Qazax gəncləri 9 Noyabr - Bayraq Gününə həsr olunmuş şeir müsabiqəsində iştirak ediblər
Qazax şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə reallaşan müsabiqəyə qatılan 13 gənc vətənpərvərlik və üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması üçün canından keçən şəhidlərimiz haqqında müxtəlif şeirlər səsləndirib. Münsiflərin yekun qiymətləndirməsinə əsasən, qiraəti ilə seçilən Zəhra Sıraczadə müsabiqənin qalibi olub. Sümeyyə Xəlilli II, Surxay Haqverdiyev isə III yeri tutub. Müsabiqədə qaliblər diplomla, digər iştirakçılar isə sertifikatla təltif olunublar.Qeyd edək ki, fəaliyyət "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin birgə təşkilatçılığı keçirilib.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: