t s

» » Millimiz Avropa kuboku yarışlarının qalibi oldu

Millimiz Avropa kuboku yarışlarının qalibi oldu

30-03-2015, 22:04 Yazar:  Aygün Baxılıb: 431 Çap et
Millimiz Avropa kuboku yarışlarının qalibi olduYarışda 25 ölkədən 416 idmançı mübarizə aparıb.

İtaliyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışlarında Azərbaycan millisi ümumi komanda hesabında birinci olub.

Mediaxeberleri.az xəbər verir ki, tamaşaçılar 60 kiloqram çəki dərəcəsində Azərbaycan finalına şahid olublar. Belə ki, Davud Məmmədov Rüfət Tağızadəyə qalib gələrək turnirin qalibi adını qazanıb.

Digər cüdoçularımızdan Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov (90 kq), Cəlil Şükürov (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Elbrus Zamanov (60 kq) və Hidayət Heydərov (66 kq) bürünc medal qazanıblar.

İyirmi beş ölkədən 416 cüdoçunun mübarizə apardığı yarışda İtaliya millisi ikinci, Rumıniya kollektivi isə üçüncü pillədə qərarlaşıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:28 Cüdoçumuz qızıl medal qazandı Samsun şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışları keçirilir Azərbaycan cüdoçusu Rüstəm Orucov qızıl medal qazanıb. Türkiyənin Samsun şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışlarının ikinci günündə - martın 28-də milli komandamızın üzvü Rüstəm Orucov (73 kq) Çin, İsveç, Hollandiya və
02:57 İkinci gündə daha 1 gümüş və 1 bürünc medal Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır. Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. 61 kq çəki dərəcəsində mübarizə aparan
08:20 Millimiz çətin qrupda Avropa Üzgüçülük Federasiyasının Lüksemburqdakı iqamətgahında “Bakı-2015” Avropa Oyunlarında su polosu yarışlarının püşkü atılıb. Püşkün nəticəsinə əsasən, 16 kişi komandası 4, 12 qadın yığması 2 qrupda mübarizə aparacaq. Püşkatmaya görə, kişilərdən ibarət Azərbaycan millisi “B” qrupunda
21:30 İdmançımız qızıl medal qazandı - Dünya kuboku Gəncəli paralimpiyaçı Ramil Qasımov cüdo üzrə müxtəlif səviyyəli yarışlarda uğurları sıralamaqda davam edir. Qasımovun növbəti xoş sorağı Macarıstandan gəlib. Yığmanın heyətində yer alan paralimpiyaçı Eyger şəhərində keçirilən Dünya Kubokunda qızıl medala layiq görülüb. Ramil çıxış etdiyi 73 kq
11:02 İlham Zəkiyev dünya kubokunu qazandı (VİDEO) Paralimpiaçımız cüdoçular arasında dünya kuboku yarışlarının qalibi olub Macarıstanın Eger şəhərində paralimpiyaçı cüdoçular arasında dünya kuboku yarışlarında iştirak edən ikiqat paralimpiya çempionu, İlham Zəkiyev bütün rəqiblərini üstələyərək yarışın qızıl medalını qazanıb. Mediaxeberleri.az

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az