Abşerondan YAP-ın yeni namizədi deputat seçilə bilər – Direktordu... + FOTO
Ölkədə 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Abşeron seçicilərini Milli Məclisdə YAP-ın yeni namizədi təmsil edə bilər. Mediaxeberleri.Az xəbər verir ki, 48 saylı Abşeron birinci seçki dairəsindən irəli sürülmüş namizədlərin siyahısına təhlil etdikdə belə ehtimal irəli sürmək olar. Bu dairədən hakim partiyanın namizədi DOST İnkuliziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədovadır. Onun rəqibləri AXP-dən Məzahir İsrayılov, Ağ partiyadan Rəhim Əhmədzadə, bitərəflər Sevda Mikayılzadə, Yalçın Alıyev, VP-dən Rasim Xudaverdiyevdir.Qeyd edək ki, MSK tərəfindən həmin dairənin adı və dislokasiyası dəyişdirilib.
Oxunub: 512
Xəbəri paylaş
Paylaş: