Vətəndaşların külli miqdarda pulunu ələ keçirən sayt rəhbəri həbs edilib
Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, "Az24saat.org" xəbər portalının təsisçisi Vüqar Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxunub: 380
Xəbəri paylaş
Paylaş: