t s

» » “Delfi” portalında Mehriban Əliyeva haqqında məqalə dərc edilib

“Delfi” portalında Mehriban Əliyeva haqqında məqalə dərc edilib

18-02-2015, 09:37 Yazar:  Aygün Baxılıb: 699 Çap et
“Delfi” portalında Mehriban Əliyeva haqqında məqalə dərc edilibAzərbaycan haqqında rubrika “Delfi” portalının ən populyar rubrikalarından biridir.

Baltikyanı ölkələrdə ən populyar “Delfi” informasiya portalında Azərbaycan Respublikasının birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva haqqında məqalə dərc edilib. Çoxsaylı fotomateriallarla illüstrasiya edilmiş məqalədə Mehriban xanımın həyat yolundan bəhs edilir.

Mediaxeberleri.az AzərTAc-a istinadən xəbə verir ki, bu yazı “Delfi” informasiya xəbər portalı ilə Azərbaycanın Tallindəki səfirliyinin əməkdaşlığı sayəsində, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının populyarlaşdırılmasına yönəlmiş layihəsinin həyata keçirilməsi çərçivəsində çap edilmiş silsilə məqalələrdən biridir.

Ümumiyyətlə, qarşıdakı Avropa Oyunları və Azərbaycan haqqında müxtəlif mövzularda 20-dən çox məqalə dərc edilməsi planlaşdırılır. Hələlik yalnız eston dilində çap olunan bu məqalələrin sonradan “Delfi” səhifələrində rus dilində də nəşri nəzərdə tutulur.

Estoniyalı oxucular Avropa Oyunlarının keçirilməsi ideyasının tarixi, Oyunlara hazırlığın gedişi və təşkilati işin yüksək səviyyədə olması barədə məlumat alıblar. Estoniya ictimaiyyəti Azərbaycan haqqında – onun keçmişi və bu günü, zəngin mədəniyyəti, adət və ənənələri, o cümlədən keçən əsrin əvvəlində Estoniya ilə Azərbaycan arasında münasibətlərin tarixi barədə maraqlı faktlarla tanış olub.

Müasir Azərbaycan, onun sürətli iqtisadi inkişaf fenomeni barədə məlumatlar oxucuların xüsusi marağına səbəb olub.

Qeyd etmək lazımdır ki, bu məqalələr Estoniya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır, məqalələrə və onlarla bağlı şərhlərə baxışların sayı isə belə deməyə əsas verir ki, Azərbaycan haqqında rubrika “Delfi” portalının ən populyar rubrikalarından biridir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:49 Özbəkistan saytı Bəxtiyar Vahabzadədən yazdı Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki podrobno.uz portalında xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında rus dilində material yerləşdirilib. Məqalədə deyilir: “Bəxtiyar
22:33 Prezident İlham Əliyev üç Sərəncam imzaladı Azərbaycan Prezidenti İlham Əliyev “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib. Qanunda edilən dəyişikliklərə əsasən, yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı
09:11 “Ukrayna böhranından sonra Azərbaycan alternativ qaz ölkəsinə çevrilib” Toğrul İsmayıl: “Bizim qaz ehtiyatlarımızın Avropanın enerji təminatında yerinin nə qədər olacağı bir çox amildən asılıdır...” Xəbər verdiyimiz kimi, fevralın 12-də Bakıda "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib. Görüşdə prezident İlham Əliyev də iştirak edib.
19:42 “Financial Times” Azərbaycan İstiqlal Muzeyindən yazır Muzey Azərbaycan tarixi haqqında dolğun təsəvvür yaradır. Britaniyanın “Financial Times” qəzeti Bakıda fəaliyyət göstərən İstiqlal Muzeyi haqqında məqalə dərc edib. Mediaxeberleri.az AzərTac-a istinadla xəbər verir ki, məqalədə muzey binasının tarixi haqqında məlumat verilir. Qeyd olunur ki, bina
12:54 Moskvada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçiriləcək Təqdimat “Azərbaycan həftəsi” çərçivəsində baş tutacaq. Moskvada “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçiriləcək. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov şənbə günü Moskvada "Bakı-2015" ilk Avropa Oyunlarına həsr edilmiş mətbuat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az