t s

» » Bakıda 10 maşın toqquşub: Ölən var

Bakıda 10 maşın toqquşub: Ölən var

1-04-2015, 09:49 Yazar:  Məmməd Məmmədov Baxılıb: 687 Çap et
Bakıda 10 maşın toqquşub: Ölən varHadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyib.

Bakının Dərnəgül şossesində ağır yol nəqliyyat hadisəsi baş verib, 10 maşın bir-birilə toqquşub, ölən var.

Mediaxeberleri.az xəbər verir ki, APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, saat 23 radələrində Dərnəgül şossesinin Nərimanov rayonuna aid ərazisində 02 BL 304 dövlət nömrə nişanlı “Lifan” markalı maşınla 90 LN 425 dövlət nömrə nişanlı “Mercedes” toqquşub.

Bu zaman arxadan sürətlə gələn 99 GK 743 dövlət nömrə nişanlı “Daevo Gentra” və 90 SR 038 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil də onlara çırpılıb.

Şossedə sürətlə hərəkət edən 90 LH 816 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil də qəza törətmiş digər avtomobillərə çırpılıb.

Sürətlə gələn 90 JN 260 dövlət nömrə nişanlı “MAZ” da qəza törətmiş avtomobillərə çırpılıb. Şossedə hərəkətdə olan 10 ZE 823 dövlət nömrə nişanlı “KAMAZ” isə “MAZ”a çırpılıb.

“KAMAZ”ın sürücüsü, 1986-cı il təvəllüdlü Xəyyam Quliyev hadisə yerində ölüb.

“KAMAZ”ın çırpıldığı “MAZ” isə zərbənin təsirindən yolda hərəkətdə olan 10 HB 688 dövlət nömrə nişanlı “VAZ 2107”ə, o da öz növbəsində 90 EN 793 dövlət nömrə nişanlı “Mercedes”ə çırpılıb. “Mercedes” isə 90 LP 329 “Chevrolet Aveo” ilə toqquşub.

Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir. Magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, ağır xəsarət alan olmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:37 Bakıda 7 maşın toqquşdu: yaralılar var Hadisə Babək prospektində qeydə alınıb. Bakının Nizami rayonunda 7 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Mediaxeberleri.az APA TV-yə istinadən xəbərverir ki, hadisə Babək prospektində qeydə alınıb. Nasir Həsənovun idarə etdiyi “Subaru” markalı maşın təmir boksundan
00:43 Lənkəranda ağır yol qəzası - Yaralılar var Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə martın 5-də saat 17.00 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Həsənovun idarə etdiyi “OKA” markalı, 54 BJ 476 dövlət nömrə nişanlı
23:25 Bakı-Qazax yolunda ağır qəza - 5 avtomobil toqquşdu Bakı-Qazax yolunun Hacıqabul rayonu hissəsindən keçən hissəsində ağır yol qəzası baş verib. Mediaxeberleri.az-ın məlumatına görə, Bakıdan Gədəbəyə gedən 10 DG 499 dövlət nömrə nişanlı sərnişin avtobusu 18 BD 918 dövlət nömrə nişanlı "QAZEL" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində
22:47 Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Mediaxeberleri.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə fevralın 21-də Ələt-Astara magistralının rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü
09:33 Bakıda 5 maşın toqquşub: 1 ölü, 3 yaralı Hadisəni "Mercedes" markalı minik avtomobili törədib. Bakıda ağır yol qəzası baş verib. Mediaxeberleri.az apa-ya istinadən xəbər verir ki, hadisəni "Mercedes" markalı minik avtomobili törədib. Şərifzadə küçəsi ilə sürətlə hərəkətdə olan minik maşını idarəetmənin itirilməsi nəticəsində yolun

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az