t s

» » Qanunsuz evlər sökülməyəcək - ŞAD XƏBƏR

Qanunsuz evlər sökülməyəcək - ŞAD XƏBƏR

19-02-2015, 16:24 Yazar:  Aygün Baxılıb: 800 Çap et
Qanunsuz evlər sökülməyəcək - ŞAD XƏBƏR“Söküntü işləri qeyri-müəyyən vaxtadək təxirə salınıb”.

Bu sözləri axar.az-a SOCAR-ın Hüquq İdarəsinin rəis müavini Tərlan Tahirov ARDNŞ ərazisində qanunsuz olaraq tikilən evlərin taleyinə münasibət bildirərkən dedi. Qurum rəsmisinin sözlərinə görə, evlərin söküntüsü ilə bağlı məhkəmə qərarı var, amma vətəndaşları düşünüb söküntüyə başlamırlar:

“SOCAR evlərin söküntüsü ilə bağlı qərar vermir. Bu qərar məhkəmə tərəfindən verilir və icraata da məhkəmə tərəfindən nəzarət olunur. SOCAR-ın vəzifəsi ərazisində ev tikən sakinləri məhkəməyə vermək və qanunuzluğun aradan qaldırılması üçün hüquqi addımlar atır. Məhkəmə də qanunsuz tikililərin sökülməsinə qərar verib. Lakin bir qurum kimi vətəndaşları düşünüb söküntü işlərinə təzyiq etmirik. Bu, qeyri-müəyyən vaxta kimi belə olacaq. Təkcə Binəqədi rayonunda 35 min sökülməli olan tikili var. Bu insanları necə evindən etmək olar?"

***
Təkcə Binəqədi rayonunda 10 min evin sökülməsi ilə bağlı məhkəməyə müraciət olunacaq. “Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən (ARDNŞ) qanunsuz evlərin sökülməsi ilə bağlı məhkəmələrə minlərlə müraciət olunub”.

Mediaxeberleri.az Lent.az-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in Hüquqi mübahisələr və müqavilələrlə iş şöbəsinin rəisi Comərd Mustafayev deyib.

ARDNŞ rəsmisinin sözlərinə görə, qanunsuz evlərin sökülməsi ilə bağlı ən çox Binəqədi rayonu üzrə müraciət edilib:
“Binəqədi rayonu üzrə 9392 evin sökülməsi ilə bağlı müraciət var. Hazırda onlardan 4172-i ilə bağlı məhkəmədə qətnamə çıxarılıb. Bundan əlavə, 10 minə yaxın evin sökülməsi ilə bağlı da müraciət olunacaq”.

C.Mustafayev həmçinin Bakı və Bakıətrafı rayonlarla görə edilən müraciətlərlə bağlı çıxarılan qətnamələrin statistikanı açıqlayıb:

“Səbayel rayonu üzrə 2 min evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Sabunçu rayonu üzrə 6321 evin sökülməsi ilə bağlı müraciət olunub və bunlardan 4500-ə qədər evin sökülməsi il bağlı qətnamə çıxarılıb. Xətai rayonu üzrə 444, Nizami rayonu üzər 179 evlə bağlı müraciət olunub, 141 evlə bağlı qətnamə var. Xəzər və Qaradağ rayonları üzrə 1500 yaxın evin sökülməsi iılə bağlı qətnamə çıxarılıb”

ARDŞ rəsmisinin bildirib ki, qətnamə çıxarılan evlərin sökülməsi hələ icra edilməyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:25 Adı böyük yeyintidə hallandırılan Zakir Fərəcov dara düşəndə necə davranır? - İcra başçısı ilə bağlı qərar yaxındadır… Hələ keçənlərdə informasiya verərək bildirmişdik ki, Abşeron rayon icra hakimiyyətinin (RİH) başçısı Zakir Fərəcovla bağlı «yuxarılar»ın qərarı olacaq. Bildirək ki, rayon rəhbərinin keçənilki maliyyə hesabatında kəsir yaranıb ki, bu da ortaya böyük yeyinti faktını çıxarıb. Bununla bağlı DİA.AZ-ı
14:22 TAP çərçivəsində Azərbaycandan alınacaq qazın satış qiymətinin aşağı salınması mümkün deyil - SOCAR "Yunanıstanın Trans-Adriatik qaz kəməri (TAP) layihəsi çərçivəsində Azərbaycandan alacağı qazın satış qiymətinin aşağı salınması kimsə istəsə belə, mümkün deyil". “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə
09:10 Qocayevin həbsi, “Yevlaxlı Alik” və Ənvər Mustafayev... Həbs edilən “Azərbalıq”ın sabiq prezidenti vaxtilə qalmaqallı bir məhkəmə prosesində əsas fiqurantlardan biri olub... Xəbər verdiyimiz kimi, “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
15:09 Bakıda polis-sürücü davası - Qan töküldü Bakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib. Məlumata görə, hadisə Səbayel rayonu ərazisində, İstiqlaliyyət küçəsi, 31 ünvanının qarşısında baş verib. Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin
12:29 Fazil Məmmədovla Oqtay Əsədov üz-üzə Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək. Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az