t s

» » “Azəriqaz”ın taleyi həll olunur

“Azəriqaz”ın taleyi həll olunur

19-04-2015, 16:06 Yazar:  Aygün Baxılıb: 957 Çap et
“Azəriqaz”ın taleyi həll olunurHesablama Palatası “Azəriqaz” İstehsalat Birliyində yoxlama apararaq bu qurumda ciddi nöqsanlar aşkarlayıb.

Hesablama Palatasının hesabatında bildirilir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə 2012-13-cü illərdə Dövlət Proqramı üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb.

Müəyyən edilib ki, “Azəriqaz” İB tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməyib və obyektlərin layihə-smeta sənədləri hazırlanmadan 2012-2013-cü illərin “Kapital qoyuluşu planı”na daxil edilmiş yaşayış məntəqələrinin qazlaşdırılmasına tələb olunan vəsaitin həcmi cari ildəki qazla təchiz olunan yaşayış məntəqələrinin siyahısına, növbəti illər üzrə investisiya xərclərinə ayrılan vəsaitlərin məbləğinə və əvvəlki illərin faktiki göstəricilərinə istinad edilməklə müəyyən olunub.

Tələb olunan kapital qoyuluşunun həcminin hesablanmasına qüvvədə olan təlimatdan fərqli metodologiyanın tətbiq edilməsi nəticəsində obyektlər üzrə əlavə vəsait sərfinə şərait yaranıb, icra prosesində ARDNŞ tərəfindən təsdiq edilən “Kapital qoyuluşu planı”nda Dövlət Proqramı üzrə qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar nəzərdə tutulan tədbirlər tam əhatə olunmayıb.

Tikinti mərhələsində hazırlanan 790 obyektin layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilməyib. Dövlət büdcəsindən ayrılan vəsait hesabına aparılan tikinti işlərinin ehtimal olunan dəyəri qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olmayaraq 2012-ci ilin 01 yanvar tarixinədək podratçı təşkilatlar tərəfindən və sonrakı dövrlərdə ARDNŞ ilə bağlanan müqavilələrə əsasən başqa bir MMC tərəfindən hesablanıb.

Dövlət Proqramında nəzərdə tutulan qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsait üzrə ARDNŞ tərəfindən təsdiq olunan “Kapital qoyuluşu planı”nda nəzərdə tutulan 1697 obyektdən 693-də qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlər yerinə yetirilib, tikintisi başa çatan 872 obyektdən 296 obyektin istismara verilməsi təmin edilsə də faktiki istifadə olunan 111 obyekt qəbul komissiyası tərəfindən istismara qəbul edilməyib.

Sənəddə daha sonra deyilir ki, 2012-13-cü illərdə qaz təchizatının yaxşılaşdırılmasına yönəldilən kapital qoyuluşundan 01.01.2014-cü il tarixə maliyyə hesabatlarında başa çatdırılmayan tikintilərin həcmi 33,8 faiz təşkil edib, avadanlıqların alınması üçün verilən avans üzrə 2014-cü il, 01 yanvar tarixə böyük məbləğdə debitor borc yaranıb, qazla bağlı tədbirlərə sərf edilən vəsaitlə qaz itkiləri arasında mütənasiblik olmayıb, auditlə əhatə olunan dövrdə itkilər artıb.

ARDNŞ-in Audit Komitəsi tərəfindən İB-nin fəaliyyətinin auditi zamanı yalnız satınalınan malların (iş və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsinin müvafiq sənədlərlə təsdiq edilmədiyi barədə qeyd olunan nöqsanların aradan qaldırılması təmin olunmayıb.

Beləliklə, Hesablama Palatası da qaz təsərrüfatında meydana çıxan, vaxtaşırı olaraq mətbuatda müzakirə olunan problemlərin ölkənin təbii qaz operatorunun fəaliyyətində və funksiyalarında ciddi dəyişikliklərin həyata keçirilməsinə zərurəti yaratdığını təsdiqləyib.

Elə ekspertlər də “Azəriqaz” İB-də ciddi islahatlarının aparılmasını vacib hesab edirlər.

İqtisadçı-ekspert Samir Əliyev virtualaz.org saytına açıqlamasında deyib ki, “Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğv edilərək Dövlət Neft Şirkətinin tərkibinə verilməsi yanlış addım olub: “Əslində istehsalçı subyektlə paylayıcı subyektin bir quruma məxsus olması şəffaflıq baxımından normal qəbul edilmir. Beynəlxalq təcrübədə bir qayda olaraq istehsal bir quruma, paylayıcı şəbəkə isə digər quruma həvalə olunur. Bunda məqsəd qarşılıqlı nəzarət vasitəsilə şəffaflığı təmin etməkdir”.

Ekspertin fikrincə, artıq elektrik enerjisi şəbəkəsində oxşar addımlar atılıb. Elektrik enerjisi istehsalını “Azərenerji” həyata keçirəcək. Paylayıcı şəbəkə funksiyasını isə “Azərişıq” ASC yerinə yetirəcək. Bütün dünyada bu mexanizm işləyir: “Gələcəkdə “Azəriqaz” Dövlət Neft Şirkətinin tabeliyindən alınaraq müstəqil qurum kimi fəaliyyət göstərə bilər. Çünki qaz təsərrüfatındakı problemlərin bir qismi beləliklə həllini tapa bilər. “Azəriqaz”ın müstəqil qurum kimi fəaliyyət göstərməsi daha səmərəli olardı”.

S.Əliyev onu da qeyd etdi ki, kommunal xidmət sferasının özəl şirkətlərə verilməsi prosesinə artıq başlanmalıdır: “Bizim fikrimizcə, dövlət öz üzərindəki yükü azaltmalıdır. Özəl şirkətlər isə bu işi daha keyfiyyətli və səmərəli görə bilərlər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:24 Qaz təsərrüfatında xirtdəyə çıxan problemlər: “Azəriqaz”ı nə gözləyir?! Elektrik enerjisinin paylanması və satışı funksiyasını yerinə yetirəcək müstəqil qurum - “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradılandan sonra təbii qazın satışı, paylanması və hasilatı funksiyasının da Dövlət Neft Şirkətindən (SOCAR) alınması, müstəqil qaz operatoru yaradılması məsələsi gündəmə
08:50 İki məmurun “qələmi rəsmən qırıldı”: həbs təhlükəsi var İlham Əliyev onları «vurdu»; Hesablama Palatası Milli Məclisə faktlar təqdim etdi İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin iclasında “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovun fəaliyyətini kəskin tənqid edib. “Bu
13:26 Hesablama Palatası icra başçılarının qəniminə çevrilib... - Bu faktlardan sonra əksər başçılar əndişə içindədir Hesablama Palatasının hesabatında Bakı və Sumqayıt şəhər icra hakimiyyətlərinin fəaliyyətindən də bəhs olunub. Sənəddə qeyd olunur ki, Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət büdcəsinin dövlət
15:00 10 rayonun icra hakimiyyəti başçısı ilə bağlı qərar verilə bilər - Hesablama Palatası "Domokl qılıncı"na çevrilib Azərbaycan Hesablama Palatası Şəmkir, Gədəbəy, Goranboy, Ağstafa, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonlarına ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlayıb, 20-dən yuxarı məktəb direktoru və məmur cəzalandırılıb.
15:04 Hesablama palatası “Azərpoçt”u yoxlayacaq Nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub. Hesablama Palatası növbəti kollegiya iclası keçirib. Bu barədə Mediaxeberleri.az məlumat verib. Kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında Hesabat” müzakirə olunub. 2014-cü il üçün İş

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az