Yanğın bir çox evi külə döndərdi: 17 təyyarə və 15 helikopter cəlb olundu
Afinada və yaxınlıqda davam edən meşə yanğınlarının söndürülməsinə 17 təyyarə və 15 helikopter, 177 yanğınsöndürən avtomobil və 560 nəfər şəxsi heyət, həmçinin 16 xilasedici qrup cəlb edilib. Mediaxeberleri.Az xəbər verir ki, yanğın bir çox evi külə döndərib. Yanğının elektrik naqillərinin zədələnməsi səbəbindən baş verdiyi istisna edilmir. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis yanğınlarla əlaqədar yaranmış çətin vəziyyətə görə tətilini yarımçıq qoyub və təcili olaraq paytaxta qayıdıb. Sakinlərin təhlükəsizliyini təmin etmək üçün Afinadakı Olimpiya İdman Kompleksi hazır vəziyyətə gətirilib.
Oxunub: 260
Xəbəri paylaş
Paylaş: