın, Hafta.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:36 Nurəddin Xoca: “Laçını göz görə-görə verdilər” Qarabağ döyüşçüsü, “Boz qurd batalyonunun komandiri” Nurəddin Xoca Laçının işğalı ilə bağlı Femida.az-a danışdı. -Laçının müdafiəsində iştirak etmisinizmi? -Mən 1989-cu ildən 1991 - ci ilə qədər Laçında mütəmadi olmuşam. Lakin 1991-ci il oktyabr ayında ağır yaralanandan sonra gedə bilmədim.
12:56 Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 21 il ötür. “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib. Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 21 il ötür. Mediaxeberleri.az xəbər verir ki, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və cəbhə xəttində
09:17 Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayır İki ölkə arasında son illərdə hərbi əməkdaşlığın miqyası sürətlə genişlənir Mayın 12-15 tarixləri arasında Azərbaycan və Türkiyə birgə hərbi təlimləri keçiriləcək. Təlimlər Bakıda və Naxçıvanda baş tutacaq. Təlimlərin məqsədi, Türkiyə və Azərbaycan Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və
12:10 Bu gün iki Milli Qəhrəmanımızın doğum günüdür İxtiyar Qasımov yaralı yoldaşlarını xilas edərkən şəhid olub. Milli qəhrəman İxtiyar Qasımov Qasım oğlu 22 mart 1970-ci ildə Ağdam rayonunun Salahlı kəndində anadan olub. 1977-ci ildə Salahlı kənd orta məktəbinin birinci sinifinə gebib və səkkizinci sinifə qədər orada təhsil alıb. 1985-ci ildlə
21:32 Şəhidimiz torpağa tapşırıldı “Qobustanlılar Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar”. Fevralın 21-nə keçən gecə düşmənin Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan əsgər Cavadov Zəlimxan Eybalı oğlu doğulduğu Qobustan rayonunun Ərəbşalbaş kəndində dəfn edilib. Müdafiə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az