t s

» » Keçmiş icra başçısının incitdikləri hərəkətə keçib

Keçmiş icra başçısının incitdikləri hərəkətə keçib

18-02-2015, 18:27 Yazar:  Aygün Baxılıb: 785 Çap et
Keçmiş icra başçısının incitdikləri hərəkətə keçibŞəmkirin sabiq meri Aslan Aslanovun rayondakı əmlaklarının siyahıya alınmasına başlanılıb.

Qeyri-rəsmi mənbədən Tia.az-a verilən məlumata görə, eks-başçının ətrafındakı həlqə daralır və onun mərhələli şəkildə gücsüzləşdirilməsi prosesi gedir.
Oğlu Ruslanın qatili Lamiyə Quliyevanın həbsdə doğması ilə yenidən gündəmə gələn Aslanovun o dövrdə törətdiyi əməlləri faktlarla açıqlanır. Şəmkirdə etdiyi cinayətləri o zaman ictimailəşdirməkdən çəkinən yerli adamlar indi yaranmış fürsətdən istifadə edərək müdhiş sənədlər ortaya qoyur. Məlum olur ki, Aslanov rayonda sahibkarlara divan tutub.
Onlardan biri də Elpərəst Həsənli olub. Onun bazarını əlindən alıb, həbsə atıb və səhhətinə ciddi ziyan vurub. Mənbə Aslanovun əmlakının müsadirə olunacağını istisna etmir. Xatırladaq ki, Lamiyə onun övladını namusuna toxunduğu üçün öldürdüyünü qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:12 Kürdəxanı təcridxanasında həbslər başladı - “Lamiyə olayı”na görə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirləndirilərək, həbs olunmuş məhkumlar Lamiyə Quliyeva və Vüqar Əliyevin işi ətrafındakı müəammalar artmaqdadır. Lamiyə Quliyevanın ANS-ə son açıqlaması isə onunla bağlı müəmmaları nəinki aydınlığa qovuşdurdu, əksinə,
19:06 Lamiyənin ata evi satışa çıxarıldı Həbsdə uşaq doğan Lamiyə Quliyevanın evi satışa çıxarılıb. Mediaxeberleri.az xəbər verir ki, axar.az-ın əldə etdiyi məlumata görə, məhkumun anası Kifayət Quliyeva Şəmkirdə bacısı ilə birgə yaşadığı evi satır. Lamiyənin valideyni satacağı evin pulunu bacısı ilə şərik böləcək. Quliyevlər ailəsinin
11:28 Aslan Aslanovun həbs siyahısı Müdhiş qətllə bağlı bir çox məqamlar üzə çıxıb. “Lamiyə işi” gündəmə gələn gündən az qala 1 aya yaxın vaxt ötür. Mediaxeberleri.az xəbər verir ki, “Yeni Müsavat” bu iş ilə bağlı növbəti materialı dərc edib. Həmin yazının bir hissəsini təqdim edirik. “2003-cü ildə Şəmkirin o vaxtkı icra başçısı
15:20 Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var Qəzetimizin ötən saylarında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər Ərazi İnzibati vahidi üzrə nümayəndəsi Azil Aslanovun yarıtmaz fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunub. Qeyd etmək lazımdır ki, bu gün də redaksiyamıza daxil olan məlumatlarda Azil Aslanovun öz
11:15 Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm “Uşağın atası toxumlarının müqabilində Lamiyədən pul almayıb”. Məhkum Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağının atası ailəlidir. Mediaxeberleri.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az