t s

» » Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayır

Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayır

12-05-2015, 09:17 Yazar:  KƏNAN Baxılıb: 625 Çap et
Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayırİki ölkə arasında son illərdə hərbi əməkdaşlığın miqyası sürətlə genişlənir

Mayın 12-15 tarixləri arasında Azərbaycan və Türkiyə birgə hərbi təlimləri keçiriləcək. Təlimlər Bakıda və Naxçıvanda baş tutacaq. Təlimlərin məqsədi, Türkiyə və Azərbaycan Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanın inkişafı, qarşılıqlı məlumat və təcrübə mübadiləsi və birgə fəaliyyəti inkişaf etdirməkdir.

Türkiyə Silahlı Qüvvələri (TSK) hərbi təlimlərin Bakıda keçirilən bölümündə 1 piyada diviziyası, Naxçıvanda keçirilən bölümündə isə 1 Mexaniki Piyada Briqadası ilə iştirak edəcək.

Qeyd edək ki, illərdə Türkiyə və Azərbaycan ordusunun birgə hərbi təlimləri intensiv hal alıb. Ötən il sentyabrın 13-20-si arasında Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib.

Təlimlərdə kəşfiyyatın bütün növləri, Xüsusi Təyinatlı, Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunları, o cümlədən Quru Qoşunlarının müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili və aparılması həyata keçirilib.

Təlimlərdə tank, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, döyüş təyyarə və helikopterləri, həmçinin 30.000 nəfərədək şəxsi heyət, 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək təyyarəsi və 15 helikopteri cəlb olunub.



Bu il martın 2-dən aprelin 2-dək Türkiyənin Konya şəhərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə “TURAZ Şahini-2015" hərbi təlimləri keçirilib. Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrindən 6 təyyarə, 4 helikopter və 104 nəfər iştirak edib. Türkiyə isə təlimlərə 6 təyyarə və 7 helikopterlə qatılıb.

Göründüyü kimi, son illərdə Azərbaycan və Türkiyə ordusu arasında birgə hərbi əməkdaşıq, təlimlərin sayı sürətlə artıb. Ötən il Türkiyədə səfər zamanı Azərbaycanın dövlət başçısı iki ölkə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə təlimlərin sayının artırılmasının nəzərdə tutulduğunu bildirmişdi. Hərbi ekspertlər iki ölkənin bəlli səbəblərdən hərbi ittifaq qura bilmədiyini, ancaq hərbi əməkdaşlığı inkişaf etdirmək, silahlı qüvvələrin koordinasiyalı fəaliyyəti istiqamətində ciddi addımlar atdığını qeyd edir. Xüsusən də son illərdə Gürcüstanın da iştirakı ilə 3 ölkənin ordu rəhbərliyi arasında intensiv görüş və danışıqların keçirilməsi regionda 3 ölkə arasında hərbi əməkdaşlığın qurulması istiqamətində ciddi fəaliyyətlərin olduğunu deməyə əsas verir.

Yeri gəlmişkən, mayın 11-dən 15-dək Ankara şəhərində terrorçuluğa qarşı mübarizə çərçivəsində şəbəkələrə hücumlar kursu keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Göründüyü kimi, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq bütün sahələri əhatə edir və genişmiqyaslıdır. Azərbaycan ordusu ilə Türkiyə ordusu arasında hərbi əməkdaşlığın qurulması ordumuzun peşəkarlığını artırılması ilə yanaşı, NATO hərbi sisteminə keçidi sürətləndirə bilər. Hazırda Azərbaycan hərbi rəhbərliyi tam olmasa da, müəyyən səviyyədə NATO sisteminə keçidi həyata keçirir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:31 Moskvada möhtəşəm Qələbə paradı başa çatdı Təntənəli tədbirə 27 ölkənin dövlət və hökumət başçısı qatılıb. Rusiya paytaxtında faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə keçirilən hərbi parad başa çatıb. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, Rusiya prezidenti, ali baş komandan Vladimir Putin paradda çıxış edib.
16:30 Mühüm görüş olacaq - 3 ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək Mayın 4-də Ankara şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə 3 ölkənin Silahlı
14:41 Zakir Həsənov Türkiyənin baş jandarmını qəbul etdi Ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Jandarma Baş Komandanlığının Qərargah rəisi, korpus generalı İbrahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Mediaxeberleri.az Müdafiə Nazirliyinin məlumatına
22:01 “Turaz şahini-2015”-dan görüntülər (VIDEO) Türkiyənin Konya şəhərində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir. “Turaz şahini-2015” adlı təlimlərdə bu gün “MiQ-29”, “Su-25”, “Mi-17” tipli təyyarə və helikopterlərin pilotları ilə keçirilən dərslərə əsasən uçuşların hazırlığı davam etdirilib. Heyətlər uçuş
09:24 Ermənilərin “soyqırım” şousuna Türkiyə və Azərbaycandan hərbi şou cavabı Bakı və Ankara Hərbi Hava Qüvvələrinin birgə təliminə başladı Türkiyəli general Bakıya gəldi... Vəfa Quluzadə: “Bölgədə müharibə təhlükəsi var” Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində silahlar ötən sutka ərzində də susmayıb. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, erməni silahlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az