t s

» » Mətanətdən əkiz bacılara sərt sözlər - "Balakən Naxçıvanda yerləşir? Onda kül sizin təpənizə!”.

Mətanətdən əkiz bacılara sərt sözlər - "Balakən Naxçıvanda yerləşir? Onda kül sizin təpənizə!”.

18-02-2015, 20:28 Yazar:  Aygün Baxılıb: 1610 Çap et
Mətanətdən əkiz bacılara sərt sözlər - "Balakən Naxçıvanda yerləşir?  Onda kül sizin təpənizə!”.ATV-də yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva açıqlamasında ona qarşı edilən tənqidlərə belə cavab verib:

“Bəli bü gün verlişim barədə tənqidi fikirlər var, amma cüzi qədərdir. Hamı “Gündəlik” verilişini sevir, əgər sevilməsəydi bu qədər reytinq qazana bilməzdik. Yaxşı verlişdir deyə baxırlar da. Kimsə bəyənmirsə baxmasın, mən kiməsə demirəm ki, elə oturub mənə baxsın. Qətiyyən, mən heç vaxt heç kimi nəyəsə məcbur edən insan deyiləm. Pis verlişə kim baxar ki, şəxsən mən də yalnız yaxşı olan verlişləri izləyirəm. Orda kimə neyniyirik ki, qəribədirlər e...(gülür). Tapıntıdır, veririk, şənlik lazımdır edirik, tanınmışları çağırırıq, insanlar hansı müğənnini görmək istəyirlərsə görür, dinləyirlər. Bəyənməyənlər yerli kanallarımız olmur, başqa dövlətin kanallarını izləsinlər”.

Mətanət Əliverdiyeva həmkarları tərəfindən paxıllıq edildiyini bildirdi:

“İnsanların beynində, təfəkküründə nə baş verir onu anlaya bilmirəm. Bunların hamısı paxıllıqdandır, onlar zirvəyə çata bilməyən insanlardır. Bu siyahıya təkcə müğənnilər daxil deyil, ümumiyyətlə həyatında uğur qazana bilməyənlər də var. Belə insanlar həmişə kimlərəsə paxıllıq edirlər. Mən ömrümdə heç vaxt kiməsə paxıllıq etmərəm. Nəsə bir qüsuru olarsa mən həmin an o adamın üzünə deyənəm ki, məsələ belədir. Bu xarakterimə görə məndən inciyənlər də var, lakin tənqidlərimdən nəticə çıxaran da olur. Mən də sevirəm kimsə mənə nəyisə düzgün təbliğ etsin. Onda fikirləşirəm ki, hə, bundan nəticə çıxartmaq lazımdır, deməli belə olmalıdır. Bəyəm insan yalnız tərif üçün yaradılıb? Xeyr, mənim beynim yalnız tərifi qəbul edə bilməz, bu çox maraqsız olar. Məncə, artıq insanların düşüncəsini dəyişmək lazımdır”.

Aparıcı bu günlərdə verilişin qonağı olan müğənni Röya Ayxanın qalmaqallı geyimindən də danışıb:

“İndi gəlin bir faktı nəzərdən keçirək. Türkiyədən müğənni Hadisəni minnət xahişlə 300-400 min pul xərcləyib gətirirlər Azərbaycanın göbəyinə, bir bəh-bəhlə də əl çalırlar ki, gəl görəsən. Deyim ki, Hadisənin geyimi, hərəkətləri çox iyrənc olur. Şəxsən mən bu xanımı qəbul edə bilmirəm. Amma Röya bir damcı kiçik ölçülü pencək geyinir onu mütləq tənqid etməlidirlər. Hə, nə olsun ki, əsas odur ki, gözəl idi. Hadisəyə o geyimləri yaraşdırmıram. Lakin Röyaya qısa geyim çox gözəl yaraşır...Sonra da deyirlər ki, niyə sərhəddən o tərəfə heç kimi bizi tanımır. Bu da özünü bu vasitə ilə tanıtmaqdır da, başqa cür necə Avropalaşaq? Niyə xaricdən gələnləri bəh-bəhlə qarşılayıb, öpüb gözümüzün üstünə qoyuruq?! Qoy bizdə də belə geyim olsun, niyə də yox. Bir-iki dəfəynən nə olur ki? Səhnədə dəyişiklik olmalıdır və mən yenilikləri çox sevirəm. Əgər Röya mənim paltarıma uyğun bir paltar geyinib efirə çıxsaydı şəxsən mənim üçün maraqsız olardı, elə bilərdim ki, o da adi aparıcılardan biridir. Amma o fərqli olmalıdır, mütləq fərqlənməlidir. Onun paltarı oxuduğu janra tam uyğun idi. Röyaya mən çox fanatlıq edirəm. İnamıram ki, ikinci bir aparıcı mənim qədər ona fanatlıq etsin. Həmin gün verlişə o qədər tamaşaçı gəlmişdi ki, biz stüdyada onların heç yarısını yerləşdirə bilmədik. Bildiyiniz kimi, studyada oturacaqlar üç cərgə olur, tamaşaçılar da gündəlik olaraq verlişə gəlirlər. Lakin həmin gün oturacaqları kənarlaşdırdıq ki, onu sevən insanlar gəlib studiyada dayana bilsin. Röyadan mənim suyum, çörəyim keçmir, nə də ki, heç bir müğənni ilə mənim alış-verişim yoxdur. Çünki, o profildə mən toya falan getmirəm və s. Mən sadəcə insanları qiymətləndirməyi sevirəm”.

Aparıcının sözlərinə görə efir geyimləri hər zaman müstəqil olmalıdır:

“Aparıcıların da geyimi gərək müzakirə edilməsin. Kimə nə yaraşırsa onu da geyinir. Bu gün aparıcılarımız qısa, uzun, kimi isə hətta qısa çortik geyinir. Qoyun geyinsinlər də, niyə də geyinməsinlər. Məgər hansı dövrdə yaşayırıq, əgər gəşəngdirlərsə, bədən quruluşu onlara imkan verirsə niyə də geyinməsin. Bu mənada mən geyimə qəti olaraq qarışmıram. Bəyəm biz o anlayışla, o geyimlə inkişaf etməliyik? Şəhərə çıxırsan görürsən ki, insanlar nə istəyirlər onu geyinirlər. Nədir bəyəm pisdir? Əksinə bu gözəllikdir. Hərənin bir zövqü var, kimin ürəyi necə istəyir o cür geyinir. Kimə necə rahatdırsa o cür yaşamalıdır. Geyim tərzi ilə insanları ölçmək olmaz”.

M.Əliverdiyeva bu yaxınlarda xeyli müddət gündəmdə qalan “şpaqat” olayını da xatırlayib:

“Bir dəfə mən bir “razresli” paltar geyindim, şpaqat oturdum. Əvvəla onu deyim ki, heç şpaqat oturmaq fikrim yox idi. Sadəcə həmin gün xarici rəqqaslar, qonaqlar gəlmişdi. Onlar bir rəqs etdi, mən də dedim ki, o rəqsdən mənə də nəsə öyədin. Dedilər ki, yox, sən bunu bacarmazsan. Dedim sizin yanınzda olan xanımdan daha plastik bədən quruluşuna malikəm. Dedilər ki, sən bunu sübut edə bilərsən? Mən də dedim ki, bu dəqiqə sizə sübut edərəm. Tamaşaçılara üzümü tutub dedim ki, doğrudur, mənim paltarım bunu sübut etməyə imkan vermir, lakin mən bunu onların acığına edəcəm. Və mən dediyimi yerinə yetirdim. Onlar ayağa qalxıb ayaq üstə məni alqışladırlar. Və orda da paltar cırıldı. Pah atonnan, bu barədə azı bir ay yazdılar. Buyuq da, budur bizim dar təfəkkürümüz. Bu şou proqramdır. Mən burda hər şey edə bilərəm, üstəlik də maraqlı alınır. Mən standart aparıcı deyiləm ki, durub əlimi əlimin üstünə qoyub deyim ki, “hə gələcək planlarınız necə oldu?” və s. Bu mənim içimdəm gəlimir, çünki, həyatda necəyəmsə, efirdə də buyam. Mən dəyişməyən insanam. Məni kimsə dəyişə bilərmi? Xarakterim budur”.

Aparıcı "Xəzər" televiziyasının canlı efirində Azərbaycan manatını cıran əkiz bacılara qarşı sərt münasibət bildirib. Onun sözlərinə görə bu cür aparıcıları televiziya efirlərinə çıxartmaq yolverilməzdir:

“Canlı yayımda manatımızı cırmaq tərbiyəsizlikdir. Amma gördüyünüz kimi elə insanları aparıcı kimi aparıb dağ başına qoyurlar. Mən belə apaırıcıları qəbul etmirəm. Aparıcının bazası olmalıdır. Dünyada baş verən proseslərdən, siyasətdən xəbəri olmalıdır. Bilməlidirlər ki, Ukraynada, Suriyada bu gün nələr baş verir. Amma şahidik ki, bunlardan çox aparıclarn xəbəri yoxdur. Əgər yoxdursa onda efirə çıxmasınlar. İstər idman, istər də şou verliş təqdim edən aparıclar hər bir məsələdən məlumatlı olmalıdırlar. Sən əgər deyirsənsə Balakən Naxçıvanda yerləşir, onda kül sizin təpənizə!”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:14 Elşad Miri: O aparıcı Allaha cavab verəcək – MÜSAHİBƏ “Mən də ona sual verərdim ki, vicdan nədir?” Mediaxeberleri.az ilahiyyatçı Elşad Mirinin müsahibəsini təqdim edir: -Bu yaxınlarda aparıcı Tunay Əliyeva ilə müsahibəm oldu. O, söylədi ki, Allaha və dinlərə inanmır (red.-T.Əlyeva: Allah islamdan öncə ərəblərin çoxtanrılı bir dövründə Ay allahının
18:24 Rəqsanə: O, başqasının əri, kişisidir “Qulaqlarım batmışdı, gözlərim də görmürdü. Mediaxeberleri.az ailem.az-a istinadla müğənni Rəqsanənin müahibəsini təqdim edir: - Sizlə bir neçə il öncə müsahibə etmişdik. O zaman mənə xərçəng xəstəsi olduğunuzu demişdiniz. Sonradan o xəstəliyə qalib gəldiniz, yoxsa ümumiyyətlə o sizdə heç yox
23:03 "Xanımım üçün hər şey etmişəm: ev bağışlamışam, brilyantlar almışam, ətirlərinin sayı-hesabı yoxdur" - Nadir Qafarzadə 14 fevral bütün dünyada Sevgililər günü kimi qeyd olunur. Axşam.az tanınmışlar arasında sorğu apararaq, onların bu günü necə keçirəcəklərini öyrənib: Müğənni Nadir Qafarzadə - Restoranların birində romantik gecə yaşayacağıq. İkimiz baş-başa övladlarımızdan, gələcək planlarımızdan danışacağıq.
19:41 Elza: Sarkisyan məni məhkəməyə verəcək “Bəzi aparıcılar reytinq qazanmaq üçün məni tənqid edirlər”. Müğənni, bəstəkar Elza Seyidcahan bu günlərdə “İntervyu jurnalı” və “İntervyu-xəbər” qəzetinin keçirdiyi sorğu əsasında “İlin şairəsi” adını aldı. Bir çox yazıçılar mətbuatda, sosial şəbəklərədə bu hadisəni gülünc adlandırdılar. Gənc
15:24 "Bu gecə mənimlə yat, ürəyin nə istəyir alacam sənə" - Qadin müğənnilər arasında rüsvayçı dava Mərhum müğənni Vidadi Bərdəlinin qızı ifaçı Aytac Vidadiqızının müsahibəsi qalmaqala səbəb olub. Lent.az-a açıqlama verən müğənni Afaq Aslan bildirib ki, A.Vidadiqızı onun adını çəkmədən barəsində xoş olmayan fikirlər səsləndirib: "Dünən həmkarımın mənim haqqımda söylədiyi açıqlamanı dostlarım

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az