İlham Əliyev həmsədrləri qəbul etdi
16-02-2015, 18:48
Yazar: Aygün
Baxılıb: 770
Çap et
Danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
www.mediaxeberleri.az
Öz şərhini bildir: