t s

» » "Baku Fires" Polşadan qələbə ilə dönür

"Baku Fires" Polşadan qələbə ilə dönür

29-03-2015, 23:50 Yazar:  Aygün Baxılıb: 539 Çap et
"Baku Fires" Polşadan qələbə ilə dönürÜmumdünya Boks Seriyasının (WSB) 11-ci turunda Azərbaycanın “Baku Fires” klubu Polşanın Qdansk şəhərində “Rafako Hussars Poland” komandası ilə qarşılaşıb.

Mediaxeberleri.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, görüş komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Döyüşlərin nəticələri:

"Rafako Hussars Poland" – "Baku Fires"

49 kq. David Yaqodinski – Rəsul Saliyev 3:0 (49:45, 49: 45, 48:47)
56 kq. Silvestr Kozlovski – Məhəmməd Qurbanov 0:3 (45: 49, 46:49, 47:48).
64 kq. Damian Kivior – Heybətulla Hacəliyev 0:3 (45:50, 45:50, 46:49).
75 kq. Tomaş Yablonski - Jaba Xositaşvili – 2:1 (50:45, 47:48, 50:45).
91 kq. Rain Karlson – Abdulqadir Abdullayev TKO R2 1:37

Bu görüşdə idmançıların fərdi reytinqi baxımından üç qarşılaşma komandamız üçün böyük önəm daşıyırdı. 56 kq çəki dərəcəsində Məhəmməd Qurbanov rəqibini məğlub edərək reytinqdə 1-ci sıradakı mövqeyini möhkəmləndirib. Heybətulla Hacəliyev isə bu qələbədən sonra reytinqdə 2-ci pilləyə yüksəlib. Abdulqadir Abdullayev bu dəfə də rinqi nokautla qələbə qazanaraq tərk edib. Bu dəfə boksçumuzun zərbələri qarşısında estoniyalı Rain Karlson davam gətirə bilməyib.

“Baku Fires” növbəti görüşünü aprelin 11-də Quba Olimpiya Kompleksində "USA Knockouts" klubuna qarşı keçirəcək.

Turnir cədvəli

1. “Astana Arlans” – 33, (döyüşlərin fərqi 46-9)
2. “Baku Fires” – 23, (35-20)
3. “Italia Thunder” – 20, (32-22)
4. "USA Knockouts" – 18, (26-29)
5. "Puerto Rico Hurricanes" – 18, (25-30)
6. "Caciques Venezuela" – 17, (23-32)
7. “Rafako Hussars Poland” – 12, (21-34)
8. “Argentina Condors” – 3, (11-43)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:39 Boksçularımız zirvəni əldən vermədi - “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur Ümumdünya Boks Seriyası (WSB) 10-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur. 56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi
22:24 “Baku Fires” kollektivi “Caciques Venezuela” komandasını darmadağın etdi İki rəqib boksçu nokauta salınıb. “Baku Fires” kollektivi “Caciques Venezuela” komandasına böyük hesabla qalib gəlib. Mediaxeberleri.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində Azərbaycanın “Baku Fires” kollektivi ilə Venesuelanın “Caciques Venezuela” komandası arasında keçirilən görüş
23:52 "Baku Fires" Venesuela klubunu darmadağın etdi Quba Olimpiya Kompleksində WSB Liqası çərçivəsində döyüş keçirilib Quba Olimpiya Kompleksində Azərbaycanın "Baku Fires" və Venesuelanın "Caciques Venezuela” komandaları arasında WSB Liqası çərçivəsində döyüş keçirilib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Əvvəlcə 49 kq çəki
02:15 “Baku Fires” Puerto Riko komandasını da məğlub edib Bu gün Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və “Puerto Riko Hurricanes” komandaları arasında keçirilən qarşılaşmada boksçularımız 4:1 hesabı ilə qələbə qazanıblar. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turu çərçivəsində keçirilən görüşdə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az