t s

» » Ermənilər canavarların hücumuna məruz qaldı - Xəsarət alanlar var

Ermənilər canavarların hücumuna məruz qaldı - Xəsarət alanlar var

25-03-2015, 19:11 Yazar:  Aygün Baxılıb: 525 Çap et
Ermənilər canavarların hücumuna məruz qaldı - Xəsarət alanlar varErmənilər üçün növbəti dəfə bədbəxt hadisə canavarlardan gəlib.

Canavar Dərələyəz (Dzorsk) bölgəsində yerləşən Çivə kəndində 5 sakinə hücum edib.

Kəndin rəhbəri Naira Sarkisyan bildirib ki, hadisə martın 24-də saat 14:15-də qeydə alınıb.

Sakinlər kənddən təqribən 500 metr aralıda ot yığarkən canavar onlara hücum edib və nəticədə 5 nəfər qadın ciddi xəsarət alıb. Canavar onların əllərini, ayaqlarını və üzlərini dişləyib. Zərər çəkənlər xəstəxanaya yerləşdiriliblər. Hazırda canavarın quduz olub-olmaması aydınlaşdırılır.

N.Sarkisyanın sözlərinə görə, bu, son günlər ərzində baş verən ilk canavar hücumu deyil.

Bundan əvvəl də belə hadisələr olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:16 Sabirabad sakini ov zamanı həmyerlisini başından güllələyib Hadisə Muğan qəsəbəsində qeydə alınıb. Hacıqabulda ov zamanı bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisə martın 23-də Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb. Sabirabad rayon sakini Xalis Xankişiyev ov zamanı ehtiyatsızlıqdan tüfənglə atəş
17:29 Ağstafanın Dağkəsəmən kəndinə canavarlar hücum edib - Fotolar Son vaxtlar vəhşi heyvanların kəndlərə soxulması faktlarına tez-tez rast gəlinir. Növbəti belə hücum Ağstafa rayonunun Dağkəsəmən kəndində qeydə alınıb. Mediaxeberleri.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, yırtıcılar bu dəfə Ramiz Quşçuyevin atını parçalayıblar. Xüsusən gecə
11:41 “Embawood”un anbarı yanır Xəsarət alanlar və dəyən zərər haqqında hələlik bir məlumat yoxdur “Embawood” mebel istehsalı fabrikinin anbarında yanğın baş verib. Mediaxeberleri.az-ın Föqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın mebel fabrikinin Masallıdakı anbarında olub. Dərhal
23:22 İki ailə arasında atışma: 2 ölü, 25 yaralı Yaralılardan 12-nin əsgər olduğu bildirilir Türkiyənin Diyabəkir vilayətində iki ailə arasında atışma olub. Diyarbəkirin Çəltikli kəndində iki ailə arasında gərginlik bir həftə davam edəndən sonra hadisələr bu gün acı sonluqla bitib. Belə ki, ailələr arasında silahlar işə düşüb. Atışma

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az