t s

» » Elza Seyidcahanın yazdıqlarına qadağa qoyuldu (VİDEO)

Elza Seyidcahanın yazdıqlarına qadağa qoyuldu (VİDEO)

4-03-2015, 08:59 Yazar:  Aygün Baxılıb: 1556 Çap et
Elza Seyidcahanın yazdıqlarına qadağa qoyuldu (VİDEO)"Onları pulla alıblar, icazə vermirlər verilişlərdə deyim"

Əməkdar artist Elza Seyidcahan bundan sonra heç bir verilişdə şeir adlandırdığı mətnləri səsləndirməyəcək.

Ekstravanqard müğənni Elza Seyidcahan qonaq olduğu verilişlərdən birində hamı tərəfindən danışılan “şeirlər”inə mahnı bəstələdiyini, eləcə də albom vəd edildiyini bildirib.

“Şeirlərimə qadağa qoyulub. Onları pulla alıblar. İcazə vermirlər verilişlərdə deyim. Çünki yaxın zamanda şeirlərimdən ibarət silsilə albom çıxacaq. Hamısı eksklüziv olaraq, orada yer alacaq”, - deyə sənətçi sözlərinə əlavə edib.

Müğənni-bəstəkar Elza Seyidcahanın şeir adı ilə yazdığı mətnlərin hər dəfə səs-küyə səbəb olması, sosial şəbəkələrdə, internet portallarında müzakirə edilməsi, görünür, onu və ona qadağa qoyan şəxsi bu işə həvəsləndirib. Çünki internet istifaəçiləri həmin mətnləri bəyənməsələr belə maraq göstərərək dinləyəcək, oxuyacaq və dostları ilə paylaşacaqlar.

Qeyd edək ki, müğənninin heç bir bəddi dəyər daşımayan yazılarını şeir kimi cəmiyyətə təqdim etməsi bir çox ədəbiyyatşünaslar, şairlər, yazıçılar, filoloqlar tərəfindən tənqidlə qarşılansa da, o, bu həvəsindən əl çəkmək bilmir. ans





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:15 Xanım müğənni geyimi ilə medianın gündəminə bomba kimi düşdü (Video) Gənc müğənni açıq-saçıq geyimi ilə hamını məst etdi "Dünyanın hər yerində bu işi görənlər belə geyinirlər" Türkiyənin reytinqli proqramlarından birində iştirak edən gənc xanım müğənni geyimi ilə medianın gündəminə bomba kimi düşüb. Qardaş ölkənin tanınmış şoumenlərindən olan Okan Bayülgenin
00:20 Bakıda yaslara qadağa qoyuldu Paytaxtda iyunun 12-dən 28-dək yas mərasimləri keçirilməyəcək Avropa Yay Oyunları keçirilən zaman Bakıda yas mərasimləri keçirilməyəcək Yas mərasimləri üçün qurulan çadırların nəqliyyatın hərəkətinə mane olacağından yasların keçirilməməsi tövsiyyə olunur. Belə ki, yas mərasimləri keçiriləndə
22:29 Bakıda iyunun 12-dən 28-dək toylar keçirilməyəcək Son günlər mətbuatda Bakı-2015 Avropa Oyunlarının baş tutacağı tarixlərdə paytaxtda toy mərasimlərinin keçirilməsinə qadağa qoyulması barədə məlumatlar yer alıb. Həmin məlumatlarda bildirilir ki, paytaxtda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində
23:03 Toyda müğənniyə qadağa qoyuldu - Oxumayacaqsan! Müğənni Mənzurə Musayeva toyda rastlaşdığı maraqlı faktlardan danışıb. O, toy sahiblərinin bəzi mahnılara qadağa qoyduğunu deyib. Mediaxeberleri.az xəbər verir ki, bu haqda müğənni “Günaydın” verilişində danışıb: “Bəzi toylarda toy sahibləri “Ay xalam qızı”, “Gəl, ay qonşumun qızı” mahnılarını
19:41 Elza: Sarkisyan məni məhkəməyə verəcək “Bəzi aparıcılar reytinq qazanmaq üçün məni tənqid edirlər”. Müğənni, bəstəkar Elza Seyidcahan bu günlərdə “İntervyu jurnalı” və “İntervyu-xəbər” qəzetinin keçirdiyi sorğu əsasında “İlin şairəsi” adını aldı. Bir çox yazıçılar mətbuatda, sosial şəbəklərədə bu hadisəni gülünc adlandırdılar. Gənc

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az