t s

» » Avropa Oyunları ilə bağlı mərasim keçirilib

Avropa Oyunları ilə bağlı mərasim keçirilib

24-04-2015, 15:11 Yazar:  Aygün Baxılıb: 542 Çap et
Avropa Oyunları ilə bağlı mərasim keçirilibBeynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və “Bakı-xəbər” qəzetinin təşkilatçılığı ilə “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək. Vətəndaş cəmiyyətinin hədəfləri və missiyamız” mövzusunda tədbir keçirilib.


Mediaxeberleri.az
xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib ki, “Bakı-2015” Birinci Avropa Oyunları Avropa qitəsinin həyatında əlamətdar bir hadisədir. O, Azərbaycanın Birinci Avropa Oyunlarına yüksək səviyyədə hazır olduğunu, ancaq bəzi xarici qüvvələrin və onların Azərbaycandakı əlaltılarının “qara piar” apardıqlarını qeyd edib. R. Qonaqov “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılacağını nəzərə çatdırıb.



İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfael Becanov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Birinci Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin bu oyunlarla bağlı yüksək səviyyədə hazırlıq işləri gördüyünü söyləyib. R. Becanov yarışlara 6 min idmançının qatılacağını, yarışları on minlərlə insanın izləyəcəyini, 2 min jurnalistin tədbiri işıqlandıracağını xatırladıb və bunun ölkənin inkişafı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir fürsət olduğunu söyləyib. O, indiyə qədər Birinci Avropa Oyunlarına hazırlıqla bağlı 960 milyon manat xərcləndiyini, guya 8 milyard manat xərcləndiyi barədə yayılan təxribat xarakterli məlumatların əsassız olduğunu vurğulayıb. Birinci Avropa Oyunları ərəfəsində Azərbaycanın gözdən salınmasına çalışan qüvvələrin olduğunu diqqətə çatdıran R. Becanov “Amnesty İnternational” kimi beynəlxalq təşkilatların həmişə qərəzli mövqe ortaya qoyduğunu bildirib: “ Azərbaycanda “beşinci kolon”a çevrilmək istəyənlər və “beşinci kolon”a çevrilmək istəməyənlər bölgüsü var. Xaricdəki müəyyən qüvvələr “beşinci kolon”a çevrilmək istəyənləri müdafiə edir və onları müstəqil QHT, müstəqil media kimi qələmə verirlər ”.



“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Azərbaycanın müstəqil siyasət yürütməsini, bir müsəlman ölkəsi kimi uğurlara imza atan ölkə kimi görmək istəməyən qüvvələr olduğunu bildirib: “Birinci Avropa Oyunlarına qısqanclıqla yanaşanlar bu oyunlar zamanı Azərbaycanın inkişafının, tolerant, demokratik ölkə olduğunun görünməsini istəməzdilər. Bu oyunlar Azərbaycanın dost və müttəfiqlərinin artırılmasında mühüm rol oynayacaq. Bəzi beynəlxalq QHT-lər və media qurumları özlərinə ölkəmizdə tərəfdaşlar taparaq Azərbaycanı gözdən salmağa çalışırlar. QHT-lərimiz və media orqanlarımız vətəndaş mövqeyindən çıxış edərək, həqiqətlərimizi və uğurlarımızı dünyaya çatdırmalı, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan həmin qüvvələrinin cəhdlərini neytrallaşdırmalıdır”.



QHT Forumunun prezidenti Rauf Zeyni QHT-lər və media qurumlarının bir araya gəldiyi “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradılmasını dəstəklədiklərini vurğulayıb. Millət vəkili Aqil Abbas Azərbaycanı gözdən salmaq kampaniyasının nəticə verməyəcəyini söyləyib: “Necə olur ki, Azərbaycanda maliyyələşənlər satqınlar, xaricdən, tutaq ki, Soros Fondundan maliyyələşənlər müstəqil, vətənpərvər olur”.



“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı I Avropa Oyunlarının beynəlxalq idman bayramı olduğunu deyib: “Bu tədbirdən siyasi məqsəd, daha doğrusu, Azərbaycana təzyiq üçün istifadə etmək istəyənlər var. Məncə, qurulan koalisiya da daha çox bu istəkdə olanlara cavab verməli, onların niyyətlərini ifşa etməlidir".



V. Mahirqızı bildirib ki, insan hüquqları hər bir ölkə üçün önəmli məsələdir: "Azərbaycan üçün də insan haqları xüsusi əhəmiyyət kəsb edir. Çünki bizim bir milyondan artıq insanımızın təməl hüququ, öz doğma ata-baba yurdunda yaşamaq hüququ pozulub. Bu gün Azərbaycanı ittiham edən beynəlxalq təşkilatlar heç olmasa bir dəfə bununla bağlı bəyanat səsləndirsəydilər, başqa bəyanatları da az-çox səmimi görünərdi. Amma indi məqsədin istənilən beynəlxalq səviyyəli tədbirdən istifadə edərək, ölkəyə təzyiq etmək olduğu aydındır".



V. Mahirqızı Azərbaycan jurnalistlərini, vətəndaş cəmiyyəti təmsilçilərini xarici mediada və sosial şəbəkələrdə aktiv olmağa çağırıb.



Millət vəkili Çingiz Qənizadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Els” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova və digər tədbir iştirakçıları Koalisiyanın yaradılmasını dəstəkləyiblər.



Tədbirdə aparıcı QHT-lər və media orqanları “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşdiklərini elan ediblər. Koalisiya adından yayılan bəyanatda bildirilir ki, Koalisiyanın əsas məqsədi Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyin təmin edilməsindən ibarətdir. Bu məqsədlə ölkə daxilində obyektiv məlumatlandırma işinin aparılması nəzərdə tutulur. Eyni zamanda Koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişaf və demokratik dövlət quruculuğu sahəsindəki uğurları barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görüləcək. Koalisiya konfranslar, simpoziumlar, sərgilər, yarışlardan əvvəl yerli və beynəlxalq təşkilatların iştirakı ilə forumlar təşkil edəcək, mediada və sosial şəbəkələrdə müvafiq təbliğat işi aparacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:14 "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradıldı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və "Bakı xəbər" qəzetinin təşkilatçılığı ilə "Bakı-2015: Birinci Avropa Oyunlarına dəstək: Vətəndaş Cəmiyyətinin Hədəfləri və missiyamız" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin
18:35 Rufiz Qonaqov: “Çağırış heç bir nəticə verməyəcək” “Azərbaycana qarşı aparılan qara piar kampaniyası qarşılaşdığımız ilk hal deyil. Biz artıq dünyada ikili standartların mövcud olmasını şahidi olmuşuq və bu ikili standarlar Azərbaycana qarşı ilk dəfə yönəlməyib”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin
00:38 Mehriban Əliyeva Putinin köməkçisi ilə görüşüb Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın martın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitinlə görüşü olub. Görüşdə bu
23:57 Macarıstanlı boksçulardan “Bakı-2015” Avropa Oyunlarına dəstək “Salam Bakı”. Macarıstan boksçuları Budapeştin iki mühüm turist atraksiyonları qarşısında “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək olmaq üçün şəkil çəkdiriblər. Mediaxeberleri.az AzərTAc-a istinadən xəbər verir ki, bu şəkillər Macarıstanın “Qəhrəmanlar meydanı” və “Parlament evi”nin önündə
10:15 Mehriban Əliyeva “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında “Ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir”. Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az