t s

» » Dəhşət - Azyaşlını zorlayan kişi həbs edilmədi

Dəhşət - Azyaşlını zorlayan kişi həbs edilmədi

12-03-2015, 19:36 Yazar:  Aygün Baxılıb: 728 Çap et
Dəhşət - Azyaşlını zorlayan kişi həbs edilmədiMəhkəmə Əhmədağa Nuriyevin anlaqsız olması nəticəsinə gəlib

Ali Məhkəmədə azyaşlını zorlamaqda təqsirli bilinən Əhmədağa Nuriyevin barəsində olan hökmün ləğv edilməsi ilə bağlı prokurorluğunu protestinə baxılıb.

Mediaxeberleri.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasan prokurorluğun kasasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən Əhmədağa Nuriyev azyaşlı oğlan uşağını aldadaraq ona qarşı iyrənc hərəkətlər edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhmədağa Nuriyevin barəsində ittiham hökmü çıxarılmayıb. Məhkəmə Əhmədağa Nuriyevin anlaqsız olması nəticəsinə gəlib. Əhmədağa Nuriyevin barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti versə də, Şirvan Apelyasiya Məhkəməsində hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilib.

Prokurorluq Ali Məhkəməyə ünvanlandığı kasasiya şikayətində Əhmədağa Nuriyevin cəzasının ağırlaşdırılmasını istəyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:27 15 yaşında ərə verilən Nərminənin dəhşətli qisası – ŞOK TƏFƏRRÜAT Masallı rayonunda 1998-ci il təvəllüdlü Nərminə Şıxıyeva bibisi oğlu, 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevə 17 bıçaq zərbəsi vurmaqla ona ağır bədən xəsarətləri yetirib. Hadisə rayonun Ərəb kəndinə baş verib. Nərminə Şıxıyeva 2012-ci ilin oktyabr ayında 16 yaşına çatmadığı halda
17:32 Leyla Yunusun apelyasiya şikayəti təmin edilmədi Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə qərarından verilən şikayətə baxılıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə apa-ya məlumat verən vəkil
16:39 Məmur övladını öldürənlərin cəzası yüngülləşdirildi Bu gün Bakı Apelyasiya Məhkəməsində məmur oğlunu öldürməkdə və xuliqanlıqda ittiham olunan Tural Əliyev, Elçin Baxşıyev, Seymur Fərzəliyev, Səbuhi Məmmədov və Ramin Rzayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Tural Əliyev ötən il
14:12 Lamiyə Quliyeva azadlığa buraxıldı - Foto Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmə prosesi davam etdirilib. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə məhkəmə protesti
13:42 "AMAY Abdulla"nın məhkəməsində qalmaqal... Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən "A.M.A.Y" rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində qalmaqal yaşanıb. Mediaxeberleri.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az