t s

» » Fazil Mustafa : Fahişəlik baş alıb gedir

Fazil Mustafa : Fahişəlik baş alıb gedir

16-03-2015, 16:13 Yazar:  Aygün Baxılıb: 593 Çap et
Fazil Mustafa : Fahişəlik baş alıb gedir“Otellərdən tutmuş müxtəlif yerlədə...”.

İmkanlı kişilər qadınlara 400 minlik maşın hədiyyə edirlər. Deyirlər ki, al sür, istədiyini elə! Onlarda içib bara gedirlər...

Mediaxeberleri.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Millət vəkili son günlər içkili vəziyyətdə sükan arxasına oturan qadınların sayının artmasına münasibət bildirib.

Qeyd edib ki, qadınların içki içmələri, əxlaqsızlıqla məşğul olmalarının kökündə bir sıra ciddi məqamlar durur. Onun sözlərinə görə, bu çox təhlükəli bir haldır:

“Ölkəmizdə qadınların əxlaqsızlıq etmələri və insan alveri ilə məşğul olmaları ilə bağlı kifayət qədər problemlər mövcuddur. Buna qarşı cəmiyyətin ümumi mübarizəsi yoxdur. Qadınların xeyli hissəsi pis alışqanlığa düçar olublar. Azərbaycan cəmiyyətinin içkiyə aludəçiliyi çox yüksəkdir. Hesab edirəm ki, Rusiya ilə müqayisədə Azəraycanda daha çox içki içilir. Bu çox üzücü bir haldır. Bu gün barlarda gecə həyatı yaşayan çoxlu sayda qadın var. Hesab edirəm ki, hazırda ölkədə əxlaqla bağlı çox ciddi aşınma prossesi gedir. Bunun qarşısını almaq üçün cəmiyyətin səfərbər olması lazımdır”.

Deputatın sözlərinə görə, içkili vəziyyətdə avtomobil idarə edən qadınların öz himayədarları var:

“Qadınların içkili formada maşın idarə etmələri daha çox onların himayə olunmaları ilə bağlıdır. Özünə arxayın olmayan adam içkili formada sükan arxasına oturmur. Bəzi şəxslər öz himayələrində olan və qeyri-qanuni formada münasibət qurduqları qadınlara maşın alıb verirlər və onları küçəyə buraxırlar. Nəticədə həmin qadınlar yollarda bildiklərini edirlər”.

F.Mustafa həmçinin bildirib ki, qadınların içki içmələri məsələsinə xüsusi diqqət ayrılmalıdır:

“Neqativ halların sayı artmaqdadır. Bu problemin çıxış yolu isə ictimai müzakirədən keçir. Bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Qadınların içkiyə meyilli olması əxlaqi deformasiya deməkdir. Hazırda əxlaqi deformasiya prossesi gedir. Fahişəlik baş alıb gedir. Cəmiyyətdə təkcə qadınların içki içmələri populyar məsələ deyil”.

O qeyd edib ki, Azərbaycanda fahişəliklə məşğul olan qadınların sayı durmadan artır:

“Artıq əxlaqsızlıq kifayət qədər populyarlaşıb. Otellərdən tutmuş müxtəlif yerlədə açıq-aşkar fahişəlik geniş yayılıb. Bunların qarşını ictimai qınaqla almaq mümükündür. Bu sahədə çox təhlükəli vəziyyət yaranıb. Bu problemə ictimayyətin diqqətini yönəltmək lazımdır. Hər kəs öz əhatəsinə diqqət yetirib, bu problemin daha geniş yayılmamamasına çalışmalıdırlar”.

Deputatın sözlərinə görə, əxlaqsız qadınları himayə edənləri ifşa edilməlidir.

“İçkili vəziyyətdə sükan arxasına oturan qadınların böyük əksəriyyəti özlərinə maşın almaq iqtidarında deyillər. Onlar guya sahibkardırlar? Guya, həmin qadınlar iş adamlarıdırlar və pulları çoxdur? Onlar kiminsə himayəsindədirlər. Həmin qadınlara maşını qeyri-qanuni münasibətdə olduqları adamlar alırlar. Ya da ki vəzifəli şəxslər bolluq deyə öz yaxınlarına maşın alıb verilər. Bu isə cəmiyyət üçün təhlükəyə çevrilir. Həmin qadınları kimlərin himayə etmələri açıqlanmalıdır. Həmin şəxslərdən soruşmaq lazımdır ki, elə qadınlara niyə maşın alırsınız? Ona görə də belə problemlər üzə çıxır” - deyə F.Mustafa qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:02 Qadınlarımızın üzləşdiyi ən böyük problemlər Azərbaycan hökuməti gender bərabərliyinin təmin edilməsi üçün bütün lazımi addımları atır. Lakin təəssüflə qeyd etməliyik ki, problemlər hələ də qalır». Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli «Azərbaycan» qəzetindəki məqaləsində deyib. Komitə sədrinin sözlərinə görə,
08:53 “Google”un qadınlara sürprizi (FOTO) Dünyanın bir çox ölkələrində qadınlar bu günü bayram edir “Google” dünyanın bir çox ölkələrində keçirilən “8 Mart - Beynəlxalq Qadınlar Günü” üçün xüsusi "doodle" hazırlayıb. Dünyanın müxtəlif ölkərində qeyd olunan bəzi xüsusi bayramlar üçün "doodle" hazırlayan “Google” axtarış sistemi bu gün
00:01 Bu statistika yalnız qadınlara aiddir Hazırda işləyən 40-54 yaşlı qadınların sayı kişilərin sayından çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, əmək müqaviləsi əsasında işləyən qadınların sayı 592 275 nəfərdir. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə
09:47 Postsovet ölkələrində qadınların intim həyatları araşdırılıb (SİYAHI) Azərbaycanlı qadınların seksuallıq reytinqi Postsovet ölkələrində qadınların intim həyatları ilə bağlı bir siyahı hazırlanıb. Gender üzrə mütəxəssislər qadınların seksual cəhətdən fəallıqlarını müəyyən ediblər. ANS PRESS-in məlumatına görə, onlar keçmiş sovet ittifaqına daxil olan 11 ölkədə
18:22 Əxlaqsızlıq yuvalarını vəzifəli şəxslər himayə edir "Polislər mütləq şəkildə Mədəniyyət və Turizm Nazirliyinə təqdimat verməlidirlər". Bəzi otellərdə əxlaqsızlıq yuvaları təşkil olunur. Bunlarında arxasında bəzi vəzifəli şəxslər dayanır. Onlar belə otellərə himayədarlıq edirlər. Mediaxeberleri.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az