t s

» » 3 boksçumuz olimpiadanın bir addımlığında

3 boksçumuz olimpiadanın bir addımlığında

30-03-2015, 20:57 Yazar:  Alim Baxılıb: 419 Çap et
3 boksçumuz olimpiadanın bir addımlığındaÜmumdünya Boks Seriyası (WSB)11-ci turdan sonra fərdi reytinq cədvəlini açıqlayıb. ANS PRESS-in məlumatına görə, “Baku Fires” klubunun iki üzvü - Məhəmməd Qurbanov və Albert Səlimov öz çəkilərində reytinq cədvəlinə başçılıq edirlər. Heybətulla Hacəliyev isə Polşada qələbə qazandıqdan sonra 2-ci yerə yüksəlib.

56 kq çəki dərəcəsində mübarizə aparan Qurbanov 5 görüşdən sonra 25 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi irlandiyalı Maykl Konlanın 21 xalı var. Bu çəkidə 2 idmançı lisenziya alacağından boksçumuzun böyük şansı var.

Abert Səlimov da (60 kq) Rio de Janeyro Olimpiadasına vəsiqə qazanmağa çox yaxındır. 5 görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.

Heybətulla Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini möhkəmləndirib. Son gürüşdə polşalı boksçunu məğlub edən həmyerlimiz 5 döyüşdən sonra 25 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadır. Meksikalı Raul Qarsiya və kubalı Yasiner Toledo 3-4-cü yerləri bölüşürlər. Bu çəkidə 4 idmançının da Olimpiadaya lisenziya qazanmaq şansı qalır. Qeyd edək ki, 64 kq çəki dərəcəsində 2 boksçu vəsiqənin sahibi olacaq.

69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov 16 xalla 4-cü yeri tutur. Boksçumuz lider Rəcəb Butayevdən (Rusiya) 9 xal geri qalır. Bu çəkidə 2-ci yeri hesabında 24 xal olan mərakeşli Məhəmməd Rabii tutur.

Bu mövsüm bütün görüşlərdə qələbə qazanan Abdulqadir Abdullayev (91 kq) reytinqə 3-cü sıradadır. “Baku Fires” klubunun üzvü 5 qarşalışmadan sonra 25 xal toplayıb. Qazaxıstanlı Vasili Levit və kubalı Erislandi Savon 28 xalla 1-2-ci yerləri bölüşdürsələr də, bu boksçular millimizin üzvündən bir görüş çox keçiriblər. Bu çəkidə 1 idmançının lisenziya alacağını nəzərə alsaq, Abdullayevə çətin olacaq.

Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 4-cü pillədədir. Amma boksçumuz ilk 3 yeri tutan rəqiblərinin hamısından 1 görüş az keçirib. Siyahıya 25 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədir.

Xatırladaq ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:50 "Baku Fires" Polşadan qələbə ilə dönür Ümumdünya Boks Seriyasının (WSB) 11-ci turunda Azərbaycanın “Baku Fires” klubu Polşanın Qdansk şəhərində “Rafako Hussars Poland” komandası ilə qarşılaşıb. Mediaxeberleri.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, görüş komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
02:39 Boksçularımız zirvəni əldən vermədi - “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur Ümumdünya Boks Seriyası (WSB) 10-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur. 56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi
20:41 Azərbaycanlı boksçular dünya reytinqində birinci oldu - SİYAHI Bağırov digər rəqiblərinə nisbətən 1 görüş az keçirib. Ümumdünya Boks Seriyası (WSB) 9-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. Azərbaycan Boks Federasiyasından daxil olan məlumata görə, “Baku Fires” klubunun iki üzvü reytinqdə 1-ci yeri tutur. 56 kq çəki dərəcəsində mübarizə
23:52 "Baku Fires" Venesuela klubunu darmadağın etdi Quba Olimpiya Kompleksində WSB Liqası çərçivəsində döyüş keçirilib Quba Olimpiya Kompleksində Azərbaycanın "Baku Fires" və Venesuelanın "Caciques Venezuela” komandaları arasında WSB Liqası çərçivəsində döyüş keçirilib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Əvvəlcə 49 kq çəki
14:05 Azərbaycanlı boksçu 1-ci yerə yüksəldi Heybətulla Hacəliyev 15 xalla reytinqdə 4-cü yeri tutur. Ümumdünya Boks Seriyasında (WSB) yeni fərdi reytinq cədvəli açıqlanıb. 60 kq çəki dərəcəsində dünya və Avropa çempionu Albert Səlimov 4 görüşdən sonra 20 xalla 1-ci yeri tutur. Mediaxeberleri.az xəbər verir ki, “Baku Fires” klubunun üzvü

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az