Войти

Alman tankları 80 il sonra yenə Rusiyada: bu, dəhşətdir!

Dünya

Ukrayna Silahlı Qüvvələrinin Rusiya torpaqlarında alman tanklarından istifadə etməsindən dəhşətə gəldim.

Mediaxeberleri.Az xəbər verir ki, bunu Bundestaqın deputatı, Almaniya parlamentindəki Sol Partiya qrupunun sədri Soren Pellman deyib.

“Mən dəhşətə gəlirəm ki, II Dünya müharibəsinin bitməsindən sonra ilk dəfə olaraq alman tankları Rusiya torpaqlarında yenidən istifadə edilib”, - deyə deputat bildirb.

Pellmanın fikrincə, Berlin Ukraynaya silah verməklə Almaniyanı münaqişənin bataqlığına getdikcə daha çox sürükləyir.

Qeyd edək ki, Ukrayna hərbçiləri Kurska hücum zamanı Almaniya istehsalı tanklardan da istifadə ediblər.

Похожие новости

Комментарии (0)

Şərhin əlavə edilməsi

  • yenilə, əgər kod görünmürsə

Навигация