t s

» » Daha bir körpə ölümü - Biləsuvarda

Daha bir körpə ölümü - Biləsuvarda

4-03-2015, 08:25 Yazar:  Aygün Baxılıb: 874 Çap et
Daha bir körpə ölümü - BiləsuvardaBiləsuvar rayonunda uşaq ölümü faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə ötən gecə baş verib. Rayonun Ovçubərə kənd sakini, 8 uşaq anası olan 40 yaşlı Səmayə Nuruyeva doğuş sancıları ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində qəbul edilib. Doğum Şöbəsindən verilən məlumata görə, doğuşdan əvvəl həkimlərin apardıqları müayinə zamanı məlum olub ki, ananın bətnindəki döl ölüdür. Təbii üsulla aparılan doğuş prosesi zamanı uşaq ölü dünyaya gəlsə də, ananın səhhətində hər hansı problem yaranmayıb.

Səmayə Nuruyevanın həyat yoldaşı isə uşağın həkimlərin səhlənkarlığı ucbatından ölü doğulduğunu iddia edir. Qadın özü isə bətnindəki 9 aylıq uşağın ölü olduğunu hiss etmədiyini, bunun onun səhhətində hər hansı problem yaratmadığını bildirib. Həkimlər isə uşağın xəstəxanada deyil, ana bətnində bir neçə gün əvvəl öldüyünü deyiblər. Onlar bunu döldə müxtəlif patologiyaların olması ilə izah ediblər.

Hazırda ananın vəziyyəti qənaətbəxşdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:13 Zaqatalada 14 yaşlı qız dərmandan zəhərlənib Zaqatalada 14 yaşlı qız dərmandan zəhərlənib. "Report"un məlumatına görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2001-ci ildə anadan olan Məmmədova Zahidə Nəcməddin qızı zəhərləndiyi üçün xəstəxanaya gətirilib. Araşdırma zamanı yeniyetmə qızın dərmandan zəhərləndiyi məlum
22:50 Səhiyyə Nazirinin bacarmadıgı mama ginekoloq Xuraman həkimin pullu, arxalı bir nəslin numayəndəsi olması Xocalıdan olan məcburi qaçqını intihara sürükləyir. İntihar addımlarının səsi yaxındadır. “Martın 12-də Prezident Administrasiyasının qarşısında 2 azyaşlı övladlarımla birlikdə intihar edəcəm” Bunu Media Mərkəzinə Xocalıdan olan köçkün
01:29 110 santimetrlik ananın 46 santimetrlik uşağı oldu Hazırda ananın də körpənin də vəziyyəti çox yaxşıdır Türkiyənin Dənizli Dövlət Xəstəxanasında 110 santimetr boyu olan qadın, 46 santimetr boyu, kilosu isə 2 kilo 600 qram olan beşinci uşağını dünyaya gətirib. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, 35 həftəlik hamilə olan
20:51 Sabirabad Doğum Evində rəzalət Ana həkimin tələb etdiyi 480 manat verə bilmədiyi üçün 14 saat ağrılar içində qovrulub, bətndəki körpə ölüb, özünün durumu isə ağırdır Sabirabad Doğum Evində bir qadının başına pulu olmadığı üçün müsibət gətirilib. Bu barədə JAM.AZ-a həmin vəziyyətlə üzləşmiş Mərziyyə Mirzəyevanın yaxınları
14:10 Ağsuda evdə uşaq dünyaya gətirən qadın öldü Qadının dünyaya gətirdiyi oğlan uşağı sağdır. Ağsu rayonunda faciəvi hadisə baş verib. Mediaxeberleri.az-ın Lent.az-a istinadən məlumatına görə, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib. Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az