t s

» » 1 saylı Dəri Zöhrəvi Dispanserində Rəşad İsmayılov ruzigarı

1 saylı Dəri Zöhrəvi Dispanserində Rəşad İsmayılov ruzigarı

16-02-2015, 19:12 Yazar:  Aygün Baxılıb: 1271 Çap et
1 saylı Dəri Zöhrəvi Dispanserində Rəşad İsmayılov ruzigarı"Baş həkimin tapşırığıdır..."

Artıq səhiyyə ocaqları barədə daxil olan şikayətləri eşitdikdə, elə də təəccüblənmirik. Necə deyərlər, artıq bu duruma vərdiş etmişik. Lakin vəziyyətin belə olması heç də xoş mənzərə deyil.

Lakin təəssüflər olsun ki, səhiyyədəki yaşanan amillər gerçəkdir. Sağlamlıq dedikdə, ağlımıza ilk gələn məkan xəstəxana və daha sonra aptek olur. Amma bu gün sağlam olmaq elə də asan məsələ deyil. Çünki baş verən olaylar, hadisələr, savadsız və məsuliyyətsiz kadrların kifayət qədər olması bugünkü səhiyyəni daha da gözdən salır desək, yanılmarıq. Təhsil gələcəyimizin bilikli, savadlı olmasıdırsa, səhiyyə də, indiki və gələcək nəslimizin sağlam yaşaması deməkdir. Amma təəsüflər olsun ki, nəinki gələcək, heç hazırda yaşayan vətəndaşların əksəriyyətində sağlamlıq yoxdur. Bu gün özəl klinikalarda qiymətlərin baha olması hər kəsə məlumdur. O da hər kəsə məlumdur ki, dövlət xəstəxanlarında vətəndaşlara göstərilən xidmətlər pulsuz olmalıdır. Lakin bu gün heç də dövlət xəstəxanaları vətəndaşlara pulsuz xidmət göstərmir. Belə ki, dövlət xəstəxanalarında müxtəlif tibbi aparatlardan, müayinələrdən keçməyin adı pulsuz olsa da, heç kimə ödənişsiz xidmət göstərilmir. Birbaşa qəbz şəklində olmasa da, vətəndaşlardan istər ultrasəs müayinə, istər laboratoriya və sairə xidmətlərə görə açıq-aşkar pul tələb olunur. Bunu daxil olan şikayətlərə, əldə edilən məlumatlara əsasən demək olar. Həm də, dövlət xəstəxanalarında, özələ nisbətən daha çox xərc çıxır. O zaman belə bir sual yaranır. Həmin o tibb ocaqlarının nəyi dövlət xəstəxanası oldu? Elə bu gün redaksiyamıza daxil olan şikayət yenidən bu məsələyə toxunmağımıza səbəb oldu. Şikayət daxil olan səhiyyə ocağı isə 1 saylı Dəri Zöhrəvi Dispanseri və onun baş həkimi Rəşad İsmayılov barədədir. İlk öncə onu qeyd edək ki, 1 saylı Dəri Zöhrəvi Dispanseri və onun baş həkimi Rəşad İsmayılov barədə mediada kifayət qədər şikayətlər, tənqidi məqalələr var. Elə bizim əvvəllki saylarımızda da, Rəşad İsmayılovun baş həkimi olduğu səhiyyə ocağı barədə şikayətləri işıqlandırmış və gündəmə gətirmişik. Lakin görünən odur ki, edilən şikayətlər, dərc edilən tənqidi məqalələr heç də, Rəşad İsmayılovu narahat etmir. Əgər belə olmasaydı, ən azından sözügedən səhiyyə ocağında problemlər həll olunar, ən azından səhiyyə ocağına müraciət edən xəstələri incitməzdilər. Xatırlatma verək ki, ötən saylarımızda 1 saylı Dəri Zöhrəvi Dispanseri barədə daxil olan şikayətdə səhiyyə ocağının bərbad vəziyyətdə, şəraitsiz olmasını qeyd etmişdik. Daha sonra xəstələrin aldadılması, onlara hansısa dərmanları baha qiymətə təklif etmələrini qeyd etmişdik. Lakin bu gün səhiyyə ocağındakı problemlər bununla da bitmir. Belə ki, şikayətçi iddia edir ki, 1 saylı Dəri Zöhrəvi Dispanseri dövlət xəstəxanası olsa da, pulsuz səhiyyə xidməti burda keçərli deyil. Baş həkim işçilərinə elə göstəriş verib ki, heç kim əlini cibinə salmayan pasiyentləri qəbul etmir. Hətta burada çalışan işçilərin bəzilərinin heç savadı belə, yoxdur. Bir sözlə, xəstəxana dövlətdən maliyyələşdiyi halda, bura müraciət edən vətəndaşlardan nəsə umulur. Bütün sadalananları nəzərə alaraq demək olar ki, artıq bu istiqamətdə ciddi tədbirlərin görülməsi vacib hal alıb. Əks halda şikayətlər daha da geniş vüsət almış olacaq.

P.S. Rəşad İsmayılov nə üçün nazirdən şikayətçidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:37 «İrşad Telekom»dan vətəndaşlara «qarantiya» fırıldağı - Müştəriləri necə aldadırlar - Nazirliyə və məhkəməyə müraciət olunur Mobil telefon bazarındakı nəzarətsizliyə bu yaxınlarda dövlət müdaxilə etmə təşəbbüsləri göstərsə də, bu problem hələ də ciddi şəkildə qalmaqdadır. Xatırladaq ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən də müəyyən qadağalar tətbiq olunmuşdu. Amma sonradan aydın oldu ki, DGK-nın hörmətli
23:28 Polis rəisinin “Çahargah” biabırçılığı Xəzər RPİ-nin rəisi Azər Muradov pritonu himayə edir Redaksiyamıza daxil olmuş növbəti məlumatda paytaxtın Xəzər rayonu ərazisində fəaliyyət göstərən daha bir əxlaqsızlıq yuvasından bəhs olunur. Mənbə bildirir ki, Hövsan və Türkan qəsəbələrinin şərti sərhəddində, bilavasitə dəniz kənarında
23:16 Uşaq stomatoloji poliklinikasında anarxiya Rafael Sultanovun rəhbərlik etdiyi poliklinikada vəziyyət acınacaqlıdır Qəzetimizin ötən saylarında biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az