t s

» » Şabranın icra başçısı ilə sahibkar arasında ədavət... - VİDEOİTTİHAM

Şabranın icra başçısı ilə sahibkar arasında ədavət... - VİDEOİTTİHAM

13-05-2015, 08:31 Yazar:  Aygün Baxılıb: 541 Çap et
Şabranın icra başçısı ilə sahibkar arasında ədavət... - VİDEOİTTİHAMBTV bildirir ki,yerli icra hakimiyyəti orqanlarının bəzi rəhbər şəxsləri sahibkarlara müəyyən işləri gördürsələr də, onların pulunu qaytarmırlar.

Əhmədlidə yaşayan Eldar Əsədov da eyni problemlə üzləşib. Belə ki, o Şabran İcra Hakimiyyətinin başçısı Novruz Novruzovla qarşılıqlı anlaşma əsasında rayonda bir sıra işlər görüb. Lakin hələ də pulunu ala bilmir. Şikayət məktubu ilə bizə müraciət edən Eldar Əsədov bildirir ki,onu icra başçısı ilə keçmiş millət vəkili Mətləb Mütəllimli 2013-cü ildə tanış edib.

Onların işbirliyi də elə bundan sonra baş tutub. Eldar Əsədovun sözlərinə görə işbirlikləri başa çatdıqdan sonra icra başçısı ona öz təşəkkürünü bildirib və söyləyib ki , dekorativ ağacların pulunu ona müavini Mehdi müəllim verəcək. Lakin o da vaxtı uzadıb və pulu ödəməyib.

Sahibkar sonuncu dəfə müraciət edib pulunu tələb etdikdə isə ,onu icra hakimiyyətinin digər nümayəndəsi Natavan xanıma yönləndiriblər. Şikayətçinin səsləndirdiyi ittihamlara aydınlıq gətirmək məqsədilə Şabran icra hakimiyyətinin nümayəndəsi , adı çəkilən Natavan xanımla əlaqə saxladıq O,bizə sərt cavab verərək suallarımızı cavabsız qoydu.Məlumdur ki, bölgələrdə aparılan abadlıq- quruculuq işlərinə maliyyə dövlət hesabından ayrılır.

Maraqlıdır görəsən ,bəs Şabranda bu pullar hara xərclənib ?





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:58 Beyləqanın icra başçısı rayonu özbaşına buraxıb... - Dövlətin pulunu dədə malı kimi yeyirlər... Vaqif Abdullayev 150 min manatı kimə sildirib? Bu barədə Tia.az-a verilən xəbərə görə, rayonu Kommunal Təsərrüfat İdarəsinin müdiri Azil Aslanov idarə edir. İcra başçısı A.Aslanovun səlahiyyətlərini artırıb. Ona maxinasiyalarda geniş fəaliyyət meydanı yaradıb. Belə ki, Azil Aslanovun adı 150 min
14:14 Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Rayon İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,
09:07 Bu icra başçılarının dəyişdiriləcəyi deyilir Rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu barədə “istiqlal.az”
12:29 Fazil Məmmədovla Oqtay Əsədov üz-üzə Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək. Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az