t s

» » Bakıda qadın 5-ci mərtəbədən belə yıxıldı-Video+18

Bakıda qadın 5-ci mərtəbədən belə yıxıldı-Video+18

16-02-2015, 19:20 Yazar:  Aygün Baxılıb: 1504 Çap et
Bakıda qadın 5-ci mərtəbədən belə yıxıldı-Video+18Bu gün saat 11 radələrində Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada bədbəxt hadisə baş verib.

Mediaxeberleri.az xəbər verir ki, "Yeni Müsavat" qəzetinin əməkdaşlarından birinin verdiyi məlumata görə, o, həmin hadisənin şahidi olub: "Biz körpünün üstündən gördük ki, doqquzmərtəbəli binanın beşinci mərtəbəsində bir gənc qadın eyvanda sallanan, ərinin və ya qardaşının əlindən yapışıb qışqırır. Artıq aşağıda adamlar da yığışmışdı. Görünür, onlar bir neçə dəqiqə idi ki, bu vəziyyətdə idilər. Qəfildən qadın əlini buraxdı və gözlərimizin önündəcə yerə çırpıldı".

Məsələ ilə bağlı dərhal adı çəkilən ünvana yollandıq. Hadisə şahidlərinin sözlərinə görə, gənc qadın ayağının altına stul qoyaraq paltar asırmış, qəfildən ayağı sürüşüb və aşağıya yuvarlanmaq üzrə olarkən eyvandan yapışa bilib. Onun köməyinə əri gəlib. O, biri müddət qadını saxlaya bilsə də, sonda gücü tükənib və onun əlindən çıxan qadın binanın önündəki torpaq hissəyə düşüb. Xoşbəxtlikdən, torpaq nəm olub və qadın ölməyib. Aşağıda dayanmış adamlar onu təcili olaraq xəstəxanaya çatdırıblar.

Şahidlər deyirlər: "Biz qadının səsinə gəldik. Gördük ki, balkondan sallanıb və kömək istəyir. Onun həyat yoldaşı isə əllərindən tutub, yuxarı çəkmək istəyir. Amma gücü çatmırdı. Üstəlik həyəcanlı olması da hiss edilirdi. Biz kömək etmək istəyirdik, amma bu, qeyri-mümkün idi. Çünki mənzilin qapısı bağlı idi. Nə xanımın əri qadının əllərini buraxıb, qapını aça bilərdi, nə də biz 5-ci mərtəbəyə başqa yolla qalxa bilərdik.

Aşağıda dayanaraq, qadını tutmağa çalışdıq. Amma alınmadı. Qadın yerə düşən zaman birinci mərtəbədəki mənzilin balkonundakı üst örtüyə çırpıldı. Ona görə də tuta bilmədik. Amma bəxti gətirdi ki, yer beton deyildi. Sadəcə palçıq idi. Qadın yerə düşən kimi onu dərhal hospitala apardıq. Ölməmişdi, sağ idi. Başı arxadan qanamışdı. O da yerə düşəndə 1-ci balkondakı örtüyə çırpıldığına görə idi.

Mənim üstüm gördüyünüz kimi qan içindədir. Vətəndaşlıq borcumu yerinə yetirib, qadına köməklik etdim. Apardıq hospitala. Qadının sol qolu qırılmışdı. Ağrıdan huşunu da itirdi. Beli üstə düşdüyü üçün nisbətən az xəsarət alıb. Amma indi vəziyyəti necədir, onu bilmirəm”.

Məsələ ilə bağlı "Modern” hospitalı ilə əlaqə saxladıq. Hospitaldan verilən məlumata görə, qadının vəziyyəti çox ağırdır: "Xəstə Lalə Bayramovanı bizə ağır vəziyyətdə gətiriblər. Hazırda onun vəziyyəti çox pisdir. Bədənin müxtəlif hissələrində, körpücük və onurğa sümüyündə sınıqlar var”.

Ətrafda olanlardan biri qadının eyvandan sallanma və aşağı düşmə epizodunu mobil telefonla lentə alıblar. Həmin videonu təqdim edirik:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:41 Bakıda 2 kişi bir qadını zorladı Bakıda gecə saatlarında iki kişi bir qadını zorlayıb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Verilən məlumata görə, hadisə fevralın 15-də gecə saat 4 radələrində baş verib.İki naməlum şəxs Vaz 2107 markalı maşında qadını zorlayıblar. Hadisə Yeni Yasamalda yeni yaşayış massivi
01:12 Qonşusu tərəfindən zorlanan körpənin faciəsi Milli.Az-ın “Ağır cəza” lahiyəsi növbəti insan vəhşiliyinin qurbanı kiçik Nəzrinin həyat hekayətini təqdim edir. Cəmi bir neçə gün əvvəl iki mehriban qonşu qadının ağlına belə gəlməzdi ki, qısa müddət sonra əbədi düşmənə çevriləcəklər. Səma otuz iki illik ömründə ilk dəfə idi ki, aşiq olmuşdu.
15:24 "Bu gecə mənimlə yat, ürəyin nə istəyir alacam sənə" - Qadin müğənnilər arasında rüsvayçı dava Mərhum müğənni Vidadi Bərdəlinin qızı ifaçı Aytac Vidadiqızının müsahibəsi qalmaqala səbəb olub. Lent.az-a açıqlama verən müğənni Afaq Aslan bildirib ki, A.Vidadiqızı onun adını çəkmədən barəsində xoş olmayan fikirlər səsləndirib: "Dünən həmkarımın mənim haqqımda söylədiyi açıqlamanı dostlarım
14:10 Ağsuda evdə uşaq dünyaya gətirən qadın öldü Qadının dünyaya gətirdiyi oğlan uşağı sağdır. Ağsu rayonunda faciəvi hadisə baş verib. Mediaxeberleri.az-ın Lent.az-a istinadən məlumatına görə, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib. Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının
12:33 Bənövşə Mahmudqızı. SƏN, EY QADIN! Bənövşə Mahmudqızı SƏN, EY QADIN! Sən, ey qadın... Dodaqlarında uşaq qəhqəhəsi, Gözlərində qəm, Həyat fəlsəfəsi... Kipriklərin sıralanmış əsgərlər kimi. Necə gəncin ürəyinə batır onlar ox kimi. Sən, ey qadın... Bədbəxt qadın, xoşbəxt qadın! Bədbəxtliyi, xoşbəxtliyi, Gülüşündə, yerişində,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az