t s

» » Azərbaycan Novruzu və ulusal ruhumuz

Azərbaycan Novruzu və ulusal ruhumuz

19-03-2015, 18:52 Yazar:  Aygün Baxılıb: 738 Çap et
Azərbaycan Novruzu və ulusal ruhumuzİşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü





Novruz bayramı minillərdir ki, ulusumuzun yaşamında özünəməxsus yer tutur. Bu bayramda milli ruhumuzun, qədimliyimizin soraqları yaşayır. Minillər öncə babalarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız öz ömründə yaradıb və yaşadıb: qışın yazı əvəzləməsini öyüb, təbiətlə birgə ruhən yenidən doğulub, içəridən arınıb, bu təmizlənməni mənalandırıb, bayramlaşdırıb.

***
Novruz bayramı bir çox ölkələrdə qeyd edilir. Azərbaycan Novruzunun isə bənzərsizliyi ortadadır.
Ümumşərq, ümumtürk keyfiyyəti olan Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir. Qədimdən bəri varlığın başlıca ünsürlərinə (od, su, hava, torpaq) türk öz ruhuyla baxıb, təbiətin yenidən doğulmasını mənalandırarkən başqa xalqların təsəvvürlərinə möhtac olmayıb. Minillər boyunca türkün əski inancı cilalanıb, babamız Zərdüştün dönəmində sistemli təsəvvür, baxış halına gəlib. Zərdüştün “təmiz fikir, təmiz söz, təmiz əməl” ideyası türkün ruhani təsdiqidir.

***

Bu gün Novruzla bağlı müəyyən məqamlar adamların təsəvvüründə yenə də qarışıqdır. Ümumşərqi olduğu dərəcədə də ümumtürk səciyyəsi daşıyan Novruz bayramının milli sınırlarını anlamağımız və anlatmağımız hərdən lap çətinləşir. Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə, dəyişmələrə məruz qalan Novruz türk ruhunun özünəməxsusluğunu bacardığı qədər yaşadıb. Millət o zaman var olur ki, ruhunun qədim soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, hamısını qoruyub saxlayır. Belədə millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin zəngin çalarları var. Tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşayıb.
Bayram hər şeydən öncə insanın içində olmalıdır. Novruzun mahiyyətində türkün halının yetkin ifadəsi var. Elə etmək gərəkdir ki, qədimliyimizin soraqları qloballaşma (kürəsəlləşmə) həşirində gözümüzdə qətiyyən adiləşməsin, bayağılaşmasın. Novruz bayramında başqa bayramlarda olduğu kimi zəngin süfrənin yaradılması, həşirçilik, bayağı mahnılar, əyləncələr, fişənglər selinə bürünməsi də yanlışdır.
Novruzda od – bayramın başlıca rəmzidir.

***

Adət-ənənələrimizin zirvəsində qədimliyimizi, ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzu özündə yaşadan Novruz bayramı durur. Novruzda Zərdüştlükdən gələn xeyirin şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur.
Novruz bayramı milli ruhumuzu təsdiq eləyir, ona görə bizə belə doğmadır.
İnam Atanın (Asif Atanın) Novruz bayramına ayrıca yanaşması var. O, bu bayramla bağlı “Novruzluğumuz” adlı fəlsəfi-bədii məqam da yazıb. Yazıda Ata Zərdüştlüyümüzü “Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz” kimi qiymətləndirir, özünün müəyyənləşdirdiyi 7 böyük dəyərimizdə Od amilinin müqəddəsliyini, yaşarılığını, birxətliyini əsaslandırır: “Novruzumuzdan Zərdüşt İşığı götürün, Dədə Qorqud Ağsaqqallığı götürün, Babək Hünəri götürün, Nəsimi Vüqarı götürün, Füzuli Heyrəti götürün, Muğam Hikməti götürün, Saz Mətanəti götürün”.
Milli ruhumuzda olan ülvi, gözəl nə varsa, hamısı ulusumuzun yaranmasına, əbədi var olmasına xidmət etməlidir.

***
Novruzu türk idrakından gələn, cilalanan bayram kimi sevirik, dəyərləndiririk. Novruz ayrı-ayrı xalqların yaşamında var. Başqa yandan, Novruz qədim çağların bayramıdır, dünyagörüşüdür. Bayramın özülündə duran həqiqi elm, fəlsəfə adamların təsəvvüründə demək olar, yoxa çıxıb. İndi bayramın yalnız “bədii” hissəsi qalıb. Bu hissədəki əyləncələr isə onu adiləşdirir.
Novruz bayramının mahiyyətində duran od isə insanı daxilən təmizləyici motiv olaraq aparıcıdır. Qədimlərdən bəri od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu günə kimi gəlib çıxıb. Odun qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunub.

***
Mütləqə İnam Ocağı olaraq Novruzu Ocaq bayramlarının doğması sayırıq. Dünyanın hər mənada tükəndiyi bir çağda özümüzə və dünyaya təqdim etdiyimiz “İnsanilik”, “Xəlqilik”, “Şərqilik”, “Bəşərilik” bayramları sabahımızda xalq olaraq möhtəşəm yaradıcılığımızın sübutu kimi dərk və təsdiq olunacaq. Bayramların hamısı İnsanla bağlıdır.
Bəşər yeniləşməlidir, deməli, ona yeni dünyabaxış, yeni bayramlar gərəkdir. Ocaq bayramları yeni dünyanın - Mütləqə İnam sivilizasiyasının, kamilləşən, ruhaniləşən insanın insani-milli-bəşəri bayramıdır.
Bu ayın 14-də keçirilən İnsanilik Bayramı İnsanlığın ömürləşməsini hədəfləyir. İnsanilik – bəşərin varolma, özünütəsdiq düsturudur. Minillərdir ki, bəşərin canlı yaşamı, bədiiyyatı, incəsənəti İnsanilikdən danışır, insaniliyi öyür. Ancaq insanilik əsasında yaşamaq getdikcə daha da çətinləşir. Bu gün dünyada elmi-texniki inkişaf ən yüksək həddə çatıb. Ancaq inkişafın bu səviyyəsi daha çox insaniliyə qarşıdır. İnsana, insaniliyə xidmət etməyən tərəqqi gerilikdir, çünki insansızlığa əsaslanır. Qoy elmi-texniki tərəqqi indikindən dəfələrlə az olsun, ancaq insan yox olmasın! Qoy dünya indikindən maddiyyatca qat-qat zəif olsun, ancaq dünya insansız olmasın!
İnsansız dünya tükənmiş dünyadır!
Yalnız İnsaniliyə əsaslanan tərəqqi – yaşarıdır, sabahlıdır! Yalnız müqəddəsliyə əsaslanan tərəqqinin sabahı, gələcəyi var. Tərəqqinin ölçüsü İnsanilikdir.
İnsanilik Bayramı – bəşərin Bayram ənənəsinin göy səviyyəsidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:17 İlham Əliyev Azərbaycan xalqını təbrik etdi “Bu ümumxalq bayramı qoy hər ailəyə bol sevinc, firavanlıq və ruzi-bərəkət bəxş eləsin”. Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik məktubu ünvanlayıb. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən həmin təbrik məktubunu təqdim edir:
21:34 Ağstafada Novruz Bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi Ağstafada İlaxır çərşənbə günü və Novruz bayramı münasibətilə bayram konserti baş tutdu Ağstafa şəhər S.Vurğun adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibəti ilə geniş bayram tədbiri keçirilmişdir. Bayram şənliyində Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm
20:48 AMİ-nin Qazax filialında Novruz bayramı münasibəti ilə tədbir keçirildi Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında da Novruz bayramı münasibəti ilə tədbir keçirilib Mediaxeberleri.az-a daxil olan məlumata görə, Martın 17-də Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialında milli bayramlarmızdan olan Novruzun gəlişi münasibəti ilə bayram tədbiri
22:14 Novruz bayramı UNESCO-da qeyd olunacaq Tədbirdə Azərbaycanı estrada-folklor ansamblı və aşıq Əli Quliyev təmsil edəcək Martın 24-də UNESCO-nun mənzil iqamətgahında Novruz bayramı qeyd olunacaq. Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, Özbəkistanın, Türkiyənin, Monqolustanın və Rusiya Federasiyası türk dilli
15:07 İnsanilik – bəşərin varolma, özünütəsdiq ölçüsüdür İşıqlı ATALI Mütləqə İnam Ocağının Yükümlüsü Ocaq Yükümlüsü İşıqlı Atalı İnsanilik Bayramı münasibətilə Ulusu kutlayıb. Kutlamada deyilir: “Ürəyinizdə Günəş olsun! İnsanlıq İnsanın, ulusların əzəli, əbədi, sonsuz, kamil varolma tələbi, diləyidir. Bu tələbə yetmək tarixin bütün çağlarında çətin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az