t s

» » Rəmişin qardaşının evi yandı

Rəmişin qardaşının evi yandı

4-03-2015, 00:18 Yazar:  Aygün Baxılıb: 660 Çap et
Rəmişin qardaşının evi yandıBakının Yasamal rayonunda yanğın hadisəsi olub.


Hadisə Əvəz Ələkbərov küçəsində baş verib. Beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində Vaqif Hüseynova məxsus mənzildə qəfildən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası cəlb edilib, yanğının qarşısı alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğın evdəki kompüterdən başlayıb.

Qeyd edək ki, yanğın baş verən mənzilin sahibi Vaqif Hüseynov tanınmış gitaraçı, xalq artisti Rafiq Hüseynovun (Rəmiş) qardaşıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:18 Vətəndaşa məxsus avtomobil yandı - Bakıda Bakının Qaradağ rayonunda vətəndaşa məxsus “Peugeot” markalı minik avtomobilinin mühərriki və salonu qismən yanıb. Mediaxeberleri.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın artıq söndürülüb.
22:11 Masallıda ikimərtəbəli ev yandı - FHN Masallıda güclü yanğın olub. Hadisə fevralın 28-də saat 16.00 radələrində rayonun Çaxırlı kənd sakini, 1965-ci il təvəllüdlü Əfsər Musa oğlu Bağırova məxsus fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Muhafizə
01:13 Bakıda güclü yanğın:Yaralılar var - YENİLƏNİB + FOTO + VİDEO Hadisə yerinə dərhal xeyli sayda yanğınsöndürən cəlb olunub. Bakıda güclü yanğın hadisəsi baş verib. Mediaxeberleri.az ANS-ə istinadən xəbər verir ki, Xəzər rayonunda beşmərtəbəli, 6 bloklu yaşayış binasının alkapondan ibarət divar üzlüyü və dam örtüyü yanıb. Yanğına səbəb binanın
01:18 Goranboyda 3 otaqlı yaşayış evdə yanğın - FHN Goranboy rayonunda yanğın hadisəsi qeydə alınıb. Mediaxeberleri.az FHN-ə istinadən xəbər verir ki, Tap Qaraqoyunlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
01:23 Abşeronda anbar yandı Abşeron rayonunda daha bir yanğın hadisəsi qeydə alınıb. Mediaxeberleri.az FHN-in mətbuat xidmətinə istinadla bildirir ki, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan anbarın yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Bitişik ev yanğından mühafizə olunub.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az