t s

» » Beyləqanın icra başçısı rayonu özbaşına buraxıb... - Dövlətin pulunu dədə malı kimi yeyirlər...

Beyləqanın icra başçısı rayonu özbaşına buraxıb... - Dövlətin pulunu dədə malı kimi yeyirlər...

11-04-2015, 08:58 Yazar:  Məmməd Məmmədov Baxılıb: 609 Çap et
Beyləqanın icra başçısı rayonu özbaşına buraxıb... - Dövlətin pulunu dədə malı kimi yeyirlər...Vaqif Abdullayev 150 min manatı kimə sildirib?


Bu barədə Tia.az-a verilən xəbərə görə, rayonu Kommunal Təsərrüfat İdarəsinin müdiri Azil Aslanov idarə edir. İcra başçısı A.Aslanovun səlahiyyətlərini artırıb. Ona maxinasiyalarda geniş fəaliyyət meydanı yaradıb.
Belə ki, Azil Aslanovun adı 150 min manatlıq korrupsiyada hallanır. Rayonun daxili büdcəsindən Beyləqan şəhər Ərazi İnzibati nümayəndəliyinin hesabına bir neçə ay əvvəl 150 min manat köçürülüb. Məqsəd Beyləqanın 9 küçəsində abadlıq və yollarda yenidənqurma işləri aparmaq olub.

Amma pul yoxa çıxıb. Mənbə iddia edir ki, bir neçə ay əvvəl tender keçirilib. Tenderin qalibi Azil Aslanova məxsus olduğu bildirilən, lakin heç kimin adını belə bilmədiyi bir şirkət olub. Həmin şirkətin adını isə Azil Aslanov dövlət sirri kimi qoruyur. Pul isə faktiki ortada yoxdur. Məhz elə buna görə, Azil Aslanov qeyb olan 150 000 manatın yerini doldurmaq üçün məktəb direktorlarından və rayonun digər idarə və müəssisə rəhbərlərindən pul toplamağa başlayıb.

O, Patallar, Eyvazalılar, Binnətli, Əlləzərli, və bir çox başqa kəndlərin məktəb direktorlarını yanına çağıraraq Beyləqan şəhərinin abadlaşdırılması üçün onların hər birindən 5 000 manat pul istəyib. Azil Aslanov bu pulu məktəb direktorlarından başçının adıyla tələb edib. Məktəb direktorları isə öz növbələrində bu pulu müəllimlərin maaşlarında tutmağa qalxıblar. Mövzunu diqqətdə saxlayacağıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:17 Aslan Aslanovun oğlunun adı yeni qalmaqalda Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslanovun Ədliyyə Nazirliyində çalışan oğlu Turqay Aslanov yenidən saxlanıb. Redaksiyamıza daxil olan məlumata görə, martın 18-dən 19-na keçən gecə Nəsimi rayonu ərazisində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol hərəkəti
23:27 Təhsil adına daha bir biabırçılıq: Şabranda növbəti pulyığma - Hər məktəb direktorundan 800-1500 manat civarında haqq alınır Şabran rayonunda fəaliyyət göstərən orta məktəblərdə təhsilin səviyyəsi bərbaddır. Şagirdlərə lazımi səviyyədə təhsil verilmədiyi, orta məktəblərin direktorlarından mütəmadi olaraq pul tələb edilməsi isə təhsilin keyfiyyətinin aşağa düşməsinə gətirib çıxardığı vurğulanır. JAM.AZ-a daxil olan
11:52 Beyləqanın icra başçısının “əlil, qaçqın və şəhid ailələri” biznesi Azərbaycan prezidentinin sərəncamına görə, 2014-2018-ci illərdə Azərbaycanda 6 minə yaxın əlil və şəhid ailəsinin mənzillə təmin olunması nəzərdə tutulub. Bu işlərə isə ölkə mətbuatında 10 milyon manatdan çox vəsaitin ayrıldığı deyilir. Bina tikintiləri əsasən İmişli, Beyləqan, Tərtər və Şamaxı
17:55 Aslan Aslanov oğlunun polis tərəfindən saxlanmasından danışdı - (Özəl) “Polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində saxlanılan “Bentley” markalı avtomobil mənim oğluma məxsus deyil”. Bunu virtualaz.org saytına eksklüziv açıqlamasında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanov deyib. A.Aslanov qeyd edib ki, həmin avtomobilin onun oğlu Turqaya heç bir
15:20 Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var Qəzetimizin ötən saylarında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər Ərazi İnzibati vahidi üzrə nümayəndəsi Azil Aslanovun yarıtmaz fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunub. Qeyd etmək lazımdır ki, bu gün də redaksiyamıza daxil olan məlumatlarda Azil Aslanovun öz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az