t s

» » Qadın güləşçilərimiz beynəlxalq turnirə gedir

Qadın güləşçilərimiz beynəlxalq turnirə gedir

18-02-2015, 19:48 Yazar:  Aygün Baxılıb: 642 Çap et
Qadın güləşçilərimiz beynəlxalq turnirə gedirFevralın 19-20-də Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq güləş turniri keçiriləcək.

Mediaxeberleri.az xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan yığma komandaları 2015-ci il üçün nəzərdə tutulan təqvim planına əsasən bu turnirdə iştirak edəcək.

Böyük məşqçilər Yaqub Məmmədov və Həsrət Məmmədyarovun rəhbərliyi altında heyətdə 13 idmançı yer alıb. Yeniyetmələrin yarışında Ülkər Babayeva, Aynurə Camalova (hər ikisi 40 kq), Sona Tumarxanova (48 kq), Leyla Qurbanova (51 kq), Şəbnəm Əhmədova (56 kq) mübarizə aparacaqlar.

Gənclərin yarışında isə ölkəmizi Sahilə Ələkbərova (44 kq), Türkan Nəsirova (48 kq), Arzu Əliyeva (51 kq), Almaz İsmayılova, Alyona Kolesnik (hər ikisi 55 kq), Ləman Qurbanova (59 kq), Dərya Korin (63 kq) və Raqnetta Qurbanzadə (69 kq) təmsil edəcəklər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:10 Beşinci muğam televiziya müsabiqəsi başlayıb Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən beşinci muğam televiziya müsabiqəsi başlayıb. Mediaxeberleri.az AzərTAc-a
23:33 Qadın güləşçimizdən inamlı qələbə Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdən tam heyətlə iştirak edib. Güləşçilərimiz
20:44 Ağsaqqallar Şurasının illik yığıncağı keçirildi Respublika Ağsaqqallar Şurası Məclisinin illik yığıncağı keçirilib. Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib. Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah
20:09 Əsgərlərimiz vətənə sədaqət andı içdilər Fevralın 15-də Gəncədəki “N” saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, hərbi hissənin döyüş bayrağı meydana gətirildikdən sonra, gənc əsgərlər hərbi and içiblər. Hərbi hissənin komandiri andiçmə mərasiminin başa çatması barədə raport

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az